Fakültə: Geoloji kəşfiyyat Qrup: 25. Müəllimin adı


Neft, bitum, yanan qazlar



Yüklə 0,62 Mb.
səhifə29/30
tarix25.09.2023
ölçüsü0,62 Mb.
#123798
1   ...   22   23   24   25   26   27   28   29   30
Lito konspekt

Neft, bitum, yanan qazlar

Neft – Bu yağlı maye olub, qara və ya tünd boz rəngdə olub, nadir hallarda rəngsiz olur. Tərkibi müxtəlif karbohidrogenlərdən təşkil olunur. Məsələn, doymuş və parafinli tərkibi CnH2n+2, doymamış və ya naftenli CnH2n, və aromatik CnH2n-x, burada x=6,8,10.... həmçinin S, O2, və N2 saxlayan birləşmələr idi. Parafinli neftlər açıq və yüngül olur. Naftenlər tünd və ağır olur. Aromatiklər isə tərkibində çoxlu astaltenlər saxladığından onların tərkibinə 2-3 tip karbohidrogen daxil olur. Neftin tərkibinə daxil olan hissəciklər qaz, maye, və bərk hissəciklərdən ibarətdir. Buna uyğun olaraq neft mürəkkəb karbohidrogenlər hesab olunur ki, onun maye fazasında bərk və qaza bənzər hissəciklər həll olur. Neftlər karbohidrogenlərin tərkibinə görə 6 tipə ayrılır:

  1. Metanlı-Naftenli 4) Naften-Metan-Aromatik

  2. Metanlı 5) Naftenli-Aromatik

  3. Naftenli 6) Aromatik

Bərk bitumlar – Bunlar adətən neftlərin dəyişmə (oksidləşmə) məhsulları olub, neftli, qazlı vilayətlərdə rast gəlinir. Neftlərin oksidləşməsinin 1-ci mərhələsinin məhsulları malta və qır hesab olunur, sonra isə asfalt və ozokeridlər hesab olunur.
Yanar qazlar – Bunlar kömür yataqları ilə əlaqədar, tamamilə metandan ibarət, neft yataqları ilə əlaqədar olan, tərkibində həm də az miqdarda ağır karbohidrogen saxlayan qazlara ayrılır. Bunlardan praktiki əhəmiyyətə malik olan 2-cisi, yəni neft yataqlarından ayrılandan aiddir. Onlar metandan əlavə müxtəlif nisbətdə N2, CO2 bəzən H2S əksər hallarda He, Ar və digər nəcib qazlar saxlayır. Ağır karbohidrogenlərin %-in miqdarına “Quru qazlar” və “Yağlı qazlar”. Yanar qazlar həm yanacaq kimi, həm də müxtəlif sintetik materiallar, yəni lastik, süni liflər və s. alınması üçün vacib xammal hesab olunur.

7.Kollektor və örtük süxurlar


Çökmə süxurlar da başqa bərk cisimlər kimi bir sıra fiziki xassələrə ( xüsusi çəki, həcm çəkisi, məsaməlilik, maye və qazları keçirmə, elektriki və istiliyi keçirmə qabiliyyəti, rütubətlilik və s.) malikdir.
Burada çökmə süxurların məsaməliliyi və maye-qaz keçiriciliyi haqqında qısa məlumat verilir. Çünki Azərbaycan SSRİ qədim neft rayonu olduğu üçün burada çökmə süxurların həmin xüsusiyyətləri neftçi geoloqların, elmi işlərin həmişə diqqət mərkəzində olmuşdur. Bununla əlaqədar olaraq neftçi geoloqlar və geofiziklər hazırlayan Azərbaycan Neft və kimya institunun Geoloji-Kəşfiyyat fakültəsində kollektorların litologiyası geniş tədris olunur.
Çökmə süxurların nefti, qazı, suyu özündə saxlama qabiliyyətinə onların kollektorluq xassəsi deyilir. Süxurların kollektorluq xassələrini hər şeydən əvvəl iki vacib və mühüm parametr təyin edir - məsaməlilik və mayeni keçirmə qabiliyyəti (süzülmə əmsalı ). Bu fiziki xassələrinə görə çökmə süxurlar bir-birindən kəskin fərqlənir.
Adətən qırıntılı süxurlar dənəvər struktura malik olduqları üçün yüksək məsaməliliyə və mayeləri keçirmə qabiliyyətinə malikdir. Karbonat və gil süxurlarında mayeləri, qazları keçirmə xassəsi zəif ifadə olunmuşdur.
Neft və qaz geologiyasında kolektorluq xassəsi yüksək olan çökmə süxurlara yeraltı rezervuarlar da deyilir. Maddi tərkiblərinə və fiziki xassələrinə görə kollektorlar 2 yerə ayrılır: qranuyerlər və karbonat kollektorlar.
Çökmə süxurlarda mövcud olan boşluqlann məcmuyuna onların məsaməliyi deyilir. Ümumiyyətlə çökmə süxurlar, metamorfik və maqmatik süxurlara nisbətən, yer səthində əmələ gəldikləri üçün həmin süxurların bir sıra nümunələri (qumlar, qumdaşları gillər və s.) yüksək məsaməliliyə malikdir.
Ümumiyyətlə, çökmə süxurların maye və qazları, onların qarışıqlarını təbii təzyiq qradiyentlərində keçirməsinə maye-qaz keçiriciliyi deyilir. Çökmə süxurların maye-qaz keçiriciliyi xassəsi 3 kateqoriyada təhlil olunur : mütləq keçiricilik, faza yaxud effektiv keciricilik, nisbi keçiricilik.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə