F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə33/71
tarix26.09.2017
ölçüsü5,04 Kb.
#1440
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   71

57 
 
 
 
VII FƏSİL 
 
SOSİAL MOBİLLİK 
 
1. Sosial mobillik anlayışı 
 
Sosioloji tədqiqatların nəticələri göstərir ki, istedadlı  şəxsiyyətlərin istənilən ictimai təbəqələrdə  və 
siniflərdə olması real faktdır.  Əgər sosial nailiyyət üçün heç bir maneə mövcud deyilsə, onda yüksək sosial 
mobilliyin müvəffəqiyyətini gözləmək olar. Lakin araşdırmalara görə deyə bilərik ki, təbəqə  və siniflər arasında 
fərdlərin bir qrupdan digərinə sərbəst keçidləri üçün müəyyən maneələr mövcuddur. Ən başlıca maneələrdən biri 
sosial sinfin nümayəndəsinin həmin sinfin mədəniyyətinə uyğun tərbiyə olunmasıdır. 
Sosial bərabərsizlik problemi həmişə belə bir sualın meydana çıxmasına səbəb olur: fərd öz qüvvəsi ilə 
özünün statusunu yüksəldə və nüfuzluluq şkalasında ondan yuxarıda yerləşən sosial təbəqəyə daxil ola bilərmi? Bu 
sualın cavabı sosioloji ədəbiyyatda müxtəlif cür şərh edilir. Bəzi tədqiqatçılara görə, müasir cəmiyyətlərdə bütün 
insanların start imkanları bərabərdir və əgər fərd müvafiq cəhd göstərərsə, o, mütləq sosial mobilliklə bağlı uğur 
qazana bilər. Çox vaxt bu fıkri sübut etmək üçün sıfırdan başlayan milyonçuların karyerasını  və adi ailələrdən 
çıxan, sonra kinoulduzlara çevrilən qızları nümunə göstərirlər. Digər qrup müəlliflər isə yaradıcı işlə məşğul olan 
ziyalıların ailəsində doğulmuş  uşaqların gələcəkdə  fıziki  əmək fəaliyyəti sahəsində  məşğul olması ehtimalının 
olduqca aşağı olduğunu vurğulayaraq heç də insanların sosial nailiyyət üçün bərabər imkanlara malik olmadığını 
qeyd edirlər. Məsələn, nazir və fəhlə övladlarının yüksək vəzifəyə təyin olunma imkanları müxtəlifdir. Məhz buna 
görə də sözügedən fıkri vurğulayan tədqiqatçılar cəmiyyətdə 
[138 - 139]
 yüksək nailiyyət əldə edilməsi üçün yalnız 
bacarıq və qabiliyyətlə çalışmağın kifayət etməsi haqqındakı ümumi nəzəri fıkrin əsassız olduğunu iddia edirlər. 
Yuxarıda deyilən fıkirlər təsdiq edir ki, hər bir sosial dəyişiklik az və ya çox dərəcədə mövcud maneələri dəf 
etməklə həyata keçirilir. Hətta insanların bir yaşayış yerindən digərinə köçməsi zamanı yeni şəraitə uyğunlaşması 
üçün müəyyən müddət tələb olunur. 
Fərdlərin sosial stratifikasiya sistemində bir qrupdan digərinə keçməsi sosial mobillik adlanır. « Sosial 
mobillik» anlayışı sosiologiyaya 1927-ci ildə P. Sorokin tərəfındən gətirilmişdir. O, mobilliyi iki növə ayırır: üfüqi 
və şaquli. Fərd və sosial qrupun öz sosial statusunu, cəmiyyətin sosial strukturunda tutduğu yeri dəyişməsi sosial 
mobillik adlanır. P. Sorokin sosial mobillik dedikdə, yalnız fərdlərin və ailələrin bir sosial qrupdan digərinə 
keçməsini deyil, bütövlükdə sosial vəziyyətin dəyişməsini başa düşürdü.

Cəmiyyətdə sosial mobilliyin mövcudluğunun iki əsas səbəbi vardır.  Əvvəla, tarixi inkişaf nəticəsində 
cəmiyyətlər daim dəyişir, sosial dəyişikliklər isə əməyin bölgüsünü dəyişdirir, yeni statuslar yaradır və köhnələri 
yenisi ilə  əvəz edirlər.  İkincisi, elita təhsil almaq üçün imkanları inhisara ala bilər. Lakin o, istedad və 
qabiliyyətlərin təbii paylanmasını nəzarətdə saxlamaq iqtidarında deyildir. Buna görə də ən yüksək təbəqələr labüd 
olaraq ən aşağı təbəqələrdən üzə çıxan istedadlı insanların hesabına artır. 
Sosial mobillik özünü müxtəlif formalarda göstərir. Üfüqi mobillik dedikdə, fərdin və ya sosial obyektin bir 
sosial vəziyyətdən onunla eyni səviyyədə olan digərinə keçidi başa düşülür. Məsələn, fərdin yaşayış yerini 
dəyişməsi, bir dini qrupdan digərinə keçməsi və s. Bu hallardan heç birin-də  fərd özünə aid olan sosial statusu 
dəyişmir. Şaquli mobillik dedikdə isə fərdin aid olduğu təbəqədən fərqli təbəqəyə keçidi başa düşülür. Bu, fərdin 
sosial statusunu yüksəldən və 
[139 - 140] 
ya aşağı salan dəyişmədir.  Əgər sex rəisi sonradan zavodun direktoru 
olarsa, bu, yüksələn mobilliyin təzahürüdür. Əksinə, sex rəisi sonradan adi mühəndis olarsa, belə yerdəyişmə enən 
mobilliyin göstəricisi hesab oluna bilər. 
Sosioloqlar həmçinin nəsillər arasında və bir nəslin daxilində mobilliyi fərqləndirirlər. Nəsillərarası mobillik 
valideynlərin və onların uşaqlarının sosial statusunun karyerasının müəyyən anına  şamil olunur. Tədqiqatlar 
göstərir ki, Azərbaycanın əhalisinin böyük hissəsi hər bir nəsildə sinfi iyerarxiyada heç olmazsa, bir az yuxarıya və 
ya aşağıya doğru yerini dəyişir. Nəsildaxili mobillik şəxsiyyətin sosial statusunun uzun müddət ərzində müqayisə 
edilməsini nəzər-də tutur. Araşdırmaların nəticələri göstərir ki, azərbaycanlıların çoxu öz həyatı boyunca məşğulluq 
növünü dəyişdirir. Lakin insanların çoxunda mobillik məhdud xarakter daşıyır. Kiçik məsafələrə yerdəyişmə 
qaydadır, böyük məsafələrə yerdəyişmə isə qaydalardan istisnadır. 
Açıq statifıkasiya sistemləri üçün şaquli mobillik kifayət qədər adi hadisədir. Burada söhbət  əlbəttə ki
aşağıdan elitaya doğru sürətli sıçrayışdan deyil, addım-addım yerdəyişmədən gedir (baba - fəhlə, ata - həkim, oğul 
şəhərə köçür və dissertasiya müdafiə edir). Qapalı sistemlərdə mobilliyin belə  təzahürləri də istisna olunur. 
                                                 
1
 Сорокин П. А.  Человек. Цивилизация. Общество. М., 1992, с. 373. 


58 
 
Məsələn, silk və zümrəli cəmiyyətlərdə çəkməçilərin, tacirlərin, təhkimli kəndlilərin onlarca nəsli, digər tərəfdən 
isə  əsil-nəcabətli nəsillərin uzun şəcərə  zəncirləri norma olmuşdur. Biz belə sosial varlığın yeknəsəkliyini tarixi 
mənbələrdə göstərilən küçə adlarına görə qiymətləndirə bilərik: qalayçılar küçəsi, tənəkəçilər küçəsi, xalçaçılar 
məhəlləsi və s. Ustalar nəinki öz status və peşələrini nəsildən-nəslə ötürür, həm də onların hamısı yan-yana 
yaşayırdı. 
Sosioloji ədəbiyyatda sosial mobillik nəzəriyyəsinə müxtəlif yanaşmalar mövcuddur. Bu, ilk növbədə sosial 
mobillik anlayışının mahiyyəti ilə bağlıdır. Bəzi sosioloqlar belə bir fikir irəli sürürlər ki, sosial mobillik o zaman 
baş 
[140 - 141] 
verir ki, yeni sosial status fərdin ailəsinə aid edilsin. Fransız sosioloqları P. Bertu və P. Burdan 
sosial mobilliyi fərdlərin həyatları və peşə fəaliyyəti dövründə öz valideynlərinin sosial statusuna nisbətən bir sosial 
kateqoriyadan digərinə keçməsi kimi xarakterizə edirdilər. Burada çıxış nöqtəsi kimi sosial mənşə götürülürdü. 
Sosial mobillik probleminə müasir yanaşmalar içərisində M. Lipset və R. Bendiksin sənaye cəmiyyətinin 
inkişafını şaquli mobilliklə bağlayan konsepsiyasını göstərmək lazımdır. Lipset və Bendiksin tədqiqatlarına görə, 
bütün sənaye cəmiyyətləri yüksək dərəcədə yüksələn mobilliklə səciyyələnirlər. Çünki bir tərəfdən qeyri-məhdud 
sosial inkişaf üçün geniş imkanlar sanki aşağı sosial təbəqələrin daha enerjili və istedadlı nümayəndələrinin 
enerjisini başqa istiqamətə yönəldən və inqilabi dəyişikliklərin risqini azaldan bir «qoruyucu klapan» kimi çıxış 
edir. Başqa sözlə, mobillik cəmiyyətin stabilləşdirilməsi funksiyasını yerinə yetirir. Digər tərəfdən isə  sənaye 
cəmiyyəti fərdə yüksək intellektual tələblər verir və  fərdi istedadların sosial vəziyyətindən asılı olmayaraq 
inkişafını  və onlardan məhsuldar  şəkildə istifadə olunmasını  zəruri edir. P. Blau və bir sıra digər sosioloqlar 
mobillik fenomenini sosial ədalət və sosial sistemin effektivliyi ideyası ilə bağlayırdılar. XX əsrin ortalarında 
sənaye cəmiyyətinin populyar olan nəzəriyyələrində sosial mobilliyə mühüm yer ayrılırdı. Məsələn, konvergensiya 
nəzəriyyəsinə görə,  şaquli mobilliyin artmasına meyl sosial quruluş  və siyasi sistemindən asılı olmayaraq bütün 
sənaye cəmiyyətlərinə xasdır. Bu nəzəriyyəyə  əsasən sənayeləşmə prosesi müxtəlif sinif və  təbəqələrdən çıxmış 
insanların  şaquli mobilliyinin artmasına və sosial imkanların bərabərləşməsinə kömək edir. Sənaye cəmiyyətinin 
tənqidi yönümlü nəzəriyyələri isə  əksinə, göstərirdilər ki, sənayeləşmə labüd olaraq enən Mobilliyin 
genişlənməsinə  səbəb olur. Çünki işçilərin ixtisasına və  işgüzar xüsusiyyətlərinə  tələblərin yüksəlməsi, eləcə  də 
istehsalatın geniş mexanikləşdirilməsi və avtomatlaşdırılması  işsizliyin 
[141 - 142]
 artmasını, getdikçə daha çox 
işçinin aşağıya doğru itələnib çıxarılmasını və onların marginallaşmasını şərtləndirir. 
Sonuncu onilliyə müraciət etdikdə, mobilliyin metodologiyasının öyrənilməsinə  həsr edilən və onun 
perspektivlərini başa düşmək üçün müqayisəli təhlilin xüsusi əhəmiyyətini əsaslandıran B. Dyuryenin tədqiqatını, 
eləcə  də C. Qoldtorp və R. Eriksonun müxtəlif sənaye cəmiyyətlərində mobillik səviyyələrinin dəyişməsinə  həsr 
olunmuş  tədqiqatlarını qeyd etmək lazımdır. Nəticədə müəlliflər bu qənaətə  gəlirlər ki, sosial quruluşundan asılı 
olmayaraq, bütün sənaye ölkələrində sosial mobillik göstəriciləri bir-birinə yaxındır. 
 
2. Sosial mobilliyin səciyyəvi xüsusiyyətləri 
 
Sosial  şəraitdən asılı olaraq cəmiyyət fərdlərin bəzilərinin vəziyyətini yüksəldə, digərlərininkini isə  aşağı 
sala bilər. Bundan asılı olaraq şaquli mobillik prosesləri iyerarxiya pillələri üzrə yuxarıya və aşağıya hərəkətlərdən 
ibarətdir. Bu iki istiqamət irəliləmə və deqradasiya - geriləmə adları ilə tanınır. Peşə, iqtisadi və siyasi baxımdan iki 
əsas formada irəliləmə mobilliyi vardır: birincisi, fərdi irəliləmə  və ya aşağı  təbəqədən ali təbəqəyə doğru 
infıltrasiya; ikincisi isə hər hansı ali təbəqəyə yeni qrup şəklində daxil olmaq və ya onu əvəz etmək. 
Anoloji olaraq mobilliyin deqradasiyasının da iki əsas forması vardır: birincisi, ayrı-ayrı  fərdlərin yüksək 
sosial vəziyyətdən aşağıya doğru enməsi; ikincisi, qrup halında sosial vəziyyətin itirilməsi. 
Ayrıca bir fərdin qarşısına çıxan maneələri və qruplararası sərhədləri keçməsini öyrənməklə biz yüksəlmə 
prosesini, yəni peşə, sosial, iqtisadi və siyasi vəziyyətin yuxarıya doğru irəliləməsini başa düşə bilərik. Hər bir 
fərdin daha yüksək nüfuz, gəlir, hakimiyyətdə daha geniş iştirak və s. ilə bağlı olan daha yüksək mənsəb əldə etmək 
və sosial 
[142 - 143]
 mənsəbi itirməmək tələbatı vardır. Bu istəyin həyata keçməsi cəmiyyətdəki bir çox amillərdən 
asılıdır.  İstəyə nail olmaq haqqında məsələnin tədqiqində K. Levinin sahələr nəzəriyyəsindən istifadə edilməsi 
məqsədəuyğundur. 
Bir qədər aşağı  mənsəbli vəziyyətdə olan qrupda fəaliyyət göstərən fərd yüksək statuslu vəziyyətə nail 
olmaq üçün qrup və ya təbəqələrarası maneələri dəf etməlidir. Daha yüksək mənsəbli qrupa doğru irəliləmək 
istəyən fərdin yuxarıda dediyimiz maneələri dəf etməsi üçün müəyyən enerjisi vardır. O, bu enerjisini aşağı 
mənsəbli təbəqə ilə yuxarı mənsəbli təbəqə arasındakı M məsafəsinin qət edilməsinə sərf edir. Həmin sərf olunan 
enerjini F qüvvəsi kimi ifadə edək. Maneənin müvəffəqiyyətlə  dəf edilməsi yalnız və yalnız fərdin sərf etdiyi 
qüvvənin onu itələyən qüvvələrdən üstün olması halında mümkündür. 
Fərdin yuxarı  mənsəbli təbəqəyə doğru irəliləməsinə  sərf etdiyi qüvvəni ölçməklə nailiyyəti barədə 
müəyyən ehtimal söyləmək olar. Ehtimalın xarakteri vəziyyətin həmişə dəyişməsindən, həmçinin fərdlər arasında 
olan şəxsi münasibətlərdən asılıdır. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə