Fakültə: Geoloji kəşfiyyat Qrup: 25. Müəllimin adı



Yüklə 0,62 Mb.
səhifə9/30
tarix25.09.2023
ölçüsü0,62 Mb.
#123798
1   ...   5   6   7   8   9   10   11   12   ...   30
Lito konspekt

Hidrotasiya - suyun kristallik şəbəkəyə daxil olması və hissəciklərin səthi ilə adsorbsiya nəticəsində onun kimyəvi birləşməyə qarışması və ya birləşməsi prosesinə deyilir. Bu proses çox zaman oksidləşmə, karbonatlaşma və başqa proseslərdə eyni vaxtda baş verir. Dəmirin oksidli birləşmələrinin hidrotasiya zamanı hematitin hidrotasiyası nəticəsində limonit əmələ gəlir:
Fe2 O3 + nH2O Fe2 O3 ·nH2O
Anhidritin hidrotasiyası zamanı isə gips əmələ gəlir:

CaSO4+2H2O CaSO4·2H2O


Hidrotasiya prosesində montmorillonit (smektit) gilləri, vermikulit və b. birləşmələrin həcmi olduqca artır. Anhidritin gipsə çevrilməsi zamanı isə onun həcmi təxminən 30% qədər artır.


Hidroliz – hipergenez zonasında hissəciklərin su ilə qarşılıqlı təsir reaksiyasıdır. Bu zaman hissəciklər suyun təsiri ilə daha sadə birləşmələrə parçalanır və onlar suyun tərkib hissələri ilə ( OH- , H+ ) qarşılıqlı təsir olurlar. Hidroliz reaksiyası silikatlar, alümosilikatlar və bir sıra minerallar üçün xarakterdir.
Məs: ortoklaz və ya mikroklinin hidrolizi aşağıdakı kimi baş verir:
4KAlSi3O8+H2O 4KOH+8SiO2+Al4[Si4O10](OH)8
ortoklaz kaolinit
nəticədə Kalium oksidin hidratı, silisium oksidi və kaolinit əmələ gəlir. Bəzən isə hidroliz zamanı oksidləşmə də baş verir. Bunun nəticəsində sideritin iki valentli dəmiri, üç valentli dəmirə çevrilir:
4FeCO3 + 6H2O + O2 Fe(OH)3 + 4CO2
siderit
Oksidləşmə - prosesi çökmə süxur kompanentlərinin hipergenez mərhələsində geniş inkişaf edir və oksidləşən birləşmələrin elektronlarını və ionlarını itirməsi ilə nəticələnir. Bu zaman dəyişkən valentli elementlər daha yüksək valentlilərə çevrilir: Məs: Fe2+ Fe3+ +e. Oksidləşmə prosesi üzvi birləşmələri (neft, bitum üzvi birləşmələr daş kömür, antrasid və s.) kəskin dəyişdirir, son nəticədə karbon qazı və bəzən də su ayrılır ki, bu zaman külli miqdarda istilik ayrılmasına səbəb olur:
Məs : C + O2 CO2
Dəmir sulfidləri aşağıdakı sxem üzrə oksidləşırlər:
2FeS2 +2H2O + 7O2 2FeSO4 + 2H2SO4
12FeSO4 + 3O2 + 6H2O 4Fe2(OH)3 + 4Fe2( SO4)3
Oksidləşmə prosesləri süxurun rənginin dəyişməsi ilə müşayət olunur, üzvi maddələrin oksidləşməsi zamanı süxurlar açıq rəng alır, dəmirli birləşmələrdə qonur və ya sarı rəngin müxtəlif rəng çalarlarında nəzərə çarpır.
Bərpa – təbiətdə oksidləşmənin əksi olan prosesdir və adətən kationların valentliyinin azalması və bərpa olunan birləşmələrin oksigen itirməsi ilə nəzərə çarpır. Bərpa mühiti əsasən üzvi birləşmələrin çürüməsi, qrunt sularının durğun rejimində orqanizmlərin həyat fəaliyyətinin dayanıqlı sularda çürüməsi zamanı və ya yer səthinə sızan neftin səthində oksidləşməsi prosesləri zamanı müşahidə olunur. Karbon, hidrogen və hidrogen sulfid güclü bərpa edici hesab olunur. Bərpa reaksiyaları aşağıdakı şəkildə baş verir:
2 Fe2O3 * nH2O + C → 4FeO + CO2 + nH2O
FeO + CO2 → FeCO3

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə