Fakültə:İmf ixtisas: Biznesin idarə edilməsi Fənn: Fəlsəfə Hazırladı:Əsgərov Sərvan Rəhbər: Dosent Əhmədov Yaşar Mövzu: Elmi idrakın metodları və formaları Qrup: 721. 7


Elmi idrak: onun forma və metodları



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə3/3
tarix31.08.2023
ölçüsü3,15 Mb.
#121175
1   2   3
scribd.vpdfs.com cemiyyet-idrakin-obyektidir

Elmi idrak: onun forma və metodları

Dünyanın dərk edilməsi prosesi 
özünün ən yüksək ifadəsini elmdə 
tapır. Elm-insan fəaliyyətinin tarixən 
qərarlaşmış, gerçəkliyin dərk 
olumnasına və onun praktiki 
dəyişdirilməsinə yönəldilmiş 
formasıdır. Bütövlükdə elmə üç 
baxımdan yanaşmaq olar: elm eyni 
zamanda həm bilik sistemi, həm 
mənəvi istehsal, həm də bunların 
əsasında həyata keçirilən praktiki 
fəaliyyətdir. Elmin predmeti nə 
tədqiq olunur, metodu isə necə 
tədqiq olunur sualına cavab verir. 


Gerçəkliyin və ictimai praktikanın keyfiyyət müxtəlifliyi insan 
təfəkkürünün çoxplanlı xarakterini və elmi idrakın müxtəlif 
sahələrini muəyyən edir. Elm təkcə insan şüurundan kənarda 
mövcud olan predmet və hadisələri, hərəkət və qarşılıqlı təsirin 
müxtəlif tiplərini və formalarını deyil, həmçinin onların şüurdakı 
inikasını, insanı, onun zəngin və təkrarolunmaz mənəvi 
dünyasını da ehtiva edir 


İnsan idrakının əsas formalarından olan elm bir sıra sosial funksiyalara Malikdir. 
Sabit və dəyişilməz qalmayan bu funksiyalar elmin özü kimi tarixən müvafiq 
təkamülə uğrayaraq inkişaf etmişlər. Müasir elmin üç sosial funksiyası xüsusi 
qeyd edilməlidir:
Elmin mədəni-dünyagörüşü funksiyası
Elmin mədəni-dünyagörüşü funksiyası 
göstərir ki, empirik və nəzəri biliklər 
sistemi olmaq etibarilə elm bir tərəfdən 
mədəniyyətin, digər tərəfdən isə 
dünyagörüşünün tərkib hissəsinə 
çevrilərək ictimai şüur formaları 
içərisində xüsusi status qazanmışdır
Elmin bilavasitə məhsuldar qüvvə 
olmasından irəli gələn funksiyası
Hazırda elmin bilavasitə məhsuldar qüvvəyə 
çevrilməsilə əlaqədar olaraq qazandığı funksiya 
da onun başlıca xüsusiyyətlərindəndir. Elmin bu 
funksiyası sosial həyatın və insan fəaliyyətinin 
bütün sahələrində aydın nəzərə çarpan müasir 
elmi-texniki tərəqqinin miqyas və tempi ilə 
bağlıdır. İstehsalın genişlənməsi və 
ictimailəşməsilə əlaqədar olaraq istehsal 
prosesində elmin rolu artmış, praktiki olaraq hər 
şey, hər bir proses elmin predmetinə çevrilmişdir
Elmin sosial qüvvə olmasından irəli 
gələn funksiyası
Müasir elmi-texniki tərəqqi 
dövründə elm özünün üçüncü 
funksiyasını kəsb edərək 
böyük sosial qüvvəyə 
çevrlimişdir. Bu funksiyası ilə 
elm əslində sosial inkişaf 
prosesinə qoşulmuşdur


Elmi idrak metodu anlayışı və onların bölgüsü

Metod yunan sözü olub ("melodos") hərfi mənası yol, tədqiqat, şərh üsulu mə'nasına uyğun gəlir. Metod məqsədə 
çatmaq - gerçəkliyin dərk olunmasına və onun praktiki dəyişdirilməsinə nail olmaq üçün istifadə olunan üsullar ilə 
insanların nəzəri və praktiki fəaliyyətini tənzimləyən müəyyən prinsiplərin məcmusudur. 

. Analiz və sintez, induksiya və deduksiya, eksperiment, abstraktlaşdırma, ideallaşdırma və s. Elmi idrakın ümumi 
metodlarıdır. . Analiz və sintez, induksiya və deduksiya, eksperiment, abstraktlaşdırma, ideallaşdırma və s. Elmi 
idrakın ümumi metodlarıdır. Elmi idrakm ümumi metodlarının da təsnifatı mühüın əhəmiyyət kəsb edən fəlsəfi 
məsələlərdəndir. Biliyin öz aralarında qarşılıqlı əlaqələnən empirik və nəzari səviyyələrinə uyğun olaraq elmi 
idrakın ümumi metodlarını üç qrupa ayırmaq olar:
1. Biliyin yalnız empirik səviyyəsində tətbiq olunan empirik tədqiqat metodları: müşahidə, müqayisə, ölçmə, 
eksperiment;
2. Biliyin yalnız nəzəri səviyyəsində tətbiq olunan nəzəri tədqiqat metodları: ideallaşdırma, formallaşdırma, 
aksiomatik metod, abstraktdan konkretə yüksəlmə metodu
3. Biliyin həm empirik, həm də nəzəri səviyyəsində tətbiq olunan empirik-nəzəri tədqiqat metodları: analiz və 
sintez, induksiya və deduksiya, modelləşdirmə, tarixi və məntiqi, abstraktlaşdırma və s.


Elmi idrakın empirik metodları.
Müşahidə elmi tədqiqatın başlanğıc nöqləsi olub, elmi idrakın müxtəlif sahələrində, o 
cümlədən təbiətşünaslıqda geniş tətbiq olunur. Müşahidə obyektin məqsədli və müntəzəm 
qavranılması prosesidir. İzlədiyi məqsəd və daşıdığı vəzifədən asılı olaraq müşahidələr elmi və 
qeyri-elmi olur. Hərbi işdə, cinayətin təhqiqində, gündəlik həyatda istifadə olunan qeyri-elmi 
müşahidədən fərqli olaraq elmi müşahidə müəyyən elmi məsələni, problemi həll etmək 
məqsədilə aparılır. Elmi müşahidələr əsasında irəli sürülən müəyyən fərziyyələr və ideyalar 
son nəticədə qanunların kəşfinə gətirib çıxarır. Məsələn, tixo-bragenin planetlərin hərəkəti 
üzərində apardığı elmi müşahidələr, yuxarıda qeyd etdiyimiz kimi, kepler qanunlarının kəşfi 
üçün empirik əsas olmuşdur.


Elmi idrakın empirik metodlarından biri də müqayisədir. Müqayisə gerçəkliyin 
müəyyən sahəsinə daxil olan cisim və hadisələrin oxşar və fərqli cəhətlərini 
müəyyən etməyə imkan verən idraki üsuldur. Müqayisə nəticəsində iki və ya 
daha çox obyektin ümumi cəhətləri müəyyən edilir ki, bu da qanunların açılması 
yolunda çox mühüm addımdır.
Elmi idrakın məhsuldar metodu olması üçün müqayisə iki əsas tələbə cavab 
verməlidir. Əvvəla, o hər cür obyektlər arasında deyil, ancaq obyektiv 
ümumiliyə malik olan obyekllər arasında aparılmalıdır. İkincisi, müqayisə 
obyektlərin hər cür əlamətləri üzrə deyil, ancaq mühüm və əhəmiyyətli 
əlamətləri üzrə aparılmalıdır. 


Elmi idrakın müqayisə ilə sıx bağlı olan digər metodu ölçmə adlanır. Bu melod 
tarixən onun əsasını təşkil edən müqayisə əməliyyatından irəli gəlsə də, o, 
müqayisəyə nisbətən idrakın daha universal və güclü metodudur. Əsası qaliley 
və nyuton tərəfindən qoyulmuş müasir eksperimental təbiətşünaslıq məhz ölçmə 
metodu sayəsində meydana gəlib inkişaf etmişdir.
Ölçmə etalon və ya ölçü vahidi vasitəsilə hər hansı bir kəmiyyətin (məsələn, 
sür'ət, tə'cil, çəki, uzunluq, vaxt və s.) Ədədi qiymətinin təyin edilməsi 
əməliyyatıdır. Ölçmə vasitəsilə kəmiyyətin ədədi qiyməti tapılaraq müəyyən 
ölçü vahidləri - kiloqram, nyuton, metr, coul, veber və s. İlə ifadə olunur. Ölçmə 
eyni keyfiyyəti ifadə edən kəmiyyətlərin ədədi müqayisəsidir. Məsələn, hər 
hansı cismin kütləsini ölçərkən əslində biz iki kütləni - cismin və etalonun 
kütləsini müqayisə edirik.


Elmi idrakın empirik-nəzəri metodları.

İnsanın əqli fəaliyyətinin universal metodlarından biri də abstraktlaşdırmadır. Abstraktlaşdırma 
metodunun mahiyyəti cisimlərin qeyri-mühüm xassə, münasibət və əlaqələrindən fikrən sərfnəzər 
edilməsindən, bu cisimlərin tədqiqatçını maraqlandıran bir və ya bir neçə mühüm əlamətinin seçilib 
götürülməsindən ibarətdir.

Elmi idrakın empirik-nəzəri metodları içərisində analiz və sintez xüsusi yer tutur.

Analiz öz məzmunu etibarilə hər hansı tamı, yaxud mürəkkəb hadisəni fikrən öz tərkib hissələrinə, 
elementlərinə, ayırmaq və onlardan bəzilərini seçib götürmək üçün istifadə olunan üsul və 
qanunauyğunluqların məcmusudur. Sintez isə cismin ayrı-ayrı hissə və elementlərini fikrən bir tam 
halında birləşdirməyə imkan verən üsul və qanunauyğıraluqların məcmusudur. Sintez prosesində tamı 
təşkil edən hissələrin hər birinin yeri və rolu dəqiq müəyyən edilirinsanın əqli fəaliyyətinin universal 
metodlarından biri də abstraktlaşdırmadır. Abstraktlaşdırma metodunun mahiyyəti cisimlərin qeyri-
mühüm xassə, münasibət və əlaqələrindən fikrən sərfnəzər edilməsindən, bu cisimlərin tədqiqatçını 
maraqlandıran bir və ya bir neçə mühüm əlamətinin seçilib götürülməsindən ibarətdir.



Elmi idrakın empirik-nəzəri metodları 
içərisində analiz və sintez xüsusi yer tutur.

Analiz öz məzmunu etibarilə hər hansı tamı, 
yaxud mürəkkəb hadisəni fikrən öz tərkib 
hissələrinə, elementlərinə, ayırmaq və 
onlardan bəzilərini seçib götürmək üçün 
istifadə olunan üsul və qanunauyğunluqların 
məcmusudur. Sintez isə cismin ayrı-ayrı 
hissə və elementlərini fikrən bir tam halında 
birləşdirməyə imkan verən üsul və 
qanunauyğıraluqların məcmusudur. Sintez 
prosesində tamı təşkil edən hissələrin hər 
birinin yeri və rolu dəqiq müəyyən edilir


 Elmi idrakın nəzəri metodları

Elmi idrakın istifadə etdiyi fikri proseslər içərisində ideallaşdırma xüsusi yer tutur. Nəzəri 
tədqiqatın səmərəli üsullarından olan ideallaşdırma abstraktlaşdirma əməiiyyatı ilə üzvi 
surətdə bağlıdır. İdeallaşdırma prosesində varlıq "sadələşdirilir", "yoxsullaşdırılır", belə ki, 
baxılan halda predmetə xas olan az əhəmiyyətli və ya əhəmiyyətsiz parametrlər, əlamətlər 
ixtisar edilib nəzərə alınmır. Bu proses fikri elementlərin, ideallaşdırılmış, nəzəri obyektlərin 
yaradılması ilə bağlıdır. Ümumiyyətlə, elmi idrakda gerçəklikdə mövcud olmayan, əməli 
həyata keçirilə bilməyən "ideal" obyektlərdən geniş istifadə olunur. "Maddi nöqtə" "ideal qaz", 
"sıxılmayan maye", "mütləq bərk cisim", "nöqtəvi yük", "nöqtə", "düz xətt", "müstəvi", 
"üçbucaq" və b. Anlayışlar fizika və riyaziyyatda istifadə olunan ideal obyektlərdir. 
Gerçəklikdə bu cür obyektlər olmasa da, onların fikrən quraşdırılması mühüm idraki 
əhəmiyyət kəsb edir. Bu qəbildən olan obyektlərin quraşdırılması prosesi ideallaşdırma 
adlanır.



İdeal obyektlərin fikrən quraşdırılması prosesi hökmən şüurun abstraktlaşdırma 
fəaliyyətini tələb edir. Mosələn, "mütləq bərk cisim" ideal obyektini yaradarkən 
biz real cisimlərin kənar qüvvələrin tə'sirilə deformasiyaetmə qabiliyyətindən 
sərfnəzər etmiş oluruq. 

İdeallaşdırma haqqında yuxarıda deyilənlərdən aydın olur ki, ideal obyektlərin 
quraşdırılması prosesində biz hökmən aşağıdakı məqsədlərə nail olmalıyıq: 

Real obyektləri onlara məxsus bəzi xassələrdən sərfnəzər etməliyik,

Bu obyektlərə fikrən qeyri-real, praktiki reallaşa bilməyən hipotetik xassələr 
isnad etməliyik.

İdrakda ideallaşdırmadan yalnız o hallarda istifadə olunur ki, idrak obyekti 
kifayət qədər mürəkkəb olsun. Bu metod əsasında xəyalən yaradılan ideal 
obyektlər mürəkkəb proseslərə ilk yanaşma olub, bu sonuncuların obyektiv 
qanunauy-ğunluqlarının təxmini olsa da, əks etdirilməsi yolunda atılmış çox 
səmərəli bir addımdır.


Ədəbiyyat siyahısı

H.M. Hacıyeva, Ə.M. Məhərrəmov,Q.K. İsmayılov, İ.V. Qafarova elmin inkişaf 
tariхi və mеtоdоlоgiyası

Aydın Əlizadə. «İdrak" kursu üzrə mühazirələr: Fəlsəfə elmləri doktoru Aydın 
Əlizadə.

Məmmədov Qərib, Xəlilov Mahmud. İdrak və ağıl -Ekoloji atlas. Tərtib edənlər: 
Məmmədov Q., Xəlilov M. Məmmədova S. Bakı, kartoqrafiya fabriki, 2009, 
səh.8.


İzlədiyinizə görə təşəkkür edirəm

Document Outline

  • Slide 1
  • Mövzu:
  • PLAN
  • Slide 4
  • Slide 5
  • Slide 6
  • Aristotelin idrak haqta fikirləri
  • Slide 8
  • Slide 9
  • Elmi idrak: onun forma və metodları
  • Slide 11
  • Slide 12
  • Elmi idrak metodu anlayışı və onların bölgüsü
  • Slide 14
  • Slide 15
  • Slide 16
  • Elmi idrakın empirik-nəzəri metodları.
  • Slide 18
  • Elmi idrakın nəzəri metodları
  • Slide 20
  • Ədəbiyyat siyahısı
  • İzlədiyinizə görə təşəkkür edirəm

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə