Fakültə: Geoloji kəşfiyyat Qrup: 25. Müəllimin adı


Diagenez mərhələsində çöküntülərdə aşağdakı əsas poseslər baş verir



Yüklə 0,62 Mb.
səhifə14/30
tarix25.09.2023
ölçüsü0,62 Mb.
#123798
1   ...   10   11   12   13   14   15   16   17   ...   30
Lito konspekt

Diagenez mərhələsində çöküntülərdə aşağdakı əsas poseslər baş verir:

  • üstdə yatmış çökmə törəmələrin çəkisinin təsiri altında çöküntünün sıxlaşması;

  • çöküntünün dehidratasiyası və ya hidratasiyası;

  • çöküntünün lilyeyən orqanizmlər və bakteriyalarla işlənilməsi;

  • davamlı mineral modifikasiyalarının davamsızların hesabına yaranması;

  • çöküntünün davamsız tərkib hissələrinin həllolması və parçalanması;

  • yeni mineral törəmələri;

  • kristallaşma və təkrar kristallaşma.

6.Tektonikanın litogenezə təsiri


Çökmə süxurların yaranma şəraitlərini və formalaşma qanunauyğunluqlarını müəyyən edən çox saylı faktorlar içərisində aparıcı yeri tektonika, yəni yer qabığının rəqsi hərəkətlər rejimi tutur. Çökmə prosesin ümumi gedişatına iqlim və relyef də böyük təsir göstərir, lakin onların rolu müəyyən dərəcədə tektonika ilə tənzimlənir. Bundan başqa, çökmə qatların yaranmasına orqanizmlərin həyat fəailliyəti, suların duz tərkibi, Eh, pH və b. təsir göstərir, lakin onların əhəmiyyəti azdır.
Tektonikanın təsiri - Tektonik rəqsi hərəkətlərin intevsivliyi , tezliyi, regional olması çöküntünün tərkibi, quruluşu, toplanma sürəti və qalınlığında, eləcə də çökmə cisimlərin formasında əksini tapır.
Tektonik rəqsi hərəkətlər dəniz hövzələrinin transqressiya və reqressiyalarını yaradır, bunun nəticəsində sahil xəttlərinin və çöküntülərin tərkibinin dəyişməsi baş verir. Məsələn, transqressiya zamanı hövzənin baxılan nöqtəsində gilli – alevritli çöküntülər toplanırsa, reqressiya zamanı isə burada daha iridənəli çöküntülərin toplanması mümkündür. Rəqsi hərəkətlər açıq dənizlə çox məhdud əlaqəsi olan dayaz su hövzələrinin yaranmasına gətirib çıxara bilər. Onlar da peneplendə və intensiv buxarlanmada terrigen çöküntü toplanma müxtəlif duzların toplanması ilə əzəv oluna bilər. Belə hövzəyə misal olaraq, Xəzər dənizindəki müasir Qaraboğaz-Qol körfəzini göstərmək olar.
Tektonik hərəkətlər quru ərazisində çökmə materialın gətirilmə oblastının vəziyyətinin və erroziya bazisinin dəyişməsinə gətirib çıxardır ki, bu da toplanmış çöküntünün tərkibində əks olunur. Tektonika aşınma məhsullarının xarakterində, aşınma qabığının yaranma imkanlarında və s. əks olunur. Tektonik rəqsi hərəkətlər – çökmə qatların laylı quruluşunun, kəsilişdə müxtəlif tərkibli süxurların növbələşməsinin əsas səbəblərindən biridir. Laylar arasındakı sərhəd baxmayaraq kifayət qədər dəqiq əks olunduğundan, güman edilir ki, bir çöküntü toplanma şəraitinin digər ilə əvəzolunması nisbətən tez baş verir.

7.İqlim və relyefın litogenezə təsiri


Çökmə süxurların yaranma şəraitlərini və formalaşma qanunauyğunluqlarını müəyyən edən çox saylı faktorlar içərisində aparıcı yeri tektonika, yəni yer qabığının rəqsi hərəkətlər rejimi tutur. Çökmə prosesin ümumi gedişatına iqlim və relyef də böyük təsir göstərir, lakin onların rolu müəyyən dərəcədə tektonika ilə tənzimlənir. Bundan başqa, çökmə qatların yaranmasına orqanizmlərin həyat fəailliyəti, suların duz tərkibi, Eh, pH və b. təsir göstərir, lakin onların əhəmiyyəti azdır.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə