2
Tərtibçi: Ruhiyyə Məmmədli
Sevil Əhmədova
İxtisas redaktoru və Şəhla Qəmbərova
buraxılışa məsul: Əməkdar Mədəniyyət işçisi
Siz tək deyilsiniz : metodik vəsait / tərt.ed.: R.Məmmədli; ix.
red. və burax. məsul Ş.Qəmbərova; F.Köçərli adına Respublika
Uşaq Kitabxanası.- Bakı, 2017.-37s.
©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2017
3
Tərtibçidən:
Cəmiyyətdə elə qrup insanlar var ki, onlara münasibət
daha böyük diqqət və həssaslıq tələb edir. Qayğı və diqqətə,
həssas münasibətə həmişə ehtiyacı olan fiziki imkanları məhdud
olan insanların sosial müdafiəsinin gücləndirilməsi dünya
ictimaiyyətini
düşündürən
əsas
məsələdir.
Onların
reabilitasiyası, cəmiyyətə inteqrasiyası mühüm sosial
vəzifələrdən biridir. Bu mənada respublikamızda əlillərin sosial
müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin mühüm
istiqamətlərindən birini təşkil edir.
Azərbaycanda əhalinin 6
faizə yaxını, yəni 570 min nəfəri əlilliyi olan şəxslər və
sağlamlıq imkanları məhdud uşaqlardır.
Hazırda əlilliyi olan
insanlar və onların ailə üzvləri də nəzərə alınarsa, Yer kürəsində
təqribən iki milyarda yaxın insan əlilliyin doğurduğu
problemlərdən əziyyət çəkir. Azərbaycan dövləti isə əlilliyin
acılarını yaşayan vətəndaşlarını taleyin ümidinə buraxmır,
onların cəmiyyətə inteqrasiyası istiqamətində tədbirlər görür.
Hüquqi dövlət olan Azərbaycan dövləti insan və vətəndaş
hüquqlarının təmin edilməsi məsələsini daim diqqət mərkəzində
saxlayır.
Təsadüfi deyil ki, əlillərin ehtiyaclarını başa düşmək,
onların ləyaqət, hüquq və rifahına ehtiramla yanaşmaq,
həmçinin məhdud imkanlı insanları siyasi, sosial və mədəni
həyata cəlb edərək, cəmiyyətin həyatında iştirakına nail olmaq
məqsədilə dekabrın 3-ü BMT Baş Məclisi tərəfindən Beynəlxalq
Əlillər Günü elan edilib.
Əlillərin cəmiyyətə inteqrasiyası,
onların istedadlarının üzə çıxarılması və inkişaf etdirilməsi,
əməklərinin qiymətləndirilməsi
məqsədilə F. Köçərli adına
Respublika Uşaq Kitabxanasının Elmi metodika şöbəsinin
əməkdaşı olaraq bu vəsaiti işləməyi özümüzə borc bildik.
4
Plan:
1. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara dövlət qayğısı:
a)
Heydər Əliyev dühası qayğıkeşlik nümunəsidir;
b)
Dövlət dəstəyi xüsusi qayğıya ehtiyacı olan insanların
adaptasiyasına stimul verir. (İlham Əliyevin xüsusi qayğıya
ehtiyacı olan insanlara dəstəyi);
c) Məqsəd xoşməramlı olanda...(
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın, Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın
xüsusi qayğıya ehtiyacı olan insanlara dəstəyi);
2. Siz tək deyilsiniz
3
.
Təhsil almaq hər birimizin haqqıdır:İnklüziv təhsil
4. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əlillərlə iş
üzrə hesabatı
5. Kitabxanalarda, bir sıra mədəniyyət müəssisələrində xüsusi
qayğıya ehtiyacı olan uşaqlarla birgə keçiriləcək tədbirlər:
“Ümidli gələcək” başlığı altında konfrans, sərgi, oxucularla
söhbət, bu mövzuda çəkilmiş kinofilmlərin nümayişi, kitabların
müzakirəsi.
5
Əlillərə dövlət qayğısı günbəgün artır
Hər bir ölkənin və onun əhalisinin təhlükəsiz, əmin-
amanlıq şəraitində, rifah halında yaşaması güclü dövlətin ən
mühüm şərtidir. Bu mənada müstəqil Azərbaycan dövləti
dünyanın bir çox inkişaf etmiş dövlətləri ilə müqayisə edilə
bilər. Dövlətimizin ildən-ilə artan sosial yönümlü büdcəsi də
bunu söyləməyə imkan verir. Dövlətin və cəmiyyətin idarə
olunmasında müəyyən mexanizmlər mövcud olsa da, bütün
maddi və mənəvi problemlərin həllində dövlət daim cəmiyyətin
dəstəyinə arxalanır.
Bu gün Azərbaycanda 423 minə yaxın əlil, 61 minə
yaxın isə sağlamlıq imkanları məhdud olan uşaq var.
Əlillərin, o cümlədən sağlamlıq imkanları məhdud olan
insanların sosial problemlərinin həllinə dövlət büdcəsindən
ayrılan vəsaitin hər il artırılması Azərbaycan dövlətinin bu
kateqoriyadan olan insanlara diqqət və qayğısının təzahürüdür.
Əlillər cəmiyyətin ən çox qayğıya ehtiyacı olan təbəqələrindən
biri olduğundan onlara qarşı diqqət mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanda əlilliyin səviyyəsinin digər ölkələrə nisbətən
aşağı olmasının əsas səbəbi ölkə əhalisinin gənc olmasıdır.
Ölkəmizdə əlilliyin artmasında Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin rolu olub. Respublikamızın ərazi
bütövlüyünün müdafiəsi ilə əlaqədar döyüşlərdə 12 minə yaxın
vətəndaşımız əlil olub. Həmçinin Azərbaycan ərazisinin
Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuş 20 faiz
hissəsindən məcburən köçkün düşmüş əhali arasında əlillik 6,5
faizə çatdığı halda, ölkənin digər əhalisi üzrə bu göstərici 5,5