14
edib. Ağır tale ilə üzləşən, ailə qayğısına möhtac olan, lakin
dövlətimizin qayğısı ilə əhatə olunan, yurdumuzun
gözəlliklərini duymağı və kətan üzərinə köçürməyi bacaran
uşaqların əl işləri Mehriban xanımda xoş təəssürat oyadıb.
Təkcə taleləri ilə yox, istedadları ilə yaşıdlarından fərqlənən
uşaqlar Azərbaycan mədəniyyətini zənginləşdirməyə qadir
olduqlarını sübut ediblər. Mehriban xanım Heydər Əliyev
Fondunun ilk keçirdiyi tədbirlərdən olan bu sərgi ilə hamının
diqqətini qayğıya daha çox ehtiyacı olan uşaqlara yönəltmək
məqsədi güdüb. Onun sözlərinə görə, "Azərbaycandakı 65 uşaq
evi və internat məktəbində 20 minə yaxın uşaq yaşayır, bir
milyondan artıq qaçqın və məcburi köçkün övladları da müxtəlif
problemlərdən əziyyət çəkir. Odur ki, məhz bu gün hamı
səylərini birləşdirərək bu qəbildən olan uşaqlara qayğı və diqqət
göstərməli, Heydər Əliyev Fondunun bu nəcib təşəbbüsünə
qoşulmalı, onun təşkilatçıları ilə bir yerdə olmalıdır. Çünki
sabah gec ola bilər".
Əlillərin cəmiyyətə inteqrasiyası, onların
istedadlarının üzə çıxarılması və inkişaf etdirilməsi, əməklərinin
qiymətləndirilməsi istiqamətində Heydər Əliyev Fondu böyük
işlər görür. Belə ki, 2005-ci ilin dekabrında Kor və zəif görən
uşaqlar üçün İKT-yə çıxışın təmin edilməsi layihəsi üzrə BMT
ilə əməkdaşlıq sazişi imzalanmışdır. Layihənin 1-ci
mərhələsində gözdən əlil insanlar üçün rəqəmsal fərqin aradan
qaldırılması
məqsədilə
informasiya-kommunikasiya
texnologiyalarına ehtiyac müəyyən olunmuş, 2-ci mərhələdə
model
informasiya-kommunikasiya
texnologiyaları sinfi
yaradılmışdır. Bu kateqoriyadan olan insanlar üçün yaradılan
kitabxana və təlim mərkəzində onların audio materiallar və
Brayl şriftli kitablardan istifadə imkanlarının təmin olunması işi
də layihənin 3-cü mərhələsi kimi başa çatmışdır.
15
Heydər Əliyev Fondunun bu fəaliyyəti cəmiyyətdə
razılıqla qarşılanır.Yarandığı gündən qarşıya ali məqsəd qoyan,
ulu öndərin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan
saf ideallarının ictimai şüurda möhkəmlənməsinə çalışan
Heydər Əliyev Fondu fəaliyyəti ilə Azərbaycan cəmiyyətində
bir çox insanların ümid yerinə çevrilmişdir. Xüsusi qayğıya
ehtiyacı olan vətəndaşlara qayğının artırılması fondun geniş
spektrli fəaliyyətinin mühüm istiqamətlərindəndir.
Heydər Əliyev Fondunun prezidenti, UNESCO və
ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyeva əlillərin problemlərini daim diqqətdə
saxlayır. Heydər Əliyev Fondu tərəfindən son illər həyata
keçirilən sosial islahatlar nəticəsində əlillərin sosial
müdafiəsinin hüquqi cəhətdən tənzimlənməsində mühüm
irəliləyişlər əldə edilib, bu sahədə yeni istiqamətlər, prioritetlər
və məqsədlər müəyyənləşdirilib. Fondun əlilliyi olan şəxslərlə
bağlı fəaliyyətinin əsas istiqamətləri onların müalicəsi və təhsil
hüquqlarının reallaşdırılmasıdır.
Mehriban Əliyevanın təşəbbüsü, diqqət və qayğısı
nəticəsində bir çox əlil evləri əsaslı təmir olunub, müasir
standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılıb.
İKT-dən gözdən əlillərin istifadəsi ilə bağlı Gəncə, Naxçıvan və
Yevlaxda resurs mərkəzlərinin yaradılması, Yeni Günəşli
yaşayış massivində “Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün
reabilitasiya mərkəzi”nin, Bakının Nizami rayonunda Daun
Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin inşası, sağlamlıq
imkanları məhdud uşaqların dövlət himayəsində yaşadığı Şağan
3 saylı və Saray 7 saylı internat evlərinin, Bakının Nizami
rayonunda “Qayğı” reabilitasiya mərkəzinin, Mərdəkan
qəsəbəsində Uşaq Tibbi Reabilitasiya Xəstəxanasının, Şüvəlan
16
qəsəbəsində beyin iflici və polimielit keçirmiş uşaqlar üçün 16
saylı xüsusi internat məktəbinin, Xəzər rayonunun Türkan
qəsəbəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün 6
nömrəli respublika xüsusi internat məktəbinin yenidən
qurulması Heydər Əliyev Fondunun bu sahədə həyata keçirdiyi
misilsiz layihələrdir.
2007-ci
ilin oktyabrında fondun təqdimatı ilə
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Azərbaycandan 15
nəfər əlil ixtiraçını mükafatlandırması da Heydər Əliyev
Fondunun məqsədyönlü fəaliyyətinin nəticəsidir. Qeyd edək ki,
valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan
uşaqların ailə qayğısı ilə əhatə olunması və onların təlim-
tərbiyəsi, təhsili, asudə vaxtlarının səmərəli təşkili Heydər
Əliyev Fondunun əsas prioritet istiqamətlərindəndir. Bununla
əlaqədar Fond mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva uşaq
evləri və internat məktəblərində olur, xüsusi qayğıya ehtiyacı
olan uşaqlara baş çəkir, onların yüksək səviyyədə təhsil
almalarında, asudə vaxtlarının səmərəli təşkilində, eləcə də
gündəlik qayğılarının aradan qaldırılmasında yaxından iştirak
17
edirlər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva
Bakının 1, 2 və 3 saylı uşaq evlərində təlim-tərbiyə alan, eləcə
də Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində müalicə
alan 200-dən çox uşaqla görüşüb, onların tədbirlərində iştirak
edir
.
Siz tək deyilsiniz
Bir çox ailələr uşaqlarının əlil
olmasını qəbul edə bilmirlər. Bununla
birlikdə gələn əlil uşağı rədd etmək,
ondan utanc duymaq, nifrət etmək,
alçaltmaq və bir fərd olaraq yoxa
saymaq
kimi
xüsusiyyətlər
göstərirlər. Onsuzda əlil uşaq, bu kimi vəziyyətlər qarşısında
daha çox özünə yönəlir, içinə qapanıq bir psixikayla həyatını
yaşamağa başlayır. Belə bir yaşayış müddətində uşaq, inkişaf
pillələrini nizamlı bir şəkildə tamamlaya bilmədiyindən
yaşıdlarına görə geri qalır və bu nizamsızlıqları bir-birini izləyir.
Danışığından, ünsiyyətinə, təmizliyindən, geyiminə, oxuyub-
yazmaq kimi təməl zehini bacarıqlarından, hər cür öz baxım
bacarıqlarına və ictimai sahədəki digər bütün bacarıqlarına
qədər özünü göstərəcəkdir. Sosial-iqtisadi səviyyə (aşağı, orta,
yuxarı), aldıqları köməkçi xidmətlər, digər uşaqların və cütlüyün
evdəki davranışları, həkimlərin davranışları, alınan ilk
məsləhətlər, ilk məlumatlar, cəmiyyətdəki fərdlərin reaksiyaları
və hazır olma səviyyələri, əlil olmayan və daha əvvəl doğulmuş
sağlam uşaqlar, ailənin ümumi emosianal yetkinlik səviyyəsi,
mədəni davranışlar, ana-atanın təhsil səviyyəsi, ana-atanın yaşı,
doğuş sırası (ilk uşaq olması), uşağın cinsiyyəti kimi faktorlar
ailələrin əlil uşağı qəbul etməsi müddətinə təsir edən
Dostları ilə paylaş: |