101
dünyada nüfuzunun artırılması da vacib məsələdir.
Beləliklə, «mürəkkəb cəmiyyətdə ictimai rəyin ayrı-ayrı
seqmentləri meydana çıxır ki, bunların da arxasında öz mənafeləri, ustanovkaları, bu və ya digər problemin həllinə
müxtəlif təsir imkanları olan ictimaiyyət
[252 - 253]
qrupları dayanır).
1
Bu ictimai rəyi öyrənməyi və nəzərə almağı
zəruri edir.
Demokratik idarəçilik formaları olan müasir cəmiyyətlərdə ictimai rəyin rolu getdikcə artmaqdadır. Bu, bir
neçə vəziyyətlə şərtlənmişdir:
Birincisi, idarəedici təbəqənin yeritdiyi siyasətə ictimaiyyətin təsir göstərmək imkanları kəskin surətdə artır.
Burada
seçkilər, referendumlar, parlamentdə və ya hökumətdə təzyiq qrupları, vətəndaş itaətsizliyi aktları xüsusi
qeyd edilməlidir.
İkincisi, demokratik cəmiyyətlər kütləvi informasiya vasitələrinin çoxşaxəli sisteminə malikdir. Bunlardan
bir çoxu alternativ nöqteyi-nəzərləri müdafiə edir. Bunun sayəsində ictimaiyyət cəmiyyətdə baş verən bütün
hadisələr barəsində dərhal informasiya ala bilir. Bu halda cəmiyyətin əksər üzvlərində məlum hadisələrə və
hakimiyyətin qəbul etdiyi qərarlara münsibətdə sabit mövqe formalaşır.
Üçüncüsü, demokratik cəmiyyətlərdə liderlərin irəli sürülməsi ictimai rəy dalğasında baş verir. Əgər lider
ictimai rəyin dəyişilməsindəki ümumi meylləri qavramışdırsa, onun siyasətini ictimaiyyətin müxtəlif
nümayəndələri, sonra həm də siyasi xadimlər müdafıə etməyə başlayacaqlar.
Kütləvi informasiya vasitələri ictimai rəyə ən müxtəlif formalarda təsir göstərmək imkanlarına malikdir.
Onların fəal təbliğat istiqaməti ümumən etiraf olunur. Bir neçə misala müraciət edək.
İkinci dünya müharibəsindən sonra ABŞ-da papiros çəkmək dəb halını almışdı.
Otaqda və ya ofisdə papiros
çəkmək adi iş sayılırdı. Lakin 1957-ci ildə həkimlər sübut etdilər ki, o, orqanizmə sarsıdıcı təsir göstərir.
Amerikalıların ictimai rəyi kəskin surətdə dəyişildi: kütləvi informasiya vasitələrində sağlam həyat tərzi uğrunda
geniş kampaniya fəallaşdı. Hazırda papiros çəkənlər ümumi məzəmmət obyektinə çevrilmişlər. Qeyri-sağlam
meyllilik
sosial statusa və nüfuza
[253 - 254]
təsir göstərə bilər: papiros çəkənləri bəzi işlərə qəbul etmirlər. Bütün
cəmiyyət papiros çəkməyə qarşı mübarizəyə meyllidir.
2
Başqa bir misala müraciət edək. Keçmiş SSRİ-də 80-ci illərin sonunda ictimai rəy (xüsusən Rusiyada
yaşayan əhali tərəfindən) Şimal çaylarının axarının qismən dəyişilməsi və suya kəskin ehtiyacı olan Cənub
ərazilərinə axıdılması layihəsinə qarşı çıxdı. KİV-lər bir qrup ziyalının etirazını fəal müdafiə etdi. Əksəriyyətin rəyi
dəyişildi, tezliklə layihənin maliyyələşdirilməsinin dayandırılması barədə dövlət qərarı qəbul olundu.
Üçüncü bir misal: Məlum olduğu kimi vaxtilə Azərbaycanda da atom-elektrik stansiyasının inşası
gündəlikdə da-anırdı. İctimai rəy atom-elektrik stansiyalarını olduqca münasib, ekoloji cəhətdən yaxşı göstəriciləri
olan, perspektivli stansiyalar kimi qəbul edirdi. Lakin Çernobıl AES-də baş verən qəza və onun nəticələri nəinki
SSRİ-də, həm də bütün dünyada AES-lər ətrafında formalaşan ictimai rəyə sarsıdıcı zərbə endirdi. Azərbaycanda
AES tikintisi ideyası öz aktuallığını tam itirdi. Fəaliyyətdə olan AES-lərin dayandırılıb-dayandırılmaması məsələsi
geniş müzakirə olunmağa başladı. Onların texniki-texnoloji göstəriciləri hərtərəfli təhlil edildi. Nüfuzlu təşkilatların
inspeksiyaları həyata keçirildi. Mütəxəssislər ciddi səy göstərməli və sübut etməli oldular ki,
qəza AES-in
tikintisində və istismarında yol verilən əsaslı nöqsanların, qüsurların nəticəsidir, AES kompleksinin inşası və
fəaliyyəti isə elmin, texnikanın mühüm nailiyyətidir. Etiraf etməliyik ki, AES-lərə neqativ münasibət məqamları
ictimai rəydə indi də güclüdür.
Kütləvi informasiya vasitələrinin təbliğat işi
ictimai rəyin istiqamətliliyi, intensivliyi və inteqrasiyası barədə
dəqiq, elmi cəhətdən əsaslandırılmış məlumatlara istinad etməlidir. Geniş mənada təbliğatın məqsədi ictimaiyyət
tərəfindən idarə
[254 – 255]
edən tərəfə lazımlı nöqteyi-nəzəri qəbul etməyə istiqamətləndirməkdən, iqtisadi,
siyasi
və ya sosial hadisələri müdafıə və ya rədd etməyə yönələn ustanovkalar sistemi yaratmaqdan ibarətdir. Natiqlərin
kütlə qarşısında çıxışları, jurnallardakı və qəzetlərdəki məqalələr, radio və televiziya verilişləri, reklam, əmtəələrin
bazarda irəliləməsi və s. - bütün bunlar ictimai rəyə təbliğat xarakterli təsirin nümunələridir.
Bir çox tədqiqatçılar təhsil prosesini də təbliğata aid edirlər. Çünki təlim gedişində müəllimlər şagirdlərə,
tələbələrə, dinləyicilərə onları əhatə edən gerçəklikdəki hadisələr barəsində öz xüsusi rəylərini aşılamağa çalışırlar.
Yaxşı məlumdur ki, təlim prosesində fasiləsiz təbliğat təhsil alan şəxslərin şüuruna
müəyyən nöqteyi-nəzərlərə
uyğun gələn norma və dəyərləri daha möhkəm surətdə aşılamağa imkan verir.
Kütləvi informasiya vasitələrinin ictimai rəyə məqsədyönlü təsiri zamanı bir sıra suallar ortaya çıxır. Hansı
halda təbliğat insan davranışında ən böyük dəyişikliklər yaradır: təbliğatın ictimaiyyət nümayəndələrinə təsiri
əhəmiyyətli olanda, yoxsa həmin təsir zəif, ehtiyatlı olanda? İctimaiyyət nümayəndələrinin nöqteyi-nəzəri əvvəlki,
artıq formalaşmış nöqteyi-nəzərdən xeyli dərəcədə kənara çıxdıqda, yaxud bu kənara çıxma əhəmiyyətsiz
olduqda
təbliğatın strategiyasını necə formalaşdırmaq lazımdır? Qəbul olunmuş rəydən kənara çıxmaları dərk etməyi adətən
koqnitiv dissonans adlandırırlar. Burada iki nöqteyi-nəzəri fərqləndirmək olar. Bəzi alimlər belə zənn edirlər ki,
1
Фролов С. C Социология. Москва, 2000, с. 247-248.
2
Misal bu mənbə üzrə verilir: Kpaвченко A. И. Социология. Mocква-Eкатеренбург, 2000, c. 146-147.