Fakültə: Geoloji kəşfiyyat Qrup: 25. Müəllimin adı



Yüklə 0,62 Mb.
səhifə5/30
tarix25.09.2023
ölçüsü0,62 Mb.
#123798
1   2   3   4   5   6   7   8   9   ...   30
Lito konspekt

3) Biogen differensasiya-Biogen differensasiya həll olmuş və qaza bənzər komponentlərin orqanizmlərin həyat fəaliyyəti nəticəsində ixtiyari şəkildə mineral skelet tökmələrinə və ya üzvi birləşmələrinə çevrilməsindən ibarətdir. Bu differensasiya həm quruda, həm də su mühitində baş verir. Heyvanat və ya bitki orqanizmlərinin məhvindən sonra onların qalıqları çöküntüyə çevrilir və mexaniki differensasiya faktorlarının təsiri ilə sedimentasiya hövzəsinin dibində paylanır. Nəticədə qalın üzvi əhəng daşı layları toplanır, rif tikililəri (qurumları) əmələ gəlir, neft və kömür sırası kaustobionitlərinin yaranması üçün material-üzvi maddələr toplanır. Biogen differensasiyanın tərkib hissələri sud doymuş halda olmayan birləşmələrin toplanmasında rolu daha önəmlidir. Misal üçün müasir dövrdə silisium, fosfatlar və digər çökmə törəmələr orqanizmlərin iştirakı olmadan çöküntü şəklində çökə bilməzdi. Onu da qeyd etmək lazımdır ki, biogen differensasiya öz sonluğunu və maddi cəhətdən əks olunmasını ancaq əlverişli fiziki-kimyəvi şəraitdə əldə edir. Əlverişli olmayan şəraitlərdə isə, orqanizmlərin həyat fəaliyyəti məhsulları tamamilə həll ola və ya parçalana bilər. Buna, şimal dənizlərindəki kalsit balıqqulaqlarının və ya çöküntünün intensiv aerasiya zonalarındakı bitki qalıqlarının başına gələnləri misal göstərmək olar.
4) Fiziki-kimyəvi differensasiya-Fiziki-kimyəvi differensasiya əsasən kolloid materiallar üçün xasdır. O su şəraitində kolloid məhlulların koaqulyasiyası və sorbsiya hadisəsi nəticəsində hissəciklərin iriləşməsini törədən fiziki-kimyəvi proseslərin təsiri altında baş verir. Çöküntüyə çevrilmiş kolloid materialın çöküntütoplanma hövzəsində paylanmasına mexaniki differensasiya faktorları ilə nəzarət olunur.
4. Çöküntülərin və çökmə süxurların yaranma sahələri

Çöküntülərin yaranması, əsasən, aşınma prosesləri, vulkan fəaliyyəti, canlı və bitki aləminin fəaliyyəti və hava-su mühitində baş verən kimyəvi reaksiyalar nəticəsində baş verir. Qeyd etmək lazımdır ki, aşınma prosesləri həm quruda həm də su hövzələrində baş verir. Süxurların su altında kimyəvi aşınma prosesi - halmiroliz hadisəsi adlanır. Bu qitələrdə baş verən aşınmalardan effektivliyinə görə, az miqyaslı olur. Süxurlardakı mexaniki parçalanma, tektonik proseslər, küləyin, suyun fəaliyyəti, buzların təsiri, tempratur dəyişiklikləri, ağırlıq qüvvəsinin təsiri, bitkilərin və ağacların kök sisteminin təsirindən və.s- dən baş verir. Kimyəvi parçalanma bununla eyni vaxtda baş verir, lakin onun əsas faktorları atmosfer və qrunt suları, sərbəst oksigen, karbon qazı, suda həll olmuş üzvi və digər mineral turşulardır. Sərbəst oksigen havanın əsas tərkib hissəsi olduğundan onun tərkibinin 20,95% - ə qədərini təşkil edir.
O, həmçinin suda həll olmuş qazların da tərkibinə daxildir. Tempratur və təzyiqdən asılı olaraq oksigenin miqdarı sularda 34 -36 % ə qədər olur. Onun mineral üzvi birləşmələrə təsiri oksidləşmə yaradır. Oksidləşmənin təsirindən elə bir şərait yarana bilər ki, burada H2S – lə doyma halları baş versin və ora daxil olmuş oksidli birləşmələr bərpa olunsun. Muhitin oksidləşmə və bərpa dərəcəsinin ölçü vahidi oksidləşmə-bərpa potensialı (Eh) hesab olunur.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə