72
Əli Kərimin «Zoya kimi» adlı bir şeiri var.Bu onun ilk şeirlərindəndir.
Bacısı Əminəyə ithaf edib:
Əziz bacım, can bacım,
Mənim mehriban bacım!
Baxıb o şən çöhrənə qardaşın da bilir ki,
Bu günkü dərslərini bilirsən Zoya kimi.
Sanıram ki, dağların bulud yaran başıyam.
Zoyanın qardaşıyam.
Əziz bacım, can bacım. Hər işin Zoya kimi,
Gedişin Zoya kimi,
Gəlişin Zoya kimi.
İndi bacısının «o şən çöhrəsindən» əsər - əlamət qalmayıb.mənə elə gəlir,
dünyanın ən kədərli adamlarından biri Əminə bacıdır.Mənə elə gəlir, onun kə-dərli
gözləri daim qardaşını axtarır: «Bacın səni arzular, heç gəlmirsən tuş, qardaş!» Ən
xöşbəxt ailə həyatı da qardaşını itirmiş bacıya təsəlli ola bil-məz.Hələ Əli Kərim
kimi bir qardaş itirəsən! Əminə bacının uşaqları boya - başa çatıb, lazımi təhsil
alıblar, sevimli işləri var.Təranə müəllimə deyir: «Adı-mı dayım qoyub».İqtisadçı
Vaqif deyir ki, «dayımla, bax o ağacın altında otururduq».Bu sözlərin kədər yükü
çoxdur, yoxsa sevinc yükü?..
Gecmi - tezmi Əminə bacıdan soruşacaqdım: Əli ilə bağlı hansı yadigar
şeylər qalıb?
Nədənsə bu sualı yubadır və Əli haqqında özüm danışırdım.Danışırdım ki,
bu gün Əlinin oxuduğu məktəbdə də olmuşam, cənazəsinin yuyulduğu məs-ciddə
də.Adını daşıyan küçəni də ziyarət etmişəm, yaşıllıqlır qoynunda yerlə-şən
məzvrını da.Onu tanıyanlarla da söhbət etmişəm, «tanımayanlarla» da.Nə-dənsə,
Əminə bacı elə bildi, bununla demək istəyirəm ki,görün, Əlinin xətrini necə əziz
tuturam! Bəlkə bununçün o dedi: «Bilirsiz, siz cavanlar Əlini niyə çox istəyirsiz? -
Çünki o da sizi çox istəyirdi».
Mən, əzizini itirmiş çox adamlar görmüşəm.Gizlətmirəm, onların elələri
olub ki, öz sözləri ilə məndə ikrah hissi doğurublar: «Allah elə bizimkini gör-dü,o
qədər ölməlilər vardı.Heç kəsə bir şey olmur.Gör, heç…filankəslərin bur-nu da
qanamır, amma bizimki…»
Əli Kərimin ailə üzvləri, qohumları isə heç vaxt buna bənzər fikir işlət-
mirdilər.Əlbəttə, bu Əlinin öz tərbiyəsindən irəli gələn keyfiyyət idi: o, heç kə-sin
pisliyini, heç kəsin ölümünü istəməzdi.Bəlkə elə Əli Kərim yanğısı da bura-dan
yaranır.O, hamı üçün yanırdı.indi də hamı onunçün yanır.Heç kəsi ürək-dən
istəməyəni heç kəs ürəkdən sevməz.Bu hamıya bəllidir.Tək özünü istəyən-ləri heç
özününkülər də ürəkdən sevmir.
- Əli dərdini, ağrısını başqalarından gizlədən idi.Elə bil utanırdı bun-dan.Heç
cür razı deyildi, mən də onunla xəstəxanaya gedəm. «Əminə, sən gəl-mə, get
imtahanlara hazırlaş» - deyirdi.O vaxt APİ - nin dördüncü kursunda
73
oxuyurdum.Əli imtahan vaxtı xəstələnmişdi.Ümumiyyətlə, mən həmişə imta-han
vaxtı Əligildə qalardım.Bir dəfə də növbəti yay sessiyasına getmişdim.
Gördüm qapıları bağlıdır.Deməli, ailədə nə isə mübahisələri olub.Getdim Əli-nin iş
yerinə.Elə mən qapıdan girəndə gördüm, qəzetə bükülmüş çörək, pomi-dor, xiyar
çıxardıb yemək istəyir.Məni görən kimi tez «süfrəsini» yığışdırmaq istədi.
«Utanma, utanma, dedim, - bu nə gündür?» - «Nə gün olacaq, çörək yemək
istəyirdim» - dedi.
Otağının açarını istədim.Ciblərini çox axtardı, nəhayət açarı tapıb verdi:
«Yenə də məni günahkar bilirsən? Get dincəl, mən də bir azdan gələcəyəm» -
dedi…
Sonra Əli kərimlə bağlı yadigarları gətirdilər.Burada Əlinin rus dilində çıxan
ilk kitabı, vəfatından sonra buraxılan «Səfərdən sonra» kitabı,nekroloqu dərc
olunan qəzet və daha nələr vardı; çoxunda Əli kərimin şeirləri dərc
olunmuşdu.Şəkillər də vardı.Əlinin qayğısız illərindən yadigar və ömrünün son
günü - dəfni ilə bağlı şəkillər.Əminə bacı qardaşının bir neçə məktubunu da
qoruyub saxlayıb.O, tükürpədici bir kədərlə kağızların arasından çıxardığı dəsmalı
mənə uzatdı: «Əlinin son dəsmalıdır, xəstəxanada yatanda ondan istifadə
edib».İlahi, sən bu günahını nə ilə yuya bilərsən ki, bacı, qardaş əvəzi-nə gör nədən
təsəlli alır?!
Əminə bacının hərəkətlərinə göz qoyuram.Bu dəqiqə onun ürəyi hön-kürtü ilə
ağlayır.Adam göz yaşı tökmədən necə də ağlayarmış:
Qardaş ölsə zülümdür.
Gülümdür, bülbülümdür
Bacı qardaşa qurban
Qardaş ölsə zülümdür.
Bu kədər buzunu qırmaq üçün kağızların arasından götürdüyüm kiçik bir
vərəqdəki yazını oxuyuram: «biz səni ziyarətə gəlmişik.Əli! Sən bizim ən gözəl
şairimiz və mehriban dostumuzsan.sənə eşq olsun,Əli!» İslam səfərli, Nə-riman
Həsənzadə… və başqaları 15/ÕI.69».
Əminə bacı izahat verir: «Qəbrinin üstünə gül qoymuşdular.Bu kağız da
gülün altındaydı, ordan götürmüşəm».Görün, Əli Kərimin bacısı nədən təsəlli
tapır! Əli Kərimin bacısı nəyə möhtacdır! Mənə elə gəlir,Əli Kərimin vəfatın-dan
doğan kədəri hələ heç kəs olduğu kimi ifadə etməyib.Heç kəs bununçün tutarlı bir
ifadə tapmayıb, tapa bilməyəcək!
Əli Kərimin bacısına yazdığı bir məktubdan sətirlər:
«Əziz bacım Əminə! Salamlar.məktubunu aldım, çox qəmləndim,bütün
günü başım ağrıdı.Siz gərək inanasız ki, mənim bütün o işlərdən xəbərim
yoxdur.Taqsır evsizlikdədir…
Nə isə… sonra sən yazırsan ki, mən sənə soyuğam.Mən bu sözlərdən çox
dilxor oldum.Mənim səndən başqa kimim vardır? Niyə mən sənə soyuğam? Zərər
yoxdur.Vaxt olar ki, shv etdiyini başa düşərsən».