99
müəyyən edən «zahiri amillərin» təhlilinə xüsusi diqqət yetirilir. Seçki kampaniyaları zamanı adamların
davranışına təsir edən səbəblərin ierarxiyası öyrənilir: ölkənin
daxili problemlərinə münasibət, kiçik qrup
tərəfindən göstərilən təzyiq, seçicinin şəxsi xüsusiyyətləri, siyasi ənənələr və s. bu qəbildəndir. Seçicilərin seçkilərə
hazırlıq gedişində münasibətlərində baş verən dəyişiklikləri izah etmək üçün seçicilərin davranışına aid müxtəlif
konsepsiyalar işlənib hazırlanır. Məsələn, «Qıf» konsepsiyası. Bu konsepsiyanın mahiyyəti ondadır ki, seçkilərə
yaxınlaşdıqca rəylər daha çox fərdiləşdirilmiş, konkretləşdirilmiş və siyasiləşdirilmiş xarakter kəsb edir. «Susma
spiralı» adı ilə məşhur olan konsepsiya. Bu konsepsiya belə bir vəziyyəti qeydə alır: partiyalardan birinin qələbə
gözləməsi daim artır, həmin partiya üçün səs vermək niyyətləri isə dəyişməz qalır.
Beləliklə, ictimai rəyə sosiaoloji, sosial-psixoloji və politoloji yanaşmalar öz mahiyyəti və məzmunu
etibarilə bir-birindən müəyyən dərəcədə fərqlənir. Birincisi sosial məqamları, ikincisi sosial-psixoloji məqamları,
üçüncüsü isə siyasi məqamları ön
plana çəkir, qabarıqlaşdırır. Lakin bu yanaşmaların hamısı ictimai rəyin
əhəmiyyətini qeyd edir, onu öyrənməyi vacib sayır və bunun üçün müxtəlif üsullar təklif edirlər.
[247 - 248]
2. İctimai rəyin ifadə olunma vasitələri
Sosiologiya ictimai rəyin ifadə olunması prosesinin öyrənilməsini daim diqqət mərkəzində saxlayır.
Ümumiyyətlə, ictimai rəyin ifadə olunması dedikdə, həyatın aktual problemləri üzrə fərdi və qrup xarakterli
rəylərin bilavasitə və nümayəndəli demokratiya formaları vasitəsilə ifadə edilməsi başa düşülür.
1
Bu bir həqiqətdir ki, ictimai rəyin gücü təkcə onun məzmununun obyektivliyi və əhalinin daha geniş
təbəqələrinin mənafelərini, tələbatlarını əks etdirməsi ilə deyil, həm də onun ifadə olunma vasitələri ilə
şərtlənmişdir. Buna görə də ictimai rəyi ifadə edən siyasi və ictimai institutların işinin səmərəli təşkil edilməsi,
insanların kollektiv rəyini ifadə edən formaların və kanalların genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
İctimai rəyin daşıyıcısı ilə onu ifadə edən tərəf heç də həmişə eyni olmur. Yəni ola bilər ki, böyük sosial
qrupların ictimai rəyi nisbətən xırda qruplar və hətta ayrı-ayrı adamlar tərəfindən ifadə olunsun.
Deməli, cəmiyyətin hər bir üzvü ictimai rəyin ifadəçisi kimi çıxış edə bilər. Bu halda onun kütləvi elan
etdiyi rəy ictimai əhəmiyyət kəsb edən bu və ya digər məsələ barəsində hər hansı böyük sosial
qrupun rəyini,
münasibətini əks etdirməlidir.
İctimai rəyin ifadə olunma növləri və formaları olduqca müxtəlifdir. Bu baxımdan üç növü xüsusi olaraq
fərqləndirmək lazımdır.
Birincisi, kortəbii surətdə ifadə olunan ictimai rəydir. Belə rəy müəyyən fərdin və ya fərdlər qrupunun
gündəlik həyat şəraitinin təsiri altında formalaşır və hadisələrə bu səviyyədə münasibətini, qiymətini ifadə edir.
Məsələn, küçədə, məhəllədə, bazarda, iş yerində və s. yerlərdə daxili və beynəlxalq məsələlərin müzakirə edilməsi,
onlara münasibət
[248 - 249]
bildirilməsi, qiymət verilməsi məhz bu qəbildəndir. İctimai rəyin belə ifadə olunması
özünün lokal xarakteri, çox zaman hadisələrin zahiri, səthi tərəflərinə əsasən fıkir yürüdülməsi və əsl mahiyyətinə
dərindən nüfuz edilməməsi, əksər hallar-da qeyri-dəqiq olması ilə səciyyələnir. Lakin dediklərimiz ictimai rəyin bu
növünə laqeyd yanaşmaq, onu nəzərə almamaq üçün əsas olmamalıdır.
İkincisi, ictimai rəyin dövlət orqanlarının, ictimai təşkilatların, kütləvi informasiya vasitələrinin təşəbbüsü
ilə ifadə olunmasını əhatə edir. Bu
növə ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatına dair mühüm əhəmiyyətli
qanun layihələrinin ümumxalq müzakirəsini, mətbuat səhifələrində, radio və televiziyada həyatımızın ən aktual və
əhəmiyyətli problemlərinin vaxtaşırı müzakirəsini və s. aid etmək olar. Təbiidir ki, bu növ daha əhatəlidir, ictimai
praktikamıza daha möhkəm daxil olmuşdur.
Üçüncüsü, ictimai rəyin xüsusi sosioloji tədqiqatlar vasitəsilə əldə edilmiş nəticələrinin əhaliyə
çatdırılmasıdır. Bu növ əsasən əhalinin müxtəlif qrup və təbəqələri arasında aparılan sosioloji sorğular vasitəsilə
ifadə olunur. Məlum olduğu kimi, bu növ dünya praktikasında geniş yayılmışdır. Respublikamızda da bu
istiqamətdə müəyyən addımlar atılmışdır. Sosioloji sorğular sosial informasiya əldə etməyin mühüm kanallarıdır.
Onlar cəmiyyətdəki ümumi iqlimi başa düşməkdə və qiymətləndirməkdə mühüm rol oynayır.
Elmi ədəbiyyatda ictimai rəyin təhlilində şəxsiyyətlərarası ünsiyyətə xüsusi diqqət yetirilir.
İctimai rəyin ifadə olunmasının müxtəlif üsullarını və kanallarını sıx qarşılıqlı əlaqə və təsirdə götürmək
zəruridir. Bu, bir tərəfdən ictimai rəyin nə dərəcədə kütləvi xarakter daşıdığını, bu prosesin özünəməxsusluqlarını
və istiqamətlərini, ayrı-ayrı fəaliyyət formalarının intensivliyini öyrənməyə imkan verir. Digər tərəfdən, hər bir
ifadə növünə ayrı-ayrılıqda xas olan üstünlükləri nəzərə almaq və ümumiləşdirmək ictimai rəyin mötəbərliyinin
təmin olunmasının mühüm şərtidir.
İctimai rəyə sosioloji yanaşma onun iki səviyyəsini fərqləndirməyi tələb edir.
Bunlardan birincisi sözdə,
danışıqda ifadə olunan səviyyədir. Buna verbal münasibət deyilir. Qeyd edilən səviyyədə bu və ya digər məsələyə
1
Sosiologiya. Bakı, 1994, s. 53.
100
ifadə olunan münasibət, verilən qiymət zahirən müəyyən əhali kütləsinin rəyi kimi qəbul oluna bilir, lakin hələ
praktik gücə qadir olmur.
İkinci səviyyə bundan fərqli xarakteristikaya malikdir. Artıq bu səviyyədə, yəni əməli işi səviyyəsində
ictimai rəy real həyata öz həqiqi təsirini göstərir. Bu səviyyədə artıq sosial qruplar və sosial birlik formaları öz
şüurlarında bu və ya digər məsələyə verilən qiymətə uyğun surətdə praktik fəaliyyət göstərməyə başlayırlar. Qeyd
oluınmalıdır ki, ictimai rəyin birinci səviyyədən - inikasedici səviyyədən ikinci səviyyəyə keçməsi mürəkkəb
prosesdir. Bu keçid əsas etibarilə ictimai rəy göstəricilərinin sosial normalarda, sosial tənzimetmə və nəzarət
formalarında təcəssümü vasitəsilə baş verir. Nəticədə ictimai rəyin mövcud ictimai münasibətlərin
real tərəfinə
çevrilməşi, bu münasibətlərlə çulğalaşması prosesi cərəyan edir.
1
Məlum olduğu kimi, sosial tənzimetmənin müxtəlif formaları (hüquq, əxlaqi, tərbiyəvi və s.) mövcuddur.
Cəmiyyətdə gedən sosial proseslərin tənzim olunmasında mühüm yer tutan ictimai rəy bu normalarla sıx qarşılıqlı
təsirdə çıxış edir. Daha dəqiq desək, onların təsirinə ictimai rəyin də əlavə olunması, bu təsirin gücünü daha da
artırır. İctimai rəy vasitəsilə həyata keçirilən nəzarət özünün gündəlik xarakter daşıması, daimi fəaliyyət
göstərməsi, yaranmış vəziyyətə çox tez reaksiya verməsi, öz məzmununda bir qayda olaraq çoxluğun əhval-
ruhiyyəsini əks etdirməsi və digər mühüm keyfiyyətləri ilə səciyyələnir. Odur ki, ictimai rəyin nəzarətedici
funksiyasının səmərəliliyini yüksəltmək yollarını və vasitələrini axtarıb tapmaq sosioloji yanaşmanın mühüm
məqsədini təşkil edir. Bu cür nəzarət cəmiyyətdə
[250 - 251]
bir çox proseslərin normal getməsi, burada özünü
göstərən neqativ halların - əliəyriliyin, oğurluğun,
vəzifədən sui-istifadə etmənin, xalqın sərvətini müxtəlif yollarla
mənimsəməyin aradan qaldırılmasında əhəmiyyətli rol oynayır. Sosial münasibətlərin, cəmiyyət üzvlərinin
davranışının ictimai rəyin köməyi ilə tənzim edilməsi onların şüuruna bilavasitə təsir göstərir. Bu, ictimai rəyin
gücünü artırır, onun nüfuzunu yüksəldir. Nəticədə ictimai rəyin əhəmiyyəti ümumən etiraf olunur, cəmiyyətdə
demokratik əsasların daha möhkəm qərarlaşması və möhkəmlənməsi üçün əlverişli zəmin yaranır.
3. Kütləvi informasiya vasitələri ictimai rəyin
formalaşmasının qüdrətli amilidir
Məlumdur ki, ictimaiyyətin nümayəndələri öz rəylərini bildirmək üçün bir yerə toplaşa da bilər, toplaşmaya
da bilər. İkinci halda ictimaiyyətin ayrı-ayrı nümayəndələri ictimaiyyətin digər
nümayəndələri ilə ancaq
kommunikativ əlaqələrdə ola bilərlər. «İctimaiyyət ancaq kütləvi kommunikasiya vasitələri sayəsində daxili
əlaqəsini saxlayır. Bu səbəbə görə kütləvi informasiya vasitələri üzərində nəzarət çox zaman ictimai rəy üzərində
hakimiyyət deməkdir».
2
Kütləvi informasiya vasitələri öz fəaliyyətində ictimaiyyətin strukturunu və rəyini nəzərə almalıdır. Bu,
mədəni fərqlərlə və heterogenliklə müəyyən olunur. Yekcins mədəniyyətli cəmiyyətdə uyğun, azfərqli maraqlara
malik ictimaiyyət qərarlaşır. Adətən belə cəmiyyət submədəniyyətin az olması ilə səciyyələnir. Submədəniyyətlərin
çox olması ifrat qeyri-yekcins ictimaiyyət doğurur; belə ictimaiyyətin qrupları öz mənafelərinin ifadəsində və
reallaşdırılmasında rəqabət aparan tərəflər kimi çıxış edirlər. Məsələn, ictimaiyyətin bir hissəsi belə güman edir ki,
büdcənin əhəmiyyətli hissəsi ekoloji problemlərin həllinə istiqamətləndirilməlidir, ikinci
[251 - 252]
hissə belə
hesab edir ki, vəsait milli sənayenin inkişafına sərf olunmalıdır, üçüncü hissə isə əmindir ki, vəsait daha çox
Müdafıə Nazirliyinə ünvanlanmalıdır ki, Azərbaycanın ərazi bütövlüyü qorunub saxlanılsın,
onun dünya
meydanında nüfuzu güclənsin. Cəmiyyətin strukturu mürəkkəb olduqca bu və ya digər məsələnin həlli ilə bağlı
olaraq, ictimaiyyət nümayəndələrinin tutduqları mövqelər də çox olacaqdır.
Cəmiyyətin sadə stabil mədəniyyəti bir qayda olaraq, ümdə məsələlərin həllində ictimaiyyətə çoxlu
alternativlər təklif etmir. Çünki vəziyyəti ənənələr və mənəvi normalar əsasında idarə etmək olar. Buna görə də
müxtəlif sosial qruplar üçün ictimai rəydə ayrılıq əhəmiyyətli deyildir, gərgin münaqişələrlə müşayiət olunmur.
Lakin mürəkkəb, ziddiyyətli mədəniyyətdə ictimaiyyət nümayəndələrinin müxtəlif qruplarının hər hansı problemin
həllinə yönəlmiş nöqteyi-nəzərləri son dərəcə rəngarəng ola bilər. Başqa sözlə, yaranmış vəziyyəti müəyyən
normalar toplusunun köməyi ilə idarə etmək mümkün deyildir. Çünki həmin normalar məlum cəmiyyətin yalnız
ayrıca qruplarının, submədəniyyətinin hüdudlarında qəbul edilmişdir. Məsələn, hazırda ictimaiyyətin bir çox
nümayəndələri müəyyən ərazidə neft və ya başqa faydalı qazıntı çıxarılması nəticəsində ekoloji balansın
pozulmasından narahatlıq keçirə bilər. Eyni zamanda həmin ərazidə neft və ya başqa faydalı qazıntı çıxarılmasına,
sənayenin inkişaf etdirilməsinə maraqlı olan qruplar belə hesab edə bilərlər ki, bunun üçün istənilən vasitə
məqbuldur. Ənənəvi normalar bu məsələni həll etməyə imkan vermir, çünki hər iki
nöqteyi-nəzəri müdafiə etmək
üçün həmin normaları tətbiq etmək olar. Ekoloji tarazlığın təmin olunması da, ölkənin sənaye potensialının,
1
Sosiologiya. Bakı, 1994, s. 54-55.
2
Фролов С. C Социология. Москва, 2000, с. 247.