Fakültə: Geoloji kəşfiyyat Qrup: 25. Müəllimin adı



Yüklə 0,62 Mb.
səhifə16/30
tarix25.09.2023
ölçüsü0,62 Mb.
#123798
1   ...   12   13   14   15   16   17   18   19   ...   30
Lito konspekt

I. Katagenez mərhələsi
Bu mərhələ çökmə süxurlarının əsas yaşama mərhələsidir və diagenezdən sonra başlayır. Onun davametmə müddəti metogenez hipergenezə qədər davam edir. Bu mərhələnin müddəti böyük diapozonda dəyişir və ərazinin geoloji xüsusiyyətləri ilə müəyyən edilir: Stabil şəraitdə mövcud olan süxurlar katongenez mərhələsində uzun müddət qala bilər. Məs: Çinin şimalında siniy kompleksi vardır, o proterozoy yaşlı çökmə qatdan ibarətdir. Yaşı 1mlrd 185mln-740mln ilə bərabərdir. Lakin bundan 3 dəfə cavan yaşlı, katogenez mərhələsini artıq keçmiş süxurlarda mövcuddur ( B.Q-ın paleozoy və mezazoy çöküntüləri). Katogenez zonasının alt və üst sərhəddinin vəziyyəti və qalınlığı qeyri-sabitdir. Belə ki, katogenezin üst sərhəddi diagenezin alt sərhəddi ilə üst-üstə düşür. Alt sərhəd isə şərti olaraq 2000­­­­С izoterminin fəaliyyəti ilə məhdudlaşır. Geotermik qradiyentin qiymətləri hər bir regionda fərqli olsada, katogenezin alt sərhəddinin dərinlik vəziyyəti geniş həddə dəyişir. Məs: geofiziki tədqiqatlara gorə səthdən 20 km-ə qədər çatır. (geotermik qradiyent 10C/100m olan halda). Xəzəryanı çökəklikdə çökmə süxurların yayılmasının dərinlik sərhəddi seysmik tətqiqatlara əsasən 25 – 23 km müəyyən edilir. Belə şəraitdə dağ təzyiqi 500 Mpa, bütün süxurların məsaməliyi isə tədricən bir-birinə yaxın layın və 1 – 2 % ə qədər olur.
Katagenezin intensivliyi və nəticələri bir tərəfdən süxurların öz əlamətləri və xassələri ilə, digər tərəfdən hərəkətverici qüvvələrlə, yəni xarici faktorlarla müəyyən olunur. Süxurların katagenetik dəyişilməsində əsas əlamət və xassələr aşağıdakı cür olur:
1)Mineral tərkibi
2)Strukturası
3)Fiziki – kimyəvi xassələri - (sərtlik, məsamlik, keçiricilik, plastiklik, kimyəvi davamlılıq və.s).

II. Metagenez mərhələsi
Bu mərhələ stratiferin alt hissəsində çökmə süxurların yüksək təzyiq və tempraturun təsirindən dərin struktur və mineraloji dəyişməsi zonasına uyğundur. Geosinklinal zonalarda metagenez təqribən 8000 – 10000 m dərinlikdə 200 – 3000 C olan tempratur şəraitində və 2000 – 3000 atmosfer təzyiqi altında minerallaşmış məhlulların olması ilə baş verir. Metagenezin ən mühüm faktorlarından biri stres də sayılır. Platformalarda isə bu mərhələ qədim Kembriyə qədər süxur qatlarından altda yatan çökmə süxurlarda baş verir. Burada T , P aşağı olur və orada metagenezin davamiyyəti uzun müddət, bir neçə 100 mln il çəkir. Metagenez katagenezdən metaformizmə keçid zonası olduğundan həm katagenezə, həm də digərinə xas olan əlamətlər xasdır.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə