F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə30/71
tarix26.09.2017
ölçüsü5,04 Kb.
#1440
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   71

51 
 
 
 
VI FƏSİL 
 
SOSİAL QRUPLAR 
 
1. Sosial qrup anlayışı. Qrupların təsnifatı 
 
Cəmiyyət insanların mürəkkəb birliyi kimi müxtəlif sabitlik dərəcəsinə, miqyasına və  məzmununa görə 
fərqlənən sosial qrupların məcmusunu təşkil edir. 
Sosioloji  ədəbiyyatda «sosial qrup» anlayışı ilə bağlı müəyyən fikir ayrılıqları mövcuddur. Bu aşağıdakı 
səbəblərlə izah oluna bilər. Əvvəla, sosiologiyada bir çox anlayışlar sosial praktika nəticəsində meydana gəlir, elmə 
tətbiq olunmağa başlayır və bu zaman müxtəlif çalarları ifadə edir. İkincisi, belə  çətinliklərin yaranması bu 
prosesdə müxtəlif növ topluların təşəkkülü və iştirakı ilə şərtlənir. Bu səbəbdən də sosial qrup anlayışını müəyyən 
etmək üçün onlar arasındakı müəyyən tipləri ayırmaq lazım gəlir. 
Sosiologiyada «qrup» anlayışı kimi təklif olunan bir sıra sosial birlik növləri vardır. Məsələn, bir neçə fərd 
müəyyən fiziki məkanda müvəqqəti olaraq məskunlaşır. Eləcə də eyni vaqonda bir neçə gün yol gedən, müəyyən 
anda eyni meydanda olan, eyni küçədə yaşayan insan toplularını elmi mənada sosial qrup adlandırmaq olmaz. 
İnsanların belə toplusuna «aqreqasiya» deyilir. «Aqreqasiya» latın dilində müəyyən fiziki məkanda toplanmış 
şüurlu surətdə qarşılıqlı fəaliyyətdə olmayan insanların mexaniki birliyi mənasını ifadə edir. 
Başqa bir halda bir və ya bir neçə oxşar xüsusiyyətli fərdləri birləşdirən topluya da qrup deyilir. Məsələn, 
abituriyentlər, siqaretçəkənlər, qocalar və s. Lakin bunlara da elmi baxımdan sosial qrup demək doğru olmazdı. Bir 
neçə oxşar xüsusiyyətlərə görə birləşən belə insan toplusunu ifadə 
[121 - 122]
 etmək üçün «sosial kateqoriya» 
termini daha münasibdir. 
Bəs onda sosial qrup nədir? 
Sosial qrup başqalarına münasibətdə qrup üzvünün hər birinin ümumi marağını  nəzərə almaqla 
fəaliyyət göstərən fərdlərin birliyidir. Bu tərifə görə sosial qrup üçün zəruri olan iki əsas  şərt vardır: 1) onun 
üzvləri arasında qarşılıqlı fəaliyyətin olması; 2) hər bir qrup üzvünün ümumi marağının nəzərə alınması. 
Bu tərifə görə, nəqliyyat dayanacağında avtobus gözləyən bir neçə nəfəri qrup hesab etmək olmaz. Lakin 
onlar söhbətə başladıqda, gözləmə ilə  əlaqədar birlikdə qarşılıqlı  fəaliyyətə keçdikdə müəyyən sosial qrup 
keyfiyyəti  əldə edirlər. Lakin bu cür qruplar bilərəkdən deyil, təsadüf nəticəsində  əmələ  gəlirlər. Burada sabit 
maraqlar yoxdur, qarşılıqlı fəaliyyət isə birtərəfli olur. Belə öz-özünə əmələ gələn qeyri-sabit qruplar kvaziqruplar 
adlanır. «Kvaziqrup» latın dilində «sosial qrupa bənzəyən» mənasını ifadə edir və  aşağıdakı  səciyyəvi 
xüsusiyyətlərə malikdir: 1) öz-özünə əmələ gəlmə; 2) qarşılıqlı əlaqələrin qeyri-sabitliyi; 3) müştərək hərəkətlərin 
qısamüddətliliyi və s. Aqreqasiyalar kvaziqrupa, kvaziqruplar isə öz növbəsində sosial qrupa çevrilə bilər. 
Hər bir fərd həyatının müxtəlif anlarında bir neçə qrupun iştirakçısı ola bilər. Sosial qrupları müxtəlif 
meyarlara görə  təsnif etmək mümkündür. Təsnifat  əsas qrup növlərini ayırmağa və qiymətləndirməyə, həmçinin 
qrupdaxili və qruplararası qarşılıqlı münasibətləri müəyyən etməyə imkan verir. 
Hər bir fərd onun mənsub olduğu bəzi qruplar toplusunu ayıra və onları «mənim» kimi müəyyənləşdirə 
bilər. Bu - «mənim ailəm», «mənim komandam», «mənim dinim» və s. ola bilər. Belə qruplar inqrup sayıla bilər, 
yəni bəzilərində  fərd özünün mənsubiyyətliliyini hiss edir, digərlərində isə başqa üzvlərlə eyniləşərək «biz» 
inqrupunun üzvlərini qiymətləndirir. 
Fərdin aid olmadığı digər qruplar - başqa ailələr, kompaniyalar, dini qruplar bu fərd üçün altqrup sayıla 
bilər, fərd isə bunu simvolik olaraq «biz» yox, «başqaları» adlandıra bilər. 
Ədəbiyyatda sosial qrupların müxtəlif təsnifatından istifadə olunur. Bu baxımdan Q. M. Andreyevanın 
təsnifatı maraq doğurur. O. təsnifatı bu cür aparır: 1) şərti və real qruplar; 2) böyük qruplar; 3) kiçik qruplar; 4) 
referent qruplar. 
Şərti qrup - aparılan tədqiqat üçün vacib olan hər hansı bir və ya bir neçə ümumi əlamətlərə görə qruplaşan 
insanların ixtiyari birliyidir. Şərti qruplar dedikdə, bir-biri ilə real surətdə  əlaqəsi olmayan, lakin müəyyən 
əlamətlərə görə ayırd edilən insanlar nəzərdə tutulur. Belə  əlamətlərə  fərdin cinsi, yaşı, peşəsi, təhsil səviyyəsi, 
gəlir dərəcəsi və s. aiddir. Bu qrupa daxil olan insanlar lazım gəldikdə bir-birini müdafiə edə bilirlər (məsələn, 
sürücü həmrəyliyi). 
Real qrup - real münasibətlərlə qarşılıqlı əlaqələrdə olan insanlar birliyidir. Real qruplar arasında böyük və 
kiçik sosial qruplar fərqləndirilir. 
Böyük qrupda bütün üzvlərin bir-birini şəxsən tanıması və onların arasında əlaqələrin vasitəsiz baş verməsi 
mümkün deyildir. Böyük qruplara adətən siniflər, sosial təbəqələr, millətlər, siyasi partiya birlikləri, qadınlar, 


52 
 
gənclər, idman və s. ittifaqlar və birliklər aiddir. Böyük qruplar qeyri-mütəşəkkil, daxili səbəblərdən yarana bilər 
(məs., kortəbii tətil hərəkatı iştirakçıları, izdiham və s.). Təşkil olunmuş böyük qruplar cəmiyyətin tarixi inkişafı 
prosesində əmələ gələn sabit yaranmanı (məs., siniflər, etnoslar və s.) təmsil edir. 
Kiçik qrup - tərkibinə görə azsaylıdır (2 nəfərdən 35-ədək adam). Belə qrupların üzvləri bir-biri ilə 
bilavasitə şəxsi ünsiyyətdə olurlar. Kiçik qrupları həmçinin kontakt qrupları da adlandırırlar. Sosiologiyada kiçik 
qrupların aşağıdakı təsnifatı qəbul olunmuşdur: 1) formal və qeyri-formal; 2) ilkin və təkrar; 3) üzvlük qrupu. 
Formal qrupda üzvlərin vəziyyəti və davranışı  rəsmi təşkilatçılıq və sosial institutların qaydaları ilə 
tənzimlənir. Formal qrupa nümunə olaraq tələbə qruplarını göstərmək 
[123 - 124]
 olar. Çünki burada həm miqdar, 
həm quruluş, həm funksiyalar, həm tədris prosesi və  həm də formal liderlik (qrup nümayəndəsi) ali məktəbin 
qaydalarına  əsasən nizamlanır. Formal qrupun xarakter xüsusiyyəti ondan ibarətdir ki, şəxslərarası münasibətlər 
rəsmi çərçivə daxilində  təşəkkül tapır. Bu münasibətlər üstünlük vermə  və maraq qarşılıqlı  rəğbət  əsasında 
qurulanda qeyri-formal qrup yaranır. 
Qeyri-formal qrup - həmfıkirlərin, dostların və başqalarının əhatəsidir. O, həm formal qrup çərçivəsində, 
həm də onsuz yarana bilər. Məsələn, məkan-ərazi yaxınlığı əsasında (qonşular, həmyerlilər); maraq birliyi əsasında 
(pokerlər, qeyri-formallar); şəxsi rəğbət əsasında (dostlar, tanışlar) və s. Belə qeyri-formal qruplarda şəxslərarası 
münasibətlər aydın  əks olunur və burada ciddi təşkilatçılıq çox da vacib deyil. Burada qaydalar əksər hallarda 
ənənələrə, hörmətə, şəxsiyyətə, rəğbətə, adətə, maraqların ümumiliyinə əsaslanır. 
İlkin və  təkrar qruplar. Fərdlər arasındakı qarşılıqlı münasibətlərin fərqi  ən çox ilkin və ikinci qrupda 
özünü büruzə verir. İlkin qruplarda qrupun hər bir üzvü başqa bir üzvü şəxsiyyət və  fərd kimi görür. Belə bir 
görümün nailiyyəti intimliyin, şəxsiyyət təcrübəsinin bir çox elementlərini yaradan sosial münasibətlər vasitəsilə 
baş verir. Ailə qruplarında onların üzvləri çalışırlar ki, sosial münasibətləri qeyri-formal və mülayim etsinlər. Onlar 
bir-birini, ilk növbədə,  şəxsiyyət kimi maraqlandırır, ümumi ümid və hisslərə malikdirlər və ünsiyyət zamanı öz 
tələbatlarını tamamilə ödəyirlər. Təkrar qruplarda sosial münasibətlər şəxssiz, birtərəfli və utilitar xarakter daşıyır. 
Burada başqa üzvlərlə  şəxsi dostluq münasibətləri vacib deyil, lakin sosial rollar bunu tələb etdiyi üçün bütün 
kontaktlar fəaldır. 
«İlkin» və «təkrar» qruplar terminləri qrupşəkilli qarşılıqlı  əlaqələrin növlərini mövcud qrupun başqa 
qruplar sistemində əhəmiyyətinin göstəricilərindən daha yaxşı xarakterizə edirlər. İlkin qrup obyektiv məqsədlərin 
ifadəsi kimi, məsələn, istehsalatda özünü göstərə bilər. Lakin o, qrup 
[124 - 125]
 üzvlərinin qarşılıqlı insani 
münasibətlərini, emosional təminatını daha çox ödəyə bilər, nəinki geyimi və yaxud istehsalat məhsullarının 
faydalılığını. Təkrar qrup isə qarşılıqlı dostluq münasibətləri şəraitində fəaliyyət göstərməsi keyfiyyəti ilə fərqlənir, 
lakin onun mövcudluğunun əsas prinsipi spesifık funksiyaları yerinə yetirə bilməsidir. Beləliklə, ilkin qrup həmişə 
qrup üzvləri arasındakı qarşılıqlı əlaqəyə, təkrar qrup isə məqsədə əsaslanır. 
Referent qrup - ya real qrup, ya da şərti qrupdur. Burada fərd özünü nümunə ilə öz davranışını  və 
özünüqiymətləndirməni  əlaqələndirir. Bəzən referent qrupla inqrup uyğun ola bilər. Məsələn, yeniyetmə öz 
komandasına müəllimlərinin düşündüyündən də artıq dərəcədə istinad edir. Altqrup da həmçinin referent ola bilər. 
Altqruplar fərdlər tərəfındən adətən stereotip kimi qavranılır. Hansısa bir qrupun hərəkətini 
qiymətləndirərkən çox vaxt arzularımızdan  əlavə qrupun hər bir fərdinə, bizim zənnimizcə, qrupu bütövlükdə 
xarakterizə edən bəzi cizgiləri aid edirik. Məsələn, belə bir fikir mövcuddur ki, guya bütün zəncilər avropoid 
irqindən olan adamlardan daha ehtiraslıdırlar (hərçənd əslində belə deyil), bütün fransızlar - yüngül xasiyyətlidirlər, 
ingilislər - özlərinə qapılan və dinməzdirlər. Stereotip pozitiv (xeyirxahlıq, cəsarətlilik), neqativ (prinsipsizlik, 
qorxaqlıq) və qarışıq (almanlar intizamlı olsalar da, qəddardırlar, azərbaycanlılar qonaqpərvər olsalar da, 
unutqandırlar) ola bilər. Bir dəfə yaranan stereotip (fərdi fərqlər nəzərə alınmadan) müvafiq altqrupun bütün 
üzvlərinə şamil edilir. Sosial stereotiplərin yaranma mexanizmi tam tədqiq olunmayıbdır. 
Stereotiplər daim yaranır, dəyişilir və yox olur; bütün bunlar sosial qrupun üzvləri üçün vacibdir. Onların 
köməkliyi ilə bizi əhatə edən altqruplar haqqında yığcam və lakonik məlumat əldə edirik. 
Belə  məlumat bizim digər qruplara münasibətimizi müəyyənləşdirir,  əhatəmizdə olan qruplarsa altqrupun 
nümayəndələri 
[125 - 126]
 ilə ünsiyyətdə davranış  xəttini müəyyən etməyə imkan yaradır.  İnsanlar stereotipləri 
şəxsiyyətin  əsas cizgilərinə nisbətən daha tez qəbul edirlər. Beləliklə, altqrupda yalnız bəzi  şəxsiyyətlər qrupun 
normativ və müqayisə referent funksiyalarını tam ayırd edə bilirlər, stereotiplər isə bir çox kəskin və incə 
mülahizənin nəticəsi kimi meydana çıxırlar. 
 
2. Qrupun öyrənülməsinin əsas istiqamətləri 
 
Sosiologiyada qrupların öyrənilməsinin başlanğıcı əmək məhsuldarlığının sosial amillərdən istifadə etməklə
yeni vasitələrinin axtarışı ilə bağlıdır. Belə planların reallaşdırılması istiqamətində ilk addımlardan biri EMeyonun 
1927-1932-ci illərdə apardığı Xottorn tədqiqatlarıdır. Onlar göstərdilər ki, işçilər üçün daha əhəmiyyətlisi özünün 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə