Fakültə: Geoloji kəşfiyyat Qrup: 25. Müəllimin adı


Stadial və ya litoloji-stadial istiqamət



Yüklə 0,62 Mb.
səhifə8/30
tarix25.09.2023
ölçüsü0,62 Mb.
#123798
1   ...   4   5   6   7   8   9   10   11   ...   30
Lito konspekt

Stadial və ya litoloji-stadial istiqamət. Burda çökmə süxurların və çökmə materialların əmələ gəlməsidən başlayaraq hipergenez (aşınma) mərhələsi və metamorfizmə qədər olan dövrü əhatə edir. Bu mərhələdə baş verən prosesləri öyrənir onları aydınlaşdırır.

  • Sedimentasiya-genetik istiqamət. Bu istiqamət çökmə proseslərin ilkin mərhələsinə, yəni onun əsas faktorları və çöküntü toplanma mexanizmləri və şəraitlərinə diqqəti cəlb edir. Fasial-genetik analiz ilə sıx əlaqədar olub, onun başqa rolunu oynayır. Fasial analiz geoloji keçmişin fiziki-coğrafi şəraitlərinin bərpa olunma vasitəsidir və müxtəlif üsullar və metodlar kompleksindən ibarətdir. Bu istiqaməti sedimentogenez də adlandırırlar.

  • Tarixi-litoloji istiqamət. Bu istiqamət yer tarixində çökmə süxur əmələ gəlməsinin təkamülünü və periodikliyini (dövrünü) öyrənir. Bundan başqa süxurların tərkibinin və süxur dəstələrinin dəyişməsini, üsul və mexanizmləri, əmələ gəlməsini və materialın çökmə mühit və şəraitindəki yaranmasını öyrənir.

    **
    1.Hipergenez (aşınma) mərhələsi

    Bütün çökmə süxurların mənbəyi yer səthində olan maqmatik, metamorfik və qədim çökmə süxurlar hesab olunur. Çökmə süxurların əmələ gəlməsi mürəkkəb proses olub, bir neçə mərhələyə və yarım mərhələlərə bölünür:


    Onlardan aşağıdakıları qeyd etmək lazımdır:
    I. Hipergenez ( aşınma ) mərhələsi
    ll. Sedimentogenez mərhələsi
    lll. Diagenez mərhələsi
    Hipergenez və ya aşınma mərhələsi müxtəlif xarici faktorlar təsiri ilə yer səthindən süxurların mexaniki və kimyəvi aşınması proseslərindən ibarətdir.
    Bu mərhələ çökmə süxurlarda digər süxurlara nisbətən, fərqli baş verir, bunun da səbəbi süxurun mineral tərkibi, quruluşu və fiziki xassələrindəki fərqlər hesab olunur. Hipergenez zonasının qalınlığı qrunt sularının nüfuz etmə dərinliyinə görə müəyyənləşdirilir. Bu zaman relyefin, süxurların tərkibi və xüsusiyyətlərinin, strukturu və iqlim şəraitinin rolu əhəmiyyətlidir. Hipergenez mərhələsində termobarik şəraitlərdə aşınma fəal gedir. Lakin sırf çökmə süxurlarda bu mərhələ üçün oksidləşmə, bərpa, hidrotasiya, hidroliz, həll olma və kation mübadiləsinin olması xarakterdir. Bu qeyd etdiyimiz faktorların müxtəlif qarışığından asılı olaraq, hipergenez müxtəlif istiqamətdə baş verə bilər. Hətta oxşar şəraitlərdə hipergenz reaksiyaların məhsulları eyni olmur.

    Yüklə 0,62 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   4   5   6   7   8   9   10   11   ...   30




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə