Fakultə : «Əmtəəşünaslıq» Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi



Yüklə 355,21 Kb.
Pdf görüntüsü
səhifə4/13
tarix06.02.2018
ölçüsü355,21 Kb.
#26426
1   2   3   4   5   6   7   8   9   ...   13

12 

 

keçirilir. Daha sonra saplar açılır, bu zaman burulmadan alınan deformasiya aşkara 



çıxır  və  isti  emal  zamanı  müəyyən  edilir.  Bunun  nəticəsində  elementar  lif  spiral 

yay formasını alır. Bundan sonra hər iki sap zəif burulur (bir metrdə 160-200 buruq 

olur) 2,2-15,6 teksli elastik teksturalı saplar belə hazırlanır. Xaricdə buna oxşayan 

saplar ajilok (Ingiltərə), brilon, aqlon (ABŞ), evalon (Çexiya), tayvalon (Yaponiya) 

adlanır. Bu saplar çox məsaməliliyi (400%-ə qədər) ilə xarakterizə olunur. Yüksək 

dərəcədə  dartılan  saplardan  corab-noski,  idman  məmulatları,  parça,  üst  və  alt 

trikotaj dəyişəyi hazırlanması üçün işlədilir. 

Dartılan  saplar  kompleks  poliamid  və  poliefir  saplarından  bir  neçə  üsulla 

alınır. Buraya qofron, meron, melan və belon daxildir. 

Qofron  sapı  mexaniki  təzyiqlə  (presləmə),  sonra  termofiksasiya  üsulu  ilə 

alınır.  Ilk  kompleks  sap  büzməli  qurğudan  keçir  və  qıvrımlığını  fiksasiya  etmək 

üçün  preslənmiş  halda  termokameraya  verilir.  Qofron  sapları  həcmli,  xovlu, 

dartılan  sapa  nisbətən  elastikliyi  az  dərəcədədir.  Onlarda  100%-ə  qədərdir.  Bu 

üsulla, həmçinin ojilon sapı hazırlanır ki, bundan xalça istehsal edilir. 

Dartılan  saplar  meron  (kapron),  melan  və  belan  (lavsan)  da  yüksək  elastik 

sap kimi alınır, lakin burada əlavə termoemal əməliyyatı aparılır. Bu zaman elastik 

üçün  xarakterik  olan  spirala  oxşar  qıvrımlıq  sinusoidala  keçir  və  bu  vəziyyətdə 

fiksirləşir. Bu saplar xovlu, yumşaqdır, onların elastikliyi 30-50%-dir. 

Bundan başqa, saplar almaq üçün əvvəldən stabilizə edilmiş trikotaj polotno 

sökülür. Bu effektli istehsal üsulu sapın elastikliyini və qıvrımlığını təmin edir. 

Kombinə  edilmiş  teksturalı  saplar  müxtəlif  yığılmağa  malik  olan  sapların 

birləşməsi  və  eşilməsi  yolu  ilə  alınır.  Bu  saplar  termiki  emaldan  sonra  teksturalı 

saplara  məxsus  olan  tipik  xassələri  (qıvrımlıq,  xovluluq,  boş)  alır.  Ən  geniş 

yayılanı asetat-kapron sapları – akon, komelandır. 

Dartılmayan  saplara  ilgəkli  aeron  sapı  daxildir.  Bu  sap  Çexiyada  mirlan, 

ABŞ-da qasman, fikotes, Almaniyada nefafil adlanır. O, aerodinamik üsulla alınır. 

Kompleks  poliamid  sapına  hava  axını  təsir  edir.  Sapın  hərəkət  sürətindən  asılı 



13 

 

olaraq  elementar  sapın  nömrəsi  sapın  ilgək  quruluşunun  hava  axınının  təzyiqi  bir 



neçə dəfə müxtəlifdir. Sapın quruluşu isti hava, yaxud buxarla fiksirləşdirilir. 

Aeron 


tipli 

sapın 


elastikliyi 

normala 


yaxınlaşır, 

10-20%-dir. 

Kombinələşdirilmiş ilgəkli sap iki sapdan ibarətdir: özək – bu yüksək həcmli sapın 

əsasıdır  və  geydirmə  sap  həcmlilik  effektini  yaradandır.  Forsunkaya  geydirmə  və 

əsas  aapların  verilmə  sürətinin  dəyişməsindən  müxtəlif  ilgək  sapları  alınır. 

Kombinələşdirilmiş ilgəkli sapın istehsalında növ və nömrəsinə görə fərqlənən əsas 

sap işlədilir. 

Teksturalı  (yüksək  həcmli)  iplik  müxtəlif  yığılmağa  malik  liflərin 

qarışığından  adi  əyirilmə  üsulu  ilə  alınır.  Bir  qayda  olaraq  müxtəlif  yığılmağa 

malik  poliakrilnitril,  yaxud  sopolimer  lifləri  işlədilir.  Qarışıq  liflərdən  olan  iplik 

mexaniki  dartılmadan  rütubətli-isti  emaldan  keçirilir.  Bu  zaman  lifin  bir  hissəsi 

yığılır  və  sapın  ümumi  uzunluğu  qısalır,  nəticədə  lifin  o  biri  hissəsi  deformasiya 

edir  və  ipliyin  səthinə  burum  və  ilgək  halında  çıxan  qıvrım  əmələ  gəlir.  Alınan 

iplik xovlu, yumşaq, yüngüldür, az elastikliyə malikdir. 

Armaturalanmış iplik nüvə və xarici qabıqdan ibarətdir. Nüvə kim kompleks 

kapron  sapı  tətbiq  edilir  ki,  əyirici  maşında  başqa  lif  (pambıq,  kətan,  süni) 

təbəqəsilə örtülür. Armaturalanmış iplik yüksək mexaniki möhkəmliyi, yumşaqlığı, 

xovluluğu ilə xarakterizə olunur. 



Rezin  və  elastomer  saplar.  Rezin  saplar,  yaxud  rezin  damarlar  təbii 

kauçukdan olan rezin vərəqələrin nazik kəsilməsi yolu ilə alınır. O, trikotaj (corab-

noski, əlcək məmulatı), ayaqqabı və xırdavat istehsalında işlədilir. 

Hazırda  poliuretan  əsasında  alınan  spandeks  tipli  elastomer  sapı  çox  geniş 

tətbiq edilir. Bu sapların  yüksək elastikliyinə polimerlərin  fiziki-kimyəvi quruluşu 

səbəb  olur.  Bunların  elastikliyi  700-800%-dir.  Spandeks  rezindən  çox  möhkəm, 

yüngül,  suya  və  işığa,  havaya  davamlıdır.  Spandeks  sapları  müxtəlif  nömrədə 

hörülmüş və hörülməmiş hazırlanır. Hörgü üçün təbii və süni liflər (iplik) işlədilir. 



Sapların nöqsanları. Istehsal proseslərinin müxtəlif mərhələlərində iplik və 

saplarda  bir  sıra  nöqsanlar  əmələ  gələ  bilər  ki,  bu  nöqsanlar  məmulatın  zahiri 




14 

 

görünüşünə  və  keyfiyyətinə  təsir  edir.  Saplarda  olan  nöqsanlar  yerli  və  yayılmış 



nöqsanlara bölünür. Yerli nöqsanlardan aşağıdakıları göstərmək olar. 

Naharlıq,  yəni  iplikdə  və  sapda  yoğun  və  nazik  yerlərin  bir-birinin  dalınca 

getməsidir. 

Uzun və əyri düyünlər – sapın düzgün quruluşunu pozan nöqsandır. 

Qoşalaşmalar – iki lentin və sapın bir-birinə yapışmasıdır. 

Ilmək-sapa və ipliyə həddindən artıq tov verdikdə ilmələr əmələ gəlir. 

Ilməyin  zibillənməsi  –  əyirilmə  prosesində  liflərin  təmizlənməsindən  əmələ 

gəlir. 


Yağ  ləkəsi  –  maşının  ehtiyatla  yağlanmamasından,  ipliyin  çirkli  əllə 

çıxarılmasından əmələ gəlir. Belə iplik qeyri-bərabər boyanır. 

Toxuculuq  saplarının  ayrı-ayrı  yerlərində  olan  nöqsanlardan  başqa,  bütöv 

sap  boyunca  yayılmış  nöqsanlara  da  rast  gəlinir.  Bu  zəif  eşilmə,  az  möhkəmlik, 

qeyri-bərabərliyin müəyyən edilmiş normadan çox olması və s.-dən ibarətdir. 

Sapların  keyfiyyətinə  verilən  tələblər  haqda  daha  ətraflı  məlumatı  DÜIST 

66110-69, DÜIST 6611,6-69, DÜIST 6611,1-69, DÜIST 6611,5-69-da almaq olar. 

Yuxarıda  qeyd  edilən  nöqsanların  obyektiv  qiymətləndirilməsi  üçün 

qüvvədə  olan  standartlardan  istifadə  edilir.  Odur  ki,  yuxarıda  göstərilən  DÜIST-

lərdən istifadə edilməsi məsləhət görülür. 

 

 

 



 


Yüklə 355,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə