Fakültə: Geoloji kəşfiyyat Qrup: 25. Müəllimin adı



Yüklə 0,62 Mb.
səhifə10/30
tarix25.09.2023
ölçüsü0,62 Mb.
#123798
1   ...   6   7   8   9   10   11   12   13   ...   30
Lito konspekt

Kation mübadiləsi – mineralın strukturası dəyişmədən onun tərkibinin dəyişməsindən ibarətdir. Bu proses kristallik şəbəkədə möhkəm saxlanılmayan bəzi kationların digərləri ilə əvəz olunması hesabına baş verir. Əsas mübadilə kationlarına aşağıdakılar aiddir:
Ca2+ , Mg2 , K+1 , H+1
Həllolma - hipergenez zonasında baş verən bu proses çox geniş yayılmışdır və başlıca həlledici su sayılır. Təbii birləşmələrin suda həllolması geniş həddə dəyişir. Yəni 100 qr suda milli qramın hissələrindən onlarla qrama qədər təşkil edir. Məs: daş duzda temperatur 00-dən 1000C qədər dəyişdikdə həll olma demək olar ki, sabit ( 36 – 40 qr ) olur, kalsitdə isə azalır.
Aşınma qabığı - Kimyəvi aşınma nəticəsində ana süxurların yatdığı yerdə aşınma qabığı yaranır. Aşınma prosesində hissəciklərin differensasiyası baş verir: məhlula çevrilmiş hissəciklər yeraltı və səth suları vasitəsilə aşınma zonasından kənara aparılır, aşınmanın yerində isə yer səthi şəraitlərində dəyişmiş minerallardan ibarət qalıq məhsullar adlanan hissə qalır. Yeraltı və yerüstü sularla aşınma qabığının yuyulması zamanı qalıq məhsullardan qırıntı hissəciklər əmələ gəlir, onlar da nəql yollarında fiziki aşınma zamanı yaranan qırıntı materiallar ilə birləşir.

2.Diagenez mərhələsi


Bütün çökmə süxurların mənbəyi yer səthində olan maqmatik, metamorfik və qədim çökmə süxurlar hesab olunur. Çökmə süxurların əmələ gəlməsi mürəkkəb proses olub, bir neçə mərhələyə və yarım mərhələlərə bölünür:
Onlardan aşağıdakıları qeyd etmək lazımdır:
I. Hipergenez ( aşınma ) mərhələsi
ll. Sedimentogenez mərhələsi
lll. Diagenez mərhələsi
Bu mərhələ çöküntünün bərkiyərək və ya daşlaşaraq süxura çevrilmə mərhələsinə deyilir.
Diagenez latinca "di"-2, "genez"-mənşə mənasını verməklə iki mənşəli kimi başa düşülür. Bu termini litologiyaya Henrix Miller daxil etmişdir. Sonralar bu məfhum daha da dəqiqləşdirilərək müasir formasını almışdır. Diagenezin akademik N. Straxov tərəfindən hüdudu dəqiqləşdirilərək göstərilir ki, diagenez mərhələsi hövzənin dibinə çökmüş hissəciklərin sabit vəziyyətə gələn anından terrigen süxurların sementləşməsi və ya gil süxurlarında zəncirvari konkresiyaların əmələ gəlməsinə qədər keçən müddəti əhatə edir. Yəni diagenez müəyyən zaman və məkan daxilində baş verir. N. Straxov bu prosesin çökmə filizlərin əmələ gəlməsindəki rolunu aydınlaşdıraraq onu iki yarımmərhələyə bölür:
1) İlk diagenez- İlkin mərhələsi
2) Son digenez- Sonuncu mərhələ.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə