Fakültə: Geoloji kəşfiyyat Qrup: 25. Müəllimin adı



Yüklə 0,62 Mb.
səhifə15/30
tarix25.09.2023
ölçüsü0,62 Mb.
#123798
1   ...   11   12   13   14   15   16   17   18   ...   30
Lito konspekt

Relyefin təsiri-Çökmə süxurların formalaşmasında quru səthinin və hövzə dibinin relyefi mühüm rol oynayır. Qitə şəraitində relyef ana süxurların mexaniki pozulmasının umumi gedişini müəyyənləşdirir. Dik yamaclı dağlıq rayonlarda ölçüləri bir-on santimetrə, hətta metrlərə qədər olan iri qırıntı materialları düzənlik rayonlarda isə bir qayda olaraq xırda qırıntı materialları (qumlu, alevritli, pelitli) yaranır.
Relyefin xüsusiyyətləri axınların sürəti və su kütlələrinin nəqletmə imkanlarını müəyyənləşdirir. Lojasının dik yamacı olan dağlıq rayonlarda onlar böyük enerjiyə və su kütlələrinin ( 7 – 10 m/s qədər) hərəkət sürətinə malik olur.
Dağ çayları və müvəqqəti axınlar zonasında müxtəlif növ qırıntılı materiallar o cümlədən çınqıl, çaqıl və hətta qaymalar daşınır. Axının energetik qabilliyəti azalan zaman daha iri qırıntılar çöküntüyə çevrilir. Düzənlik çayların axın sürəti isə aşağı düşür, adətən (0,2 – 0,5 m/san) və bir qayda olaraq 1,0 – 1,5 m/san-dən çox olmur. Belə şəraitlərdə daha xırda material – qum, alevrit, pelit daşınır. Əksər su axınlarının hərəkət sürəti və nəqletmə imkanları onun mənbəyindən mənsəbinə doğru azalır, bu da relyefin düzənləşməsi ilə müəyyən olunur. Bu qanunauyğunluq dağ çaylarının düzənlik sahələrə çıxdığı zaman nəzərə çarpır.
İqlimin təsiri-Planetin iqlimin çox sayda faktorlarla müəyyənləşdirilir və onlara
Günəş radiasiyasının intensivliyi ;
səth sahələrinin Günəşə nisbətən vəziyyəti ;
atmosferin şəffaflığı və tərkibi ;
qurunun və Dünya okeanı dibinin hipsometrik vəziyyəti ;
quru və dəniz sahələrinin nisbəti;
planetin daxili istiliyinin şüalanması ;
küləklərin istiqaməti , dəniz cərəyanlarının istiqaməti və temperaturu və i.a aiddir. Qeyd olunan faktorların siyahısındandır ki, iqlimi müəyyənləşdirən bəzi faktorlar tektonik təbiətə malikdir və uyğun olaraq iqlimin tektogenezdən müəyyən asılılığı vardır. İqlim müxtəlif faktorların və təbii hissələrin qarşılıqlı təsirinin nəticəsi olaraq, ümumilikdə sedimentogenezə və gələcək süxurun görünüşünə əhəmiyyətli təsir göstərir. Əsas iqlim əlamətlərindən asılı olaraq 3 iqlim tipi ayrılır: nival , humidarid.
Nival iqlim aşağı temperaturlı ( orta illik – 10oC aşağı ) əyalətlər üçün səciyyəvidir. İlin çox hissəsi su buz və yağışı şəklində olur. İlin isti vaxtlarında qar və buz əriməyə tam imkan tapmır, ona görə də onların tədrici toplanması baş verir. Belə iqlimin tipik nümayəndəsi – arktik iqlimdir.
Humid iqlim - rütubətlidir və həm də ilin isti dövrlərində su maye fazada olur. Humid iqlim tipinə tropik, subtropik mülayim və soyuq nəm iqlim aiddir. Bu iqlimlər qrupu üçün bitkilərin zəngin inkişafı xarakterdir.
Arid iqlim havanın qurağlığı, il ərzində və ya onun ayrı – ayrı dövrlərində qurunun səthinin kəskin qızması xarakterdir. Atmosfer çöküntülərinin miqidarı adətən çox deyil ( 150 – 200 mm – dən az ) Flora seyrək və istiyədavamlı formalar təmsil olunub, yaxud ümumiyyətlə iştirak etmir. Arid tipə səhra, yarım –səhra, quru çöllük ərazilər aid edilir.

8.Çökmə süxurların postdiagenetik dəyişmə mərhələləri


Çökmə süxurların dəyişmə mərhələləri post diogenetik dəyişmə mərhələlərinə aiddir. Bunlara katogenez və metogenez mərhələləri aiddir. Bu mərhələlər dəyişmə mərhələləri, dəyişmənin istiqaməti, tektonik hərəkətin intensivliyi ilə tənzimlənir. Çökmə qatlarının dərinliyə enməsi zamanı katogenez mərhələsi ( mövcud olma və yaşama) metogenez mərhələsi ilə ( dərin dəyişmə mərhələsi) sonuncuda metomorfizmlə əvəz olunur. Qalxma hərəkətləri dağ süxurlarını yer səthinə və ya ona yaxın zonaya qaldıra bilər.
Bu şəraitdə həmin süxurlar hipegenez mərhələsinə daxil olur və yeni dəyişmələrə parçalanmalara məruz qalır.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə