Fakültə: Geoloji kəşfiyyat Qrup: 25. Müəllimin adı



Yüklə 0,62 Mb.
səhifə7/30
tarix25.09.2023
ölçüsü0,62 Mb.
#123798
1   2   3   4   5   6   7   8   9   10   ...   30
Lito konspekt

Qonur dəmirlər – Bunlar dəmir hidroksidlərinin (hetit-Fe2O3·H2O, limonit-Fe2O·nH2O) təbii qarışığından ibarətdir. Süxurun rəngi qırmızı-qonur, qırmızımtıl-qonur, narıncı, sarı rənglərdədir. Onlar xarici görünüşünə görə məsaməli, kovernoz və ya sıx massiv olub, bəzən oolitli və ya noxudvari strukturda rast gəlinir. Bu süxurlar kontinental (göl-bataqlıq) və dəniz şəraitində kalloidlərin koaquliyasiyasi nəticəsində və narın asılı hissəciklərin sonrakı çökməsi nəticəsində mexaniki-differensiasiya prinsipinə uyğun gəlir. Bundan başqa qonur dəmirlər sideritin və dəmir sulfidlərinin oksidləşməsi nəticəsində həmçinin hər hansı dəmir saxlayan süxurların aşınması hesabına və dəmirli mineralların ellüvi və ya aşınma qabıqlarında toplanması nəticəsində yaranır.
Sideritli süxurlar – Sideritli süxurları əsasən sideritdən FeCO3-dən ibarət olur. Lakin bundan əlavə çoxlu miqdarda müxtəlif qarışıqlar kvars, çöl şpatı, gil mineralı, kömürləşmiş bitki hissəciklərinin qalıqları və bir sıra digər komponentlər saxlayır. Üzvi maddələrin iştirakı ilə əlaqədar sideritlərin rəngi tünd boz, boz bəzən də qara olur. Üzvi maddə olmadıqda və ya az miqdarda iştirak etdiyi halda süxurların rəngi adətən daha açıq, açıq boz, göyümtül olur. Süxurlar Yer səthinə çıxdıqda oksidləşmə nəticəsində qonur rəngə boyanırlar. Sideritlər geoloji kəsilişdə laylar, linza, konkresiya şəklində rast gəlinir və əsasən diagenez törəmələr hesab olunur. Onlar əsasən bərpa, durğun şəraitlərdə, qələvi mühitlərdə əmələ gəlir.
Şamozitli süxurlar – Bunlar əsasən dəmir oksidlərinin alümosilikatları, şamozitindən (4FeO∙Al2O3∙3SiO2∙4H2O) və tərkibində çoxlu miqdarda gil və ya dəmir oksidi qarışıqlarından ibarət olur. Süxurların rəngi yaşılımtıl-qara, dəmir oksidləri olduğu halda isə qonuru olur. Süxurun strukturu həmçinin gizli kristallik bəzən isə oolitli və pizolitli olur. Şamozitli süxurlar durğun bərpa şəraitində həm dəniz, həm də kontinental şəraitdə yaranırlar.
Dəmirli çökmə süxurlar böyük xalq təsərrüfatı əhəmiyyətinə malikdir. Onlar dəmir alınması üçün mühüm filiz hesab olunurlar (əgər tərkibindəki dəmirin %-i 20-25-dən yüksəkdirsə). Bundan başqa bəzi dəmir oksidi birləşmələri mineral rənglərin, boyaların alınmasında istifadə edilir. Yataqları əsasən Rusiyanın Tula və Lipetsk vilayətində, Kerç yarımadasında, Ural-Turqay düzənliyində, Tomsk vilayətində və Dağıstanda məlumdur.
8. Ümumi litologiyanın tədqiqat istiqamətləri
Litologiya elmi geoloji elmlər silsiləsinə aid olub, çöküntü və çökmə süxurların öyrənilməsi və onların təsviri, əmələgəlmə şəraitləri, dəyişmə prosesləri və onlarla əlaqədar faydalı qazıntıları öyrənir. Litos-yunanca daş, loqos isə təlim mənasını verir. Litologiyanın inkişafı XIX əsrin ikinci yarısından başlayaraq, əvvəllər mövcud olmuş petroqrafiya elminin bir hissəsi kimi davam etmişdir. Litologiya əsasən 3 hissəyə ayrılır:
Ümumi litologiya,
Çökmə süxurların petroqrafiyası,
Çökmə süxurların tədqiqat üsulları.
Litologiyanın əsas tədqiqat istiqamətləri aşağdakılardır:


  1. Yüklə 0,62 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə