61
istisna olunmur. Yeni mədəniyyətə uyğunlaşma prosesi
çox mürəkkəbdir, hətta bir sıra hallarda əsəb pozğunluğu
əmələ gətirə bilər.
Bir çox insanlar şaquli mobilliyə meyllidirlər və valideynlərindən fərqli olaraq onlar daha yüksək sosial
vəziyyətə nail olurlar. Məsələn, əgər fərdin valideynləri fəhlə sinfinə mənsubdurlarsa, o isə ziyalı təbəqəsinə daxil
olmuşdursa, onda fərd ilə valideynlər müxtəlif mədəniyyət səviyyələrində çalışmalı olurlar. Fərd valideynləri ilə
söhbətdə bir sıra hallarda ümumi mövzu tapmaqda çətinlik çəkir; ətrafdakı hadisələrə müxtəlif
nöqteyi-nəzərdən
yanaşmaları onları bir-birindən xeyli uzaqlaşdırır. Uşaqlarının yuxarı qalxması üçün çalışmış valideynlər başa
düşürlər ki, onlar arasında mənəvi ayrılıq yaranmışdır.
Mobillimin deqradasiyası fərdlər üçün daha pis nəticələr verə bilər. Bu zaman fərd öz dostlarını, yaxın
qohumlarını itirə bilir, onun ailəsi dağıla bilir və s.
[149 a 150]
62
VIII FƏSİL
SOSİAL-ETNİK MÜNASİBƏTLƏRİN SOSİOLOGİYASI
1. Sosial-etnik münasibətlərin
mahiyyəti və səciyyəvi cəhətləri
Sosial-etnik münasibətlərin öyrənilməsi xüsusi sosioloji nəzəriyyələr sistemində mühüm yer tutur. Bu
onunla izah edilir ki, sosial-etnik münasibətlər sosial münasibətlər sisteminin çox mühüm və əhəmiyyəti daim
artmaqda olan istiqamətlərindən biridir. Onun əsas məzmunu millətlər və digər etnik birliklər arasında sosial
həyatın istehsalı və təkrar istehsalı prosesində qərarlaşan əlaqə və münasibətlərin məcmusundan ibarətdir.
Sosial-etnik birliklər bununla səciyyələnir ki, onlarda insanların bir-biri ilə sıx əlaqədə olan
iki tərəfi-sosial
və etnik əlamətləri üzvi şəkildə birləşir. Həmin birlik formalarında sosial əlamətlər çox vacib və əhəmiyyətli yer
tutur. Bununla yanaşı onlar həm də etnik keyfiyyətlər və xüsusiyyətlərlə səciyyələnirlər.
Sosial göstəricilərin, yəni bütövlükdə cəmiyyətin və onun struktur elementlərinin yetkinlik dərəcəsindən
asılı olaraq bu və ya digər sosial-etnik birliyin fəaliyyətinin və inkişafının siyasi, iqtisadi, sosial və mənəvi
keyfıyyətləri müvafiq surətdə artır və ya azalır.
İnsanların sosial-etnik
münasibətlərinin müasir, mürəkkəb mərhələsi elə bir termindən istifadəni zəruri edir
ki, bu termin onların sosial mahiyyətini inkar etmədən etnik dərkini də dolğun əks etdirsin. Belə bir anlayış
etnosdur.
Etnos tarixən müəyyən ərazidə yaşayan, mədəniyyət (dil də daxil olmaqla) və psixoloji xarakterin
bəzi xüsusiyyətlərinə, eləcə də özünəməxsusluğunu və başqalarından fərqlərini dərk edən insanların sabit
məcmusudur.
[150 - 151]
Etnosun əsas əlamətləri - dil, xalq incəsənəti, adətlər, ənənələr, mərasimlər, davranış normalan və
vərdişlərdir, yəni mədəniyyətin
elə komponentləridir ki, onlar nəsildən nəslə keçir və beləliklə, etnik mədəniyyəti
formalaşdırır. İnsanların bu cür dayanıqlı birliyi onların sosial xüsusiyyətlərinin vacibliyini ifadə etməklə yanaşı,
həmişə özünün etnik mənsubiyyətini saxlamağa çalışır. Bu, həm bütöv etnosa, həm də onun tərkib hissəsi olan
etnik qruplara aiddir. Etnik qruplar həm kompakt, həm də müxtəlif ərazilərə yayılmış vəziyyətdə ola bilirlər.
Sosial-etnik münasibətlərin
tarixi təkamülü qəbilə, tayfa, xalq və millət kimi birlik formalarından keçərək bu
günə gəlib çatmışdır.
İlk qədim etnik birlik forması ibtidai icma cəmiyyətində yaranmış qəbilə hesab olunur. O, qan qohumluğuna
əsaslanırdı. Bununla yanaşı, qəbilə daxilində birləşən insanlar mənafe ümumiliyinə, yaşayış məskəni, dil, adət və
etiqadlar ümumiliyinə də malik olmuşlar. Öz tərkibində təxminən 30-50 nəfəri əhatə edən icma qəbiləsinin üzvləri
əvvəllərdə ana xətti (matriarxat), sonralar isə ata xətti (patriarxat) ilə müəyyən olunurdu.
İbtidai cəmiyyətin son dövrlərində iki və daha çox qəbilənin birləşməsi nəticəsində tayfa adlı yeni etnik
birlik forması təşəkkül tapdı. Qəbiləyə xas olan əsas əlamətlər (qan qohumluğu,
dil və ərazi ümumiliyi, adət və
etiqadlar ümumiliyi və s.) tayfada da özünü göstərmişdir. Bununla yanaşı tayfa birliyində əvvəla, sayca daha çox
insanlar birləşirdi (bir neçə yüz nəfərdən min nəfərə qədər), sonra, tayfanın öz adı mövcud idi. Nəhayət, tayfa vahid
mədəniyyət ünsürlərinin daha çox inkişafı ilə səciyyələnirdi.
Qəbilə və tayfalar cəmiyyətin inkişafında öz dövrünə görə çox mühüm rol oynamışlar. Bununla belə,
ictimai
həyatda baş verən dəyişikliklər (təsərrüfat funksiyalarının mürəkkəbləşməsi, ünsiyyətin və gediş - gəlişin artması,
ailə -nikah münasibətlərinin inkişafı və s.) prinsipcə yeni etnik
[151 - 152]
birliyin yaranmasını zəruri edirdi. Bu
tarixi tələbatın nəticəsi kimi yeni tarixi birlik forması olan xalq formalaşdı.
Sinfı münasibətlərin inkişafı ilə bağlı olaraq bu formanın yenisi ilə əvəz olunması prosesi getsə də, bir çox
xalqlar-da nəsil - tayfa bölgüsünün qalıqları indi də saxlanılmaqdadır. Hazırda onlar Asiyada, Afrikada,
Amerikada
və Rusiyanın Şimal ərazisində mövcuddur. Qan qohumluğu, klan və tayfaçılıq əlamətləri hazırki dövrdə də özünü
biruzə verməkdədir. Xalqda sosial xüsusiyyətlər, əlamətlər çox mühüm rol oynayır.
Əvvəlki birlik formalarından fərqli olaraq xalq qan qohumluğuna deyil, təsərrüfat və mədəniyyət
əlaqələrinin ümumiliyinə əsaslanırdı. Xalqı yeni birlik forması kimi səciyyələndirən əsas
cəhət budur ki, o, artıq
sırf etnik birlik forması deyildir. O, ilk dəfə olaraq, sözün əsl mənasında sosial-etnik birlik forması mahiyyəti kəsb
etmişdir. Xalq daha mütərəqqi birlik forması kimi iqtisadiyyatın, sosial əlaqələrin və mədəniyyətin inkişafında
mühüm rol oynamışdır. Lakin ictimai tərəqqi gedişində xalqın da birlik forması kimi məhdudluğu özünü
göstərməyə başladı. Nəticədə feodalizmin dağılması və kapitalizmin təşəkkülü dövründə insanların keyfiyyətcə
yeni birliyi - millət yarandı.