72
Beləliklə,
məlum olur ki, vahid institutlar sisteminin mövcud olması daha çox ideal konstruksiyadır. Real
həyatda institutlaşma köhnə institusional formalarla yeni yaranan
[176 - 177]
sosial tələbatlar arasında
ziddiyyətlərin olduğunu da qəbul edən dinamik prosesdir.
Tanınmış sosioloq Q. Lenski institutlaşma proseslərini doğuran bir neçə əsas sosial tələbatı müəyyən
etmişdir: kommunikasiyaya olan tələbat (dil, təhsil, rabitə, nəqliyyat); məhsullar və xidmətlər istehsalına olan
tələbat; mövcud nemətlərin bölgüsünə olan tələbat; vətəndaşların təhlükəsizliyinə, onların həyatının və uğurlarının
müdafiəsinə olan tələbat; cəmiyyətdə qeyri-bərabərlik sisteminin (ictimai qrupların mövqelərinin və statuslarının
müxtəlif meyarlar üzrə yerləşdirilməsi) qorunub saxlanılmasına olan tələbat; cəmiyyət üzvlərinin davranışı
üzərində sosial nəzarətin həyata keçirilməsinə (din, əxlaq, hüquq, cəzaçəkmə müəssisələri) olan tələbat.
Müasir cəmiyyət institutlar sisteminin çoxalması və mürəkkəbləşməsi ilə səciyyələnir. Bir tərəfdən, eyni bir
təməl xarakterli tələbat bir çox xüsusi institutların
mövcudluğunu zəruri edə bilər, digər tərəfdən isə hər bir
institusional kompleks (məsələn, hüquq) aşağıdakı bir sıra təməl tələbatlar çoxluğunu yerinə yetirir:
kommunikasiyaya, xidmətlərin, nemətlərin bölgüsünə, fərdi və kollektiv müdafiəyə olan tələbatları, qanun-
qaydanın və nəzarətin qorunması tələbatını.
Tarixi inkişafın gedişində sosial institutlarda baş verən dəyişikliklər həm onların öz daxilində olan
səbəblərlə (əsasən həmin institutun hakim sosial qrupların mənafeləri baxımından səmərəliliyinin aşağı düşməsi
üzündən), həm də xarici amillərlə (məsələn, cəmiyyətin yeni biliklər, yeni təsəvvürlər və dünyagörüşü əldə etməsi
ilə əlaqədar olaraq) bağlıdır.
Aydındır ki, sosial institutun fəaliyyətinə qoşulmuş insanlar onlar üçün ayrılmış müvafiq rolları qəbul
etməlidirlər. Şübhəsiz, institut daxilindəki bütün rollar institut rolları ola bilməzlər. Məsələn, «ananın
balaca
köməkçiləri» - bunlar ailədaxili rollardır. Lakin onlar institutlaşmamışlar. Eyni zamanda oğul və ya qız
institutlaşmış rollardır. Bəs fərq nədədir? İnstitutlaşmış rol kənaraçıxmaları daha ciddi cəzalandırmağı nəzərdə
tutan, daha sabit davranışlar toplusudur. Belə rollardan kənaraçıxmalar təhlükəlidir və ictimai cəhətdən mühakimə
olunur. Hətta prezidentlər, nazirlər çox ciddi qüvvəyə malik olmalarına baxmayaraq, institut rollarının çərçivəsini
qəbul etməyə məcburdurlar. Ailədə oğulun və qızın rolları onların valideynlərə, bir-birinə qarşı münasibətdə
vəzifələri ilə birlikdə sözsüz yerinə yetirilməlidir, bundan kənaraçıxmalar ciddi cəzalandırılır.
İnstitut rolları təəccüblü dərəcədə sabitdir. Məsələn, rəis arvadı ilə müqayisədə xidməti
işdə katibəsinin
onun tələbatlarını necə çevik və bacarıqla yerinə yetirdiyini müşahidə edir. Narazı ər arvadından ayrılır və katibəsi
ilə evlənir. Lakin tezliklə məlum olur ki, katibə arvad rolunda onun əvvəlki arvadından heç nə ilə fərqlənmir. Başqa
bir misalı da nəzərdən keçirmək olar. Tədricən rəhbər vəzifəyə nail olmuş qulluqçular tabeliklərinə keçmiş əvvəlki
həmkarları ilə köhnə münasibətləri saxlamağa çalışırlar. Lakin bu yol nadir hallarda müvəffəqiyyətə gətirib çıxarır.
Belə ki, rəhbər rolu üçün başqa, tamamilə yeni münasibətlər zəruridir.
İnstitutun rollarının sabitliyi fərdlərin həmin rolları fərdi ifaetmə bacarıqlarının eyniləşməsi ilə şərtlənir.
Tikintidə çalışan fəhlələrdən biri pis, digəri yaxşı əhval-ruhiyyədə, başqa birisi isə nisbətən bacarıqsız ola bilər.
Ancaq fərdi fərqlər rolların tələbata istinad etməsi ilə məhduddur. İnstitut daxilində əmələ gələn mübahisələr,
əlbəttə, şəxsiyyətlərin bir-birinə olan münasibətlərinin
dəyişilməsi ilə nəticələnir, çox hallarda sosial rolların
toqquşmasına gətirib çıxarır. İstehsalçı ilə sifarişçi ona görə toqquşurlar ki, istehsalçı məhsulu tam keyfiyyətli
hazırlamalı olduğu halda, sifarişçi həmin məhsulun istifadəyə yararlı olmasını yoxlayır. Bütün bu toqquşmalar
institut rollarıdır. Arvad həmişə arvad, kişi həmişə kişi, direktor isə direktordur. Fərq, ancaq institut rollarının fərdi
cizgilərindədir. Bəzi hallarda rol şəxsi keyfiyyətləri tənzimləyir, məsələn, rəhbər vəzifəyə təyin olunduqda. Rolların
dayanıqlı olması ayn-ayrı institut rollarının yerinə yetirilməsində uyğunluq tələb edir.
Başqa sözlə,
[178 - 179]
rolun özü fərdlər arasında seçim aparır.
Sosial sistemin inkişafı institutların təkamülünə gətirib çıxarır. Bu proses sosial institutların ənənəvi
modellərindən müasir modellərinə keçilməsinə doğru yönəlir. Əgər ənənəvi cəmiyyətdə bütün institutlar sərt
şəkildə birmənalı xarakter daşıması ilə, statuslarda və davranış normalarında fərdi azadlığa son dərəcə aşağı
səviyyədə yer verilməsi ilə səciyyələnirdisə, müasir cəmiyyətdə institutlar tərəfındən sosial reqlamentləşmənin
həyata keçirilməsi sərt deyil, daha yumşaq formalara malikdir və yüksək səviyyədə plüralizmə imkan verir.
Bütövlükdə institutlaşma prosesi öz sıralarında birləşdirdiyi insanların status və vəzifələrinin dəqiq
müəyyənləşdirilməsi ilə başa çatır. Qeyd olunmalıdır ki, ictimai institutsuz heç bir müasir cəmiyyət normal
fəaliyyət göstərə bilməz; institutlar cəmiyyətdə qayda-qanunun və mütəşəkkilliyin simvoludurlar.
3.
Sosial institutların funksiyaları
Sosial institutun normal fəaliyyəti üçün ona daxil olan insanlar müvafıq rolları qəbul
etməli və yerinə
yetirməlidirlər. Sosial institutların əsas rolu müvafıq sosial tələbatın təmin edilməsindən ibarətdir. Onu
reallaşdırarkən hər bir institut öz üzvlərinin birgə fəaliyyətini təmin edən aşağıdakı funksiyaları yerinə yetirir:
73
1. İctimai münasibətlərin təkrar istehsalı funksiyası. Hər bir institut öz üzvlərinin davranışını
möhkəmləndirən və standartlaşdıran davranış qaydaları və normalar sisteminə malikdir. Müvafıq sosial nəzarət
sistemi institut üzvlərinin fəaliyyətinin müəyyən statusda (qayda və çərçivədə) həyata keçirilməsinə şərait yaradır.
Bununlada o, cəmiyyətin sosial strukturunun dayanıqlı olmasına xidmət edir. Məsələn, ailə
[179 – 180]
institutu
yerli mentalitetdən çıxış edərək, sosial nəzarətin köməyilə öz sabitliyini qoruyub saxlayır və onun dağılması
imkanlarını məhdudlaşdırır. Bununla da o, bütövlükdə cəmiyyətin sosial strukturunun möhkəmlənməsinə mühüm
köməklik göstərir.
2. Tənzimedici funksiya. Adından da göründüyü kimi bu funksiya sosial institutlarda birləşən insanların
fəaliyyətlərinin tənzimlənməsini təmin edir. Onların maddi və mədəni həyatı bu funksiya vasitəsilə nizama salınır.
Beləliklə, institutlar sosial həyatda bir növ standartlaşdırılmış davranışın və fəaliyyətin yerinə yetirilməsinə xidmət
edir. Belə tənzimləmə insanların birgəyaşayışı və birgəfəaliyyəti üçün son dərəcə zəruridir.
3. Təminedici funksiya. Bu funksiya institutlaşmış norma, qayda, sanksiya və rollar sistemi vasitəsilə sosial
qrup üzvlərinin qarşılıqlı asılılığı və münasibətlərini təmin edir. Bu və ya digər instituta insanların inteqrasiyası
qarşılıqlı hərəkət sisteminin nizamlanması, əlaqələrin miqyası və tezliyinin artması ilə müşayiət olunur. Bu proses
insanların fəaliyyətlərinin koordinasiyası, hakimiyyətin sabitliyi və mütəşəkkil strukturların yaradılması üçün
mühüm amil rolunu oynayır.
4. Ötürücü funksiya. Məlumdur ki, heç bir cəmiyyət əvvəlki nəsildən əxz etdiyi və özünün inkişaf etdirdiyi
sosial təcrübəni gələcəyə ötürmədən inkişaf edə bilməz. Hər bir sosial institutun normal
fəaliyyət göstərməsi üçün
yeni insanların gəlişinə ehtiyacı vardır. Bu problem nəsillərin dəyişil-məsi və institutların sosial sərhədlərinin
genişləndirilməsi yolu ilə həyata keçirilir.
5. Kommunikativ (əlaqələndirici) funksiya. Sosial institutda hazırlanmış məlumatlardan və
göstəricilərdən həm institutun daxilində normalara nəzarət etmək və onları idarə etmək üçün, həm də institutlar
arasında qarşılıqlı əlaqələr yaratmaq üçün istifadə olunur. Bu zaman kommunikativ əlaqələrin xarakteri
özünəməxsus xüsusiyyətlərə malik olur. Bir sıra tədqiqatçıların qeyd etdiyi kimi, sosial institutların
[180 - 181]
kommunikativ imkanları eyni dərəcədə deyildir: onlardan bəziləri xüsusi olaraq informasiyanı ötürmək üçün
nəzərdə tutulub (kütləvi informasiya vasitələri), digərləri isə bu işi yerinə yetirməkdə məhdud imkanlara malikdir;
bundan əlavə, informasiyanı fəal qəbul edənlər (elmi institutlar) və onu passiv qəbul edənlər (nəşriyyatlar) da
vardır.
Əgər bu və ya digər sosial institut öz funksiyalarını aşkar yerinə yetirə bilmirsə, onda onu əsaslı
dəyişikliklər və yenidən təşkilolunma gözləyir.
6. Latent (gizli) funksiyalar. Sosial institutların fəaliyyətlərinin birbaşa nəticələri ilə yanaşı,
gözlənilməyən, yəni əvvəlcədən planlaşdırılmış insani məqsədlərdən uzaq olan nəticələr də mövcuddur. Sonuncular
cəmiyyət üçün ciddi narahatlıq yaradır. Belə ki, dini ideologiya öz etiqadlarını təbliğ etməklə təsirini
möhkəmləndirməyə çalışır. Lakin bu məqsədlərin reallaşması gedişində elə insanlar meydana gəlir ki, onlar din
naminə və din pərdəsi altında öz gizli niyyətlərini həyata keçirməyə cəhd göstərirlər. Məsələn,
fanatiklər başqa dinə
etiqad edənləri təqib edirlər. Belə hal dini zəmində sosial münaqişələrin yaranmasına kömək edir. Bu baxımdan
Azərbaycanda da ayrı-ayrı xeyriyyə təşkilatlarının bəzən missionerlik fəaliyyəti ilə məşğul olduğu qeyd
edilməlidir.
Buradan aydındır ki, yalnız institutların bütün funksiyalarıni, o cümlədən latent funksiyalarını öyrənməklə
biz onların əsl simasını və məqsədlərini müəyyən edə bilərik. Bəzən sosioloqlar ilk baxışdan anlaşılmayan belə
hadisə ilə üzləşirlər: institut öz həqiqi funksiyasını yerinə yetirmir və cəmiyyətdə onun fəaliyyətinə qarşı müəyyən
maneçilik göstərilir. Lakin buna baxmayaraq o, öz işində davam edir. Bu hal onunla bağlıdrr ki, həmin institutun
üzvləri gizli şəkildə öz məqsədlərinə nail olurlar. Deməli, latent funksiyaların öyrənilməsi ilk növbədə cəmiyyətin
sosial strukturunda baş verən prosesləri müfəssəl öyrənmək üçün mühüm sosial və praktik əhəmiyyət kəsb edir.