Fakültə: Geoloji kəşfiyyat Qrup: 25. Müəllimin adı


* 1. Litologiya fənninin tədqiqat obyekti



Yüklə 0,62 Mb.
səhifə2/30
tarix25.09.2023
ölçüsü0,62 Mb.
#123798
1   2   3   4   5   6   7   8   9   ...   30
Lito konspekt

*
1. Litologiya fənninin tədqiqat obyekti.
Litologiya elmi geoloji elmlər silsiləsinə aid olub, çöküntü və çökmə süxurların öyrənilməsi və onların təsviri, əmələgəlmə şəraitləri, dəyişmə prosesləri və onlarla əlaqədar faydalı qazıntıları öyrənir. Litos-yunanca daş, loqos isə təlim mənasını verir. Litologiyanın inkişafı XIX əsrin ikinci yarısından başlayaraq, əvvəllər mövcud olmuş petroqrafiya elminin bir hissəsi kimi davam etmişdir. Litologiya əsasən 3 hissəyə ayrılır:
Ümumi litologiya,
Çökmə süxurların petroqrafiyası,
Çökmə süxurların tədqiqat üsulları.
Çökmə süxurlar litologiyanın əsas tədqiqat obyektidir və yer qabığının üst hissəsində və yer səthində geniş yayılıb.
Çökmə süxur dedikdə-Yer qabığı səthinə yaxın sahələr üçün xarakter sayılan təzyiq-temperatur (termobarik) şəraitlərdə mövcud olan mineral və üzvü birləşmələrdən və həmçinin quru səthində və hövzə dibində toplanmış çöküntülərindən ibarət geoloji cisim başa düşülür.
Çökmə süxurlar planetimizdə geniş yayılmışdır və qurunun 75%-ə yaxın ərazisini örtür. Bununla yanaşı onlar Yerin kütləsinin ancaq cüzi hissəsini təşkil edir və yer qabığının üst hissəsində 16 km dərinliyə kimi onun kütləsinin 5%-ə yaxınını təşkil edir. (F.Klarka görə) (cəd.1). Son illərdə aparılan seysmik tədqiqatlar ən dərin çökmə hövzələrdə çökmə qatının qalınlığının 20-25 km-ə çatdığını söyləməyə imkan verir. Bəzi rayonlarda çökmə qatının qalınlığı metrin hissələri qədər və daha azdır. Yerin ölçülərilə müqayisədə (ekvatorda yerin radiusu 6378,16km) planetin çökmə qatının qalınlığı olduqca azdır. Onlar okean və dənizlərin dibini örtür, planetin ən üst hissəsini təşkil edən qat stratisfera (çökmə qat) adlanır. Onun orta qalınlığı 4 km-dir. Maksimal qalınlıq geosinklinallarda olub 20-25 km, platformalarda isə 2-3 km-dir. Çökmə süxurların içərisində ən çox gil, qumlu-alevritlikarbonatlı süxurlar geniş yayılmışdır. Bu 3 qrup süxurun bütün çökmə süxur kütləsinin 95-99%-ni təşkil etməsi güman edilir. Çökmə süxurlardan altda bir qayda olaraq qədim çökmə süxurların dəyişilmə məhsulu sayılan metamorfik süxurlar yatır. Çökmə süxurlar nadir hallarda bilavasitə maqmatik süxurların aşınma qabığında yatır. Yer qabığının kəsilişlərində və stratosferin iri struktur vahidlərində qalınlığın və quruluşunun dəyişməsi aşağıdakı kimidir:



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə