Fakultə : «Əmtəəşünaslıq» Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi



Yüklə 355,21 Kb.
Pdf görüntüsü
səhifə3/13
tarix06.02.2018
ölçüsü355,21 Kb.
#26426
1   2   3   4   5   6   7   8   9   ...   13

 

Qarışıq yun ipliyi iki və daha çox komponentdən hazırlanır. Ən çox yayılmış 



yunun viskoz, lavsan, kapron və nitron lif  qarışığından olan iplikləridir. Qarışıqda 

kimyəvi liflərin faiz miqdarı müxtəlif ola bilər. 



Kətan ipliyi. Kətan ipliyi xalis və qarışıq olur.  Alınmasına görə quru və yaş 

əyirilmiş alınmış ipliklərə bölünür. Quruluşuna görə birsaplı və əyirilmiş olur. 

Yaş  üsulda  əyirmə  üsulunda  əyirici  maşınlar  qaynar  su  saxlayan  yeşiklərlə 

təchiz edilir. Yaş üsulla əyirilən iplik nisbətən nazik 200-13 teksə qədər hamar və 

davamlı olur. 

Kətan ipliyi ən çox toxuculuq və xalça istehsalında işlədilir. 



Ipək saplar. Burulmamış ipək sap xam ipək adlanır və toxuculuqda bir neçə 

qat  (2  və  4  və  daha  çox)  işlədilir.  Burada  əriş  və  arğac  sapları  bir-birindən 

fərqlənir. 

Əriş sapı – xam ipəkdən iki-dörd sapdan ikiqat burulmuş sapdır. Əvvəl xam 

ipək  sap  bir  metrdə  400-600  buruq  olmaqla  sola  burulur,  belə  iki-üç  sap  eşilir  və 

sonra  bir  metrdə  480-600  buruq  olmaq  şərtilə  sağa  burulur.  Ikincidə  əksinə, 

burulma zamanı birinci  burulma bir  neçə  dəfə azalır,  bunun  nəticəsində  burulmuş 

yumşaq sap alınır. 

Arğac  sapı  –  2,5  və  daha  çox  xam  ipək  sapdan  ibarət  olub,  1  metrdə  125 

buruq  olan  sağa,  yaxud  sola  burulmuşdur.  Bu  sap  yumşaq,  düz,  hamar,  9,1-7,1 

teksli olur. 

Ipək  ipliyi.  Barama  tullantılarından  hazırlanır,  müxtəlif  teksli  birsaplı  və 

burulmuş olur. 

Az  buruqlu  kompleks  kimyəvi  sap  (viskoz,  asetat,  triasetat,  kapron)  bir 

metrində 100-260 buruq olur və arğac, yaxud əriş kimi işlədilir. 

Muslin – orta buruqlu daha nazik sapdır. Təbii ipəkdən olan muslin tək xam 

ipək  sapın  1500-1800  dəfə  burulmasından  alınır.  Burulma  gərginliyinin  azalması 

üçün  ona  buxarla  təsir  edilir.  Nəticədə  nazik,  sıx,  tərsinə  açılmayan  sap  alınır. 

Kompleks  kimyəvi  saplardan  olan  muslin  (viskoz,  asetat,  kapron)  600-800  dəfə 

burulmuş olur. 



10 

 

Krep – çox burulmuş sapdır. Təbii krep almaq üçün 2-5 xam ipək 2200-3200 



dəfə  burulur  və  sonra  buruqları  fiksasiya  etmək  üçün  onlara  buxarla  təsir  edilir. 

Nəticədə sap yumşalır və üzü xırda dənəvəri olur. Krep sapı sağa və sola burulmuş 

olur.  Belə  sapı  növbə  ilə  parçanın  arğacı  üçün  işlətdikdə  parçanın  üzərində  krep 

effekti yaranır. 

Krep  kompleks  kimyəvi  sapdan  bir  sapı  1500-1800  dəfə  burmaqla  alınır. 

Mooskrep –  ikiqat burulmuş sapdır. Təbii  ipək  mooskrep krep sapının  iki-üç  xam 

ipək  sapla  eşildməsindən  alınır.  Mooskrep  süni  ipək  sapından  (viskoz,  asetat) 

eşilmə  və  krep  sapının  sonrakı  eşilmə  krep  sapı  istiqamətində  təxminən  500  dəfə 

burulmaqla  aparılır.  Krep  sapı  əsasdır,  xam  ipək  sapı  geydirmədir,  o,  əsas  sapa 

sarınır.  Mooskrep  bir  tərəfdən  xam  ipək  kimi  yumşaq  olur,  digər  tərəfdən  krep 

kimi yığılır və parçanın üzərində krep effekti yaradır. 

Monosap kimyəvi tərkibi, nömrəsi, en kəsiyinin görünüşü ilə fərqlənir. 

Toxuculuq  sənayesində  ən  çox  parlaq  və  tutqun,  1,7-6,6  teksli  olan  kapron 

monosaplar tətbiq edilir. 

Metallaşdırılmış sap parça və trioktajın xarici görünüşünün yaxşılaşdırılması 

və bədii tərtibatı üçün tətbiq edilir. Metal saplardan başqa, metanit və plastileks də 

işlədilir. Metanit – səthinə alüminium təbəqəsi çəkilmiş 0,2-0,4 mm enində poliefir 

plyonkanın  zolağından  ibarətdir.  Poliefir  plyonkası  rəngsiz,  yaxud  boyanmış  ola 

bilər. Plastileks boyanmış  və  metallaşdırılmış plyonkanın zolaqlara kəsilməsindən 

alınır. 


Fasonlu  saplar  başqa  saplardan  xarici  görünüşündəki  effekti  ilə  fərqlənir. 

Onlar orijinal quruluşlu parçaların istehsalına işlədilir. 

Fasonlu  saplar  alınma  üsulundan  asılı  olaraq  əyirilmə  effektli  saplar  və 

eşilmiş  effektli  saplar  bir-birindən  fərqlənir.  Saplara  əyirmə  effekti  əyirilmə 

prosesində verilir. 

Eşilmiş  effektli  fasonlu  saplar  daha  çox  müxtəlifdir.  Onlar  üçün  eyni  və 

müxtəlif lif tərkibi, müxtəlif rəng və nömrəli iki-beş sapdan ibarət çoxsaplı quruluş 

xarakterikdir.  Fasonlu  sapı  istehsal  etmək  üçün  eşmə  maşınları  xüsusi  qurğu  ilə 




11 

 

təchiz  edilmişdir  ki,  hər  tərkibi  sapının  verilməsini  və  dartılmasını  nizamlayır. 



Fasonlu  sap  əsasdan,  fasonlu  effekti  (ilgək,  düyün  və  s.)  əmələ  gətirən  sapdan, 

alınmış fasonlu effekti bərkitmək üçün bərkidicidən ibarətdir. 

Spiral – spirala oxşar effekti olan sapdır. Bu sap çox müxtəlif növdə istehsal 

edilir ki, lif tərkibi, nömrəsi, buruğunun miqdarı və istiqaməti ilə fərqlənir. 

Eponj – ikiqat burulmuş sap olub, az qalın, boş effektlidir. 

Düyünlü sap – müxtəlif yoğunluğa malik düyünlü sapdır. 

Ilgəkli sap – ilgək quruluşlu effektlidir. 

Kombinələşdirilmiş  effektli  sap  müxtəlif  buruqların  kombinasiyasından 

alınır. 

Teksturalı  saplar.  Bu,  quruluşunun  görünüşü  dəyişdirilmiş  saplardır. 

Teksturalaşdırma  termomexaniki  üsulla  əmələ  gətirilir.  Burada  hamar  sintetik 

saplara yüksək həcmlik, xovluq, elastiklik verilir. 

Teksturalı  (yüksək  həcmli)  saplar  yüksək  elastikliyi,  az  həcm  kütləsi,  yaxşı 

örtmə  qabiliyyəti,  quru,  isti  qrifi,  yumşaqlığı,  çox  məsaməliliyi  və  bu  səbəbdən 

yaxşı izolyasiya xassələri ilə xarakterizə olunur. Beləliklə, teksturlaşdırma yolu ilə 

hamar  sintetik  saplara  tamamilə  yeni  xassələr  verilir  ki,  bu  da  sintetik  liflərin 

tətbiqi  sahələrini  genişləndirməyə,  həmçinin  hazır  məmulatların  çeşidini 

müxtəlifləşdirməyə və onların keyfiyyətini yaxşılaşdırmağa imkan verir. Teksturalı 

saplar  istehsalı  daim  artır:  sintetik  sapların  çox  hissəsi  toxuculuq  sənayesində 

teksturalı  halda  emal  edilir.  Teksturalı  saplar  bir  neçə  üsulla  alınır.  Bu  üsullarla 

alınan saplar xarici görünüşünə və xassələrinə görə fərqlənir. 

Teksturalı  kompleks  saplar  elastiklik  dərəcəsindən  və  quruluşundan  asılı 

olaraq  yüksək  dərəcədə  dartılan  (100%-dən  çox),  dartılan  (100%-ə  qədər)  və 

dartılmayana bölünür. 

Yüksək  dərəcədə  dartılan  saplar  kompleks  poliamid  saplarından  hazırlanır. 

Bundan  ötrü  iki  kompleks  sapa  yüksək  burulma  verilir  (bir  metrdə  2750-4000 

buruğu  olur),  eyni  zamanda  bir  sap  sola,  o  biri  sap  sağa  burulur.  Sonra  saplardan 

burulma nəticəsində əmələ gələn gərginliyi ləğv etmək üçün termostabilizasiyadan 



Yüklə 355,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə