Fakültə: Geoloji kəşfiyyat Qrup: 25. Müəllimin adı



Yüklə 0,62 Mb.
səhifə6/30
tarix25.09.2023
ölçüsü0,62 Mb.
#123798
1   2   3   4   5   6   7   8   9   ...   30
Lito konspekt

Humin turşuları – üzvi birləşmələrin çürüməsi zamanı əmələ gəlir. Onlar müxtəlif mineral törəmələri ilə qarşılıqlı təsiri sayəsində asan hərəkət edə bilən birləşmələr əmələ gətirir.
Su – vacib və aktiv həlledici olub, mineralların parçalanmasında fəal rol oynayır. Onun müxtəlif birləşmələrə nisbətdə həlletmə qabiliyyəti hidrogen ionlarının konsentrasiyasına görə təyin olunur. Məlumdur ki, su hidrogen və hidroksil ionlarına dissosiasiya edir və bu zaman distillə olunmuş suda onların miqdarı 1*107 q- ion/l təşkil edir. Əgər H+1 ionları OH-1 – a nisbətən çoxdursa, onda təbii su turş reaksiyaya malik olur. Əks halda bu qələvi reaksiyaya malik olur. PH – in qiyməti 7 – az olduqda suyun reaksiyası turş, pH= 7 olduqda neytral, pH>7 olduqda isə qələvi reaksiyaya malik olur. Termodinamik şəraitlərdə yer səthinə yaxın ərazilərdə kalsit turş mühitdə həll olur, lakin qələvi mühitdə əksinə davamlı olur.
Orqanizmlərin həyat fəaliyyəti nəticəsində çökmə materiallar yaranır. Məs: kalsitdən təşkil olunmuş skelet törəmələri ( molyuska, foraminifer, ostrakoda, balıq qulaqları və.s ), silisiumlu ( diatomlar, radiolarilər, mamıra bənzərlər ), fosfatlar və.s. orqanizmlərin süxur əmələ gəlmədəki rolu olduqca böyükdür. Bunlara üzvi əhəngdaşları, diatomitlər, kömürlər, şistlər və.s aiddir.
Kosmosdan yer səthinə daxil ona materialın miqdarı ( meteorit, meteor və kosmik tozlar ) müxtəlif hesablamalara görə böyük qiymətlərə malikdir. Hal – hazırda 50 – 100.000 ton və daha artıq təşkil edir.
Çökmə süxurların yaranması.  Çökmə süxurlar Yer qabığında əvvəllər mövcud olmuş çökmə, maqmatik və metamorfik süxurların parçalanması və sonradan çökməsi nəticəsində yaranır. Çökmə süxurları əmələ gətirən amillər - küləyin və Günəş şüalarının səth örtüyünə təsiri, buzlaq və çayların dağıdıcı və yaradıcı fəaliyyətidir. Çökmə süxurlar adətən lay, təbəqə formasında yatırlar. Çökmə süxurlar mənşəyinə görə iki yerə ayrılırlar: 
1. Üzvi çökmə süxurlar - uzun geoloji dövr ərzində məhv olmuş bitki və heyvan qalıqlarının toplanması nəticəsində yaranır. Məs: neft, qaz, torf, kömür, yanar şist, əhəngdaşı, təbaşir və s. 
2. Qeyri-üzvi çökmə süxurlar - digər süxurların parçalanmasından əmələ gəlir. 2 yarımqrupa ayrılır; 
a) qırıntı mənşəli çökmə süxurlar - xarici qüvvələrin təsiri ilə bərk süxurların parçalanması və ətrafa yayılması nəticəsində yaranır. Bu süxurlar əvvəl kobud, sonra hamarlanmış şəkildə olurlar. Bura - qum, gil, qum daşı, çınqıl, çaydaşı və s. daxildir. 
b) kimyəvi çökmə süxurlar – bu süxurlara kalium və xörək duzu, gips, mergel, fosforit aiddir. Bu süxurlar suda həllə olmuş maddələrin çökməsi nəticəsində yaranır.
5. Qum və qumdaşı süxurlarının xarakteristikası
Psamit və ya qum qrupu süxurları
Qırıntı dənələrinin ölçüsü 0,1-1 mm olan mexaniki çökmə süxurlara deyilir. Psamitlər sementləşməmiş və sementləşmiş olur. Birincilərə qum, sementləşmişlərə isə qumdaşı deyilir. Qumlar və qumdaşları qırıntı dənələrinin ölçülərinə görə aşağıdakı kimi olur:
1)0,1-0,25 mm-xırda dənəli
2)0,25-0,5 mm-orta dənəli
3)0,5-1 mm-iri dənəli
Qumları təsvir etdikdə onların rəngi və ölçüsü qeyd edilir. Məsələn, iri dənəli, boz rəngli qum və ya qara rəngli, orta dənəli qum və s. Makroskopik olaraq qumdaşlarını təyin etdikdə onların dənə ölçüsü, rəngi və sementi qeyd olunur. Məsələn, iri dənəli, qara rəngli maqnetitli qumdaşı yaxud xırda dənəli, sarı rəngli, əhəngli qumdaşı və s. Qumdaşının dəqiq təsviri şlifdə, mikroskop altında aparılır. Bu zaman aşağıdakılar nəzərə alınır:
1)Qırıntı dənəsinin mineraloji-litoloji tərkibi, yəni qırıntı dənəsinin hansı mineral və ya süxurun qırıntısı olduğunu, onların faiz miqdarını və süxurların ümumi adını-monomikt, oliqomikt və ya polimikt olmasını;
2)Süxurun strukturasını, onu təşkil edən dənələrin münasibətinə görə onlar ayrılırlar: litokristalloklastik-dənənin əksəriyyəti mineral, az hissəsi isə süxur qırıntısı olduqda; Kristallolitoklastik-dənənin əksəriyyəti süxur qırıntısı, az hissəsi isə mineral dənəsindən təşkil olunduqda; Litoklastik-qırıntı dənəsinin hamısı süxur qırıntısından təşkil olunduqda;
3)Qırıntı dənəsinin ölçüsünü (iri, orta, xırda)-bunun üçün mikrometrli okulyardan istifadə olunur;
4)Qırıntı dənələrinin çeşidlənmə dərəcəsini-yaxşı çeşidləşmiş dənələr-dənələr hamısı eyni ölçüdə olduqda, pis çeşidlənmiş-müxtəlif ölçüdə dənələrin qarışığı olduqda;
5)Dənənin girdələnmə dərəcəsini-yaxşı, orta və pis girdələnmiş olmasını;
6)Qumdaşının sement maddəsini-əhəng, silis, gips, mika, gillər və s. ibarət olmasını;
7)Sementləşmənin tipini-bazal, məsamə, boşluğu dolduran, kontakt, qarışıq tipli və s.

6. Vulkanogen-çökmə süxurlar, onların əsas tipləri


Bunlar vulkanik və çökmə süxurlar arasında aralıq mövqeyə malik süxur törəmələridir və piroklastik süxurlar da adlanır. Tərkibində çökmə və vulkanogen hissəciklər arasında nisbətə görə 2 növə ayrılır:
1)Tuffitli süxurlar-burada qırıntı materialı 10-50%, vulkanogen material 50-90% olur.
2)Tufogen süxurlar-qırıntı hissə 50-90%, vulkanogen hissə isə 10-50% təşkil edir.
Vulkanogen hissənin ölçü və forması müxtəlif ola bilər. Bununla əlaqədar vulkanogen-çökmə süxurun başlıca qrupunun bölgüsü bunun əsasında aparılır. Qırıntı hissə kvars, çöl şpatı, mika və digər minerallarla təmsil olunur. Ora həmçinin süxur qırıntısı da aid edilir. Vulkanogen hissə yerüstü və yeraltı vulkan fəaliyyətinin məhsulu hesab olunur və vulkan şüşəsi, mineral qırıntısı və effuziv süxur qırıntısından ibarətdir. Hissəciyin forması bucaqlı, bəzən damcıvari formada olur. Tuflarda sementləyici material az miqdarda olur və dispers şüşəvari kütlə ilə təmsil olunur. Bəzən də törəmə karbonatlar, xlorit, seolit ilə təmsil olunur. Tuffitdə isə sement 20-30% və çox ola bilər. Qırıntı süxurdan əsas etibarilə gilli material və karbonatla, həmçinin terrigen materialın parçalanma məhsulu ilə, xlorit, silisit və s. minerallarla, həmçinin qırıntı minerallar və s. ilə təmsil olunur.
Vulkanogen-çökmə süxurun rəngi olduqca müxtəlifdir. Vulkanogen materialın miqdarı yüksək olduqda qonur rəng və onun müxtəlif çalarları, bozumtul-yaşıl rəng üstünlük təşkil edir. Həmçinin sarı, qara və s. rəngdə də rast gəlinir. Bu qrupun süxuru intensiv vulkan fəaliyyəti zonasında piroklastik və qırıntı materialın eyni vaxtda toplanması və sonradan dəyişilməsi nəticəsində yaranır. Bununla yanaşı elə hal da mövcuddur ki, həmin süxurlar vulkan ocağından 1000 km uzaqlarda əmələ gəlir. Məsələn, Rusiyanın Tambov və Voronej vilayətindəki Kaynazoy və lV Dövr çöküntüsündə tufogen süxurun linza və araqatı saxlanılır ki, onların tərkib hissəsi Qafqazdan gətirilmiş vulkan külləri hesab olunur. Püskürmə zamanı atılan vulkanik məhsulların miqdarı çox nəhəng ola bilər. Zond adalarındakı Tamboro vulkanının püskürməsi zamanı mütəxəssislərin hesablamalarına görə təqribən 100 - 150 km3 bərk hissəciklər atılıb. Bu material İslandiya adasında bərabər olan ərazini 1 – 15 m qalınlıqda layla örtmək üçün kifayətdir.
Vulkanogen-çökmə süxur geniş tətbiq sahəsinə malik deyil, bəzi növləri inşaat materialı kimi istifadə olunur. Vulkanik proseslərin çöküntü əmələgəlməyə təsiri səth zonasında bərk püskürmə materiallarının peydə olması ilə məhdudlaşmışdır. Onları müşaiyət edən qazlar və termal suların halında ayrılmaları ( daxil olmaları ) maqmanın sualtı axını halında su hövzələrinin istilik rejimini və suların duz tərkibini də olduqca dəyişir. Alimlərin təsəvvürlərinə görə bu dəyişikliklər dəniz hövzələrinin suyundan bəzi kimyəvi birləşmələrin ( məsələn silsit, fosfatlar və b. ) çökməsinə gətirib çıxara bilər. Bu proseslərin miqyası hələlik kifayət dərəcədə öyrənilmiyib.
7.Dəmirli süxurların əsas tipləri

Dəmirli süxurlar qrupu öz tərkibində yüksək miqdarda dəmir saxlayan təbii birləşmələrdir. Burada dəmir-oksidləri (limonit, hematit), karbonat birləşmələri (siderit), sulfidlər (pirit, markozit), lekptoxloridlər (şamozit) şəklində iştirak edir. Süxurlarda dəmir mineralı ilə yanaşı bəzən çoxlu miqdarda Si – oksidi (30-40%-ə qədər ), Al – oksidi 25%-ə qədər, həmçinin, Mn, Ti, Mg, Ca, Vn, P və digər elementlər saxlayır. Dəmirli süxurların başlıca nümayəndələri qonur-dəmir, siderit və şamozit hesab ounur.



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə