76
bir iş görək: mən sənə gavalı verim, sən mənə pomidor, xiyar».Çünki Əligilin
bostanında yaxşı pomidor, xiyar vardı, bizim bağda isə gavalı.Əli dedi: «Yox, onu
eləyə bilməyəcəyəm.Çünki mən nə pomidor - xiyar əkmişəm, nə də onu
becərmişəm.Elə sən də mənim günümdəsən: o gavalı ağacını nə əkmisən, nə də
becərirsən».Bu dəfə Əli mənə dedi: «Gəlsənə, bir iş görək»,Sevindim ki, görəsən
Əli nə yol tapıb.Sonra o: «Gəlsənə, elə hər ikimiz tamahımızı aşağı basaq» -
dedi.Bu sözləri indiki kimi yadımdadır…
Əli Kərim əliaçıq adam idi.Dünya malından ötrü heç vaxt neynim - necə
eləyim deməzdi.bir dəfə bakıdan rayona gəlmişdi.Yolda məktəb yoldaşların-
dan birinə rast gəlir, hal - əhval tutur.Məktəb yoldaşı da gileylənir ki, vəziyyəti
pisdir.Əslində, onun vəziyyəti pis- zad deyildi.Yadıma gəlir, o vaxt Əlinin təzə
kitabı çıxmışdı, pulunu da almışdı.Məktəb yoldaşının «ağladığını» görən Əli bir
yüzlük çıxarıb həmin adama verdi.Məsələ burasındadır Əlinin vəfatından sonra
bizim həmin adama işimiz düşdü - yüz bəhanə gətirdi.Yenə də tamahı-nın
ucundan.Amma fikirləşmədi ki, vaxtilə onun adi bir sözünü Əli necə də ürək ağrısı
ilə qəbul etmişdi.
…Əlinin toyu idi.Qucağında dostlarından birinin körpə oğlu
oturmuşdu.Birdən necə oldusa uşaq sıçrayıb stolun üstünə çıxdı.Hamı narahat
oldu, tez uşağı götürmək istədilər.Əli yerindən durub dedi: «Həzərat, bu məcli-sin
bəyi mənəm.Mən öz razılığımı verirəm, qoy uşaq necə istəyir, elə də hərəkət
etsin».Bir - iki qab sındıracaq deyə Əli uşağın qəlbinə toxunmaq istəmir-di.Çünki
Əli həmişə ürəyinin istədiyi kimi hərəkət edirdi.
Əlinin bir xasiyyəti vardı: heç vaxt uzun cümlə işlətmirdi.Elə - belə
söhbətlərində də, sağlıq deyəndə də.Şeirləri də belədir.Onun belə bir sözü var-dı:
«Bütün qohumlarımı kəsib sənə yedizdirərdim».Söz yox, adamı kəsib ada-ma
yedizdirməzlər.Əli, adama olan istəyini elə sözlə deyirdi ki, fikirləşirdin,
doğrudanmı, sən bu sözə layiqsən?!
…Göyçay diyarşünaslıq muzeyində Əli Kərim haqqında az məlumat
var.məlumat deyəndə, sadəcə olaraq bir neçə kitab və haqqında yazılmış bir - iki
məqalə.Elə Rəsul Rza haqqında da burada çox material yoxdur. «Bunu çoxları bizə
irad tutur», - deyə muzeyin direktoru tezliklə bir şey fikirləşəcəyinə söz
verdi.Özümü saxlaya bilməyib dedim: «Qardaş, mən çox muzeylər görmü-şəm,
hamısı da demək olar, bir - birinə oxşayır.Göyçay muzeyi R.Rzaya,
Ə.Kərimə görə başqalarından fərqlənməlidir axı.Bu imkandan istifadə etməmi-
siniz.Rəsul Rza, Əli Kərim haqqında burada hər şey olmalıdır, hər şey! Onlar
göyçayın dünənində də, bu günündə də, sabahında da var!»
Göyçayda Əli Kərim haqqında heç kəsdən bir söz soruşmayın.O özü hər
addımda sizinlə rastlaşacaqdır.O özü sizinlə çiyin - çiyinə yol gedəcəkdir! Hara
gedirsiniz gedin, bir vaxtlar Əlinin gəzdiyi yerlərə tuş olacaqsınız.bir də
görəcəksiniz vaxtilə Əli Kərimin yaşadığı evin, oxuduğu məktəbin yanındası-nız.
«Kommunist» küçəsiylə üzüyuxarı qalxsanız, bir də görəcəksiniz yaşıllıq-lar
qoynundan Əli Kərimin abidə - başdaşı sizə tərəf baxır.Bu yerlər necə də dəyişilib!
Vaxtilə düzənlik idi, indi yaşıllıqlara qərq olub.Vaxtilə Əli Kərim bu yerlərdə
77
qayğısız uşaqldıq illərini keçirib.Dünən oynadığı yerlərdə bu gün…məzarının
üstünə çiçək dəstələri qoyurlar.Camaat özü bu yerə ad qoyub: «Əli Kərim parkı».
Göyçayda Əli Kərim haqqında heç kəsdən bir söz soruşmayın.Onsuz da
özünüz Əli Kərimlə rastlaşacaqsınız.Şəhərin girəcəyində yolun sağ tərəfinə baxın:
bu - Əli Kərim küçəsidir.Bu da bir şöhrətdir sizinçün: Göyçayda birinci olaraq Əli
Kərim tərəfindən qarşılanırsınız.Göyçayın ən sakit, təmtəraqsız, gediş - gəlişi az
olan küçələrindən biri.Buradan şəhərin mərkəzinə iki kilo-metrə yaxın yol
var.Məni bu küçəyə gətirən taksi sürücüsündən soruşdum:
«Sən bilirsənmi Əli Kərim kimdir?»
- Mən onu şəxsən tanıyırdım.
- Necə? Tanıyırdız?
-Bir dəfə onu Bakıdan rayona gətirmişəm.Gəlib bax, bu yeməkxanada çörək
də yedik.
- Təxminən neçə il bundan qabaq olar?
- On il olar.
- On il? Axı Əli altı ildir?..
- İndi mən gözləmirdim sizə rast gələcəyəm; bu barədə söz soruşacaq-sız.Hə,
düz deyirsiz: olar 14 - 15 il.
-Yadınızda nə qalıb?
- Baxmayaraq şair idi, amma yeri düşəndə uşaqla - uşaq, böyüklə - böyük
idi.İndi də gözümün qabağandadır: sifəti qəmgin, fikirli olurdu.
- Onda da taksidə işləyirdiz?
- Yox yük maşınında.
İnsana olan məhəbbəti müfəttiş xırdaçılığı ili yoxlamazlar.O məni aldat-
maz.Görünür, haradasa, nəyisə unudub.Bəlkə elə öz maşınında gətirib.Ma-dam
sürücü Əli Kərimi tanımağı ilə fəxr edir, qoy bu hisslə yaşasın.
Göyçayda Əli Kərim haqqında heç kəsdən bir söz soruşmayın.Elə bilmə-
yin,qorxuram ki, naşı adama rast gələsiniz,Əli Kərimi tanımaya, siz də pərt
olasınız.Yox.Əli kərim sizin özünüzlə gedir, o sizin ürəyinizdədir.Ürəyinizdə
apardığınız adam haqqında yadlardan niyə soruşursunuz? Göyçayda Əli Kə-rim
haqqında heç kəsdən bir söz soruşmayın.Sizinlə yanaşı addımlayan adam haqqında
başqalarından niyə soruşursunuz?..
İyul, 1984
DÖYÜN ÜRƏK, DÖYÜN…
Qələmdəki mürəkkəb məni yandırır.
Qəlbimdə qalan söz kimi.
Qələmim boşalaydı.
Ürəyim boşalaydı.