82
Əliyə olan böyük məhəbbətindən xəbər verir.Nazim Hikmət sofiyada çıxmış
«Seçilmiş şeirlər» kitabını 1957 -ci ildə Əliyə yadigar verib və öz əli ilə orada gül
şəkli çəkib.Bu isə Rəsul Rzanın aftoqrafıdır: «Əli Kərimova, gözəl şair, xətrini
oğlum qədər istədiyim yaxşı insana».Nəbi Xəzri 1962 - ci ildə Əli Kərimə verdiyi
kitabında yazır: «Şəxsiyyətinə böyük məhəbbət və şeirlərinə hörmət bəslədiyim
dostum Əliyə».Həmin ildə Bəxtiyar Vahabzadə də Əliyə aftoqrafla kitab verib:
«Yaradıcılığına pərəştiş etdiyim Əli Kərim üçün».Bu-rada Nəriman Həsənzadənin:
«İnsanlığına heyran olduğum gözəl şair dostum Əliyə»; Fikrət Qocanın: «Dadaş,
bu mənim ilk kitabımı oxu.Bəyənməsən, de»;
Fikrət Sadığın: «Bu günün ən istedadlı şairlərindən Əli Kərimə» sözlərini
oxuyuruq.
Əli Kərim yaradıcılıq məsələlərinə son dərəcə məsuliyyətlə yanaşan şair
idi.Onun əsərlərinin çoxunun adı da, özü də bir neçə variantdadır. «Pillələr»
romanı da, pyesləri də, poemaları da.O bəzən elə misralarını bəyənməyib ki, adam
oxuyanda məəttəl qalır: bu sətirlərin zəifliyi nədədir? Əli Kərimin xətti səliqəsiz
olduğu bir tərəf dursun, o hələ üstəlik əlyazmalarının sahmana salınmasına da
əhəmiyyət verməyib.Özünün qeyd etdiyi kimi, onun bir dəftə-rində, demək olar,
bütün əsərlərindən parçalar var.Qalın dəftərdə barmaq basmağa yer yoxdur.Bir -
birinin «içində» olan müxtəlif yazılar onu göstərir ki, Əli Kərim çox vaxt bir
əsərini yarımçıq qoyub başqasını işləyirmiş.
Təbiidir, onun əlyazmaları arasında hələ çap olunmamış əsərləri var.On-ların
bəziləri avtobioqrafik xarakter daşıyır.Bu, əsasən Əlinin ilk yazılarında özünü
göstərir.O, «Xatirələr» adlı əsərini «Həyat səhifəs» adlandırıb.Yazı, doğrudan da,
həyat səhifəsidir.Bilmirəm o bilərəkdən hər şeyi açıq yazıb, yaxud fikirləşib ki,
adları dəyişməklə yazıya sünilik gətirər.Burada Əli, vaxtilə sevdiyi qızla yol
getməyin sevincini, bu işdə dostlarının ona necə köməklik göstərmələrini təsvir
edir.Hər şeyi necə olubsa, elə də yazıb.
Başqaları üçün bu hekayədir, amma Əlini tanıyanlar üçün isə onun özü-nün
məhəbbət tərcümeyi - halı.Mən bilərəkdən əvvəlki söhbətimizdə də, indi də qızın
(Z.-nin) adını açmıram.Amma həmin xatirədən bir neçə cümləni sizə təqdim
etmək istərdim.
«Onların küçəsinə gəldik.İtlərin bizi tutmaq qorxusu vardı.Lakin ən quduz it
belə intizar qədər dəhşətli deyildir.Onun səsi gəlirdi.Bu səs mənimçün dünyada ən
gözəl səsdir.Bu, mənim taleyimin səsidir…»
Əli Kərimin əlyazmaları arasında «xırda qeydlər» adlandırdığı yazılar da
vardır.Budur, onlardan bir neçəsi:
Yolun kənarında təzə əkilmiş bir şitil gördüm.onun yanında əlində bel tutan
bir adam durmuşdu: kölgəsi şitilin üstünə düşmüşdü.Bir neçə
ildən sonra həmin
adamı həmin şitilin kölgəsində oturan gördüm.
*
Müəllimdə tələbəlik hissi öldükdə onun müəllimliyi də ölür.
*
İkiüzlü adamın qəlbi ikiyə parçalanıb məhv olur.
83
*
O, Şekspirdən söhbət gedəndə də narahat olur, dahi yazıçının qiymətini
azaltmağa çalışır; güman ki, o böyük şöhrətin bir parçasını mənimsəmək istəyir.
*
Şair şərabı laləyə, sevgilisinin dodağına - ən gözəl şeylərə bənzətdi, şərab isə
onu ən pis şeylərə…
*
O həmişə özünü şəkil çəkdirən adam kimi aparır.
*
Başqasının vəziyyətinə girə bilsən, özgəyə də, özünə də qiymət verə
bilərsən.
*
Ağacın sınmış budağından yaş süzülürdü.O ağlayırdı.
*
Yaxşı dost dostun səhvlərinə düşmən kimi amansız olur.
*
Adam üzünü görmək üçün güzgüyə, qəlbini görmək üçün dostuna baxır.
*
Moskvada VÛ Ümumdünya festivalı zamanı üstündə müxtəlif ölkələrin
adları yazılmış avtobusları görürdüm.Mənə elə gəlirdi ki. ölkələr elə yaxındır,
onların arasında avtobus işləyir.
*
Ayaqlar altında əzilmiş otlar saatlarla çalışır, yavaş - yavaş dikəlirlər.
*
«Korun nəğməsi» ona görə yaxşıdır ki,biz onu dinləyəndə təkcə korun ayaq
səslərini eşitməklə qalmır, onun təsəvvürünə gətirdiyi və düşə biləcəyi uçurumu
belə görürük.
*
O, boynunu şux tutmaqdan. Özünü şən aparmaqdan yoruldu.
*
Əli Kərimin «Sənə az dedimmi sevmə, ey könül» misrası ilə
başlanan bir
şeiri var.Həmin şeirin əlyazmasında o aşağıdakı misraları pozub və sonralar da onu
heç bir kitabına daxil etməyib:
Göydə havalanıb yerə düşərkən
Sən mənim adımdan vədlər söylədin,
Dedin ki, ey közəl, şeirə düşərsən.
Mən Əli Kərimin yaradıcılığını tədqiq etmirəm.Çünki bu işlə məşğul olanlar
var.Amma bir oxucu kimi mənə aydın oldu ki, onun çap edilməyən yarımçıq
qalmış və bütöv şeirləri çoxdur.Elə bilməyin, mən onun kitabları ilə arxivdəki
yazıları tutuşdururdum.Xeyr.Onun çap edilməyən yazılarını ona görə tanıyırdım ki,