- 133 -
R.Dekart Allahı «ağılın təbii gücü ilə» izah edərək yazır ki, o,
ədədidir, qüdrətlidir, bütün həqiqətlərin və ədalətin mənbəyidir,
nəhayət, onda sonsuz kamillik cəmlənmişdir.
1
Yaxud: «Allah eyni
zamanda, vahid aktın tərkib hissələri kimi – bilir, istəyir və həyata
keçirir».
2
Bu deyilənlər açıq-aşkar İslam fəlsəfəsi ilə, hətta kəlamla
səsləşir. Həmin mövqeyə peripatetiklərin əsərlərində də tez-tez rast
gəlmək mümkündür. Məsələn, Əl-Fərabidə oxuyuruq: «Birinci –
qüdrətli, müdrik, bütün əməllərində kamildir».
3
İnsanlar isə tam
kamil ola bilməzlər, belə ki, kamillik ancaq Vahidə xasdır.
«Harada ki, çoxluq var, orada naqislik var».
4
R.Dekartın işığın təbiəti ilə əlaqədar təbii-elmi araşdır-
maları və ara-sıra kontekstə heç dəxli olmadan zehni nurlanma
prosesi ilə əlaqədar fikirlər söyləməsi də çox təəccüblü
görünür. Fiziki görmə və nurlanmış məkan, «zehin gözü»
fərqli hadisələrdir və bunlar arasında münasibət ilk dəfə olaraq
Qurani-Kərimdə diqqətə çəkilir: «Kor ilə görən eyni olmaz,
zülmətlə nur da eyni deyildir».
5
Bu fikir oxşarlıqlarının səbəbi kimi İbn Sinanın Dekarta
böyük təsir göstərdiyi bildirilir. Məsələn, F.Furlani Dekartın o
cogito prinsipi ilə İbn Sinanın «buxarlanan insan» konsepsiyası
arasında ciddi əlaqə olduğunu iddia edir.
6
Belə ki, insanın öz
varlığını bədəninin deyil, nəfsi və ya əqlinin varlığı ilə dərk etməsi
haqqında mülahizələr Dekartdan öncə İbn Sinanın və
Ş.Y.Sührəvərdinin əsərlərində öz əksini tapmışdır. Dekart və Süh-
rəvərdinin müqayisəsini ilk dəfə bu sətirlərin müəllifi aparmış və
onların fikirlərində böyük uyğunluqlar aşkar etmişdir.
7
M.M.Şərif
1
Р.Декарт. Сочинения. Том 1, М., 1989, стр. 322-323.
2
Yenə orada, səh. 323.
3
Алъ-Фараби. Естественно-научные трактаты, стр. 286.
4
Yenə orada, səh. 287.
5
Qurani-Kərim. Fatir surəsi, 19-20-ci ayələr//ərəb dilindən
tərcümə edənlər: Z.M.Bünyadov, V.M.Məmmədəliyev. Bakı, «Çıraq»,
2004, səh. 454.
6
Furlani F. Avicenna e il “cogito ergo sum” di Cartesio. –
Islamica, III., 1927, c. 53-72. //Сравнительная философия. М., 2000,
стр. 229.
7
Bax: məsələn, S.Xəlilov. İşraqilik və müasir fəlsəfi təlimlər. B.,
«Azərbaycan Universiteti», 2005, səh. 33-38.
- 134 -
isə Dekartı əl-Qəzali ilə müqayisə etmiş və bir sıra uyğunluqlar
tapmışdır. Amma Dekartın əl-Qəzalinin əsərlərindən həqiqətən
istifadə etməsi haqqında fikir ilk dəfə 1976-cı ildə Əlcəzairdə
müsəlman fəlsəfi fikrinə dair 10-cu konfransda səslənmişdir;
burada Fransa milli kitabxanasının Dekart fondunda əl-Qəzalinin
latın dilinə çevrilmiş kitabı tapılmışdır və burada Dekartın öz dəst-
xətti ilə qeydləri olduğu aşkar edilmişdir.
1
Rus tədqiqatçısı E.A.Frolova İbn Sinanın Dekartla mü-
qayisəsinə dair amerikalı mütəxəssis L.E.Qudmanın da fikrinə
istinad edir. L.E.Qudman yazır ki, İbn Sina Dekarta nisbətən daha
ciddi bir metafizikdir, onu ancaq Spinoza, Kant, Hegel və
Husserllə müqayisə etmək olar.
2
Çağdaş fəlsəfənin klassiki sayılan R.Rorti Dekartın ən
böyük xidmətlərindən birini, əqli (habelə nəfsi) sürəkliliyə
malik olan substansiyadan (cisimdən) fərqləndirməsində
görür.
3
Lakin İbn Sina və Sührəvərdidə bu cür fərqləndirmənin
mükəmməl bir sistemi vardır. Ş.Sührəvərdi təlimində nəfsin
quruluşu, arxitektonikası o qədər mükəmməldir ki, Yeni Dövr
Qərb fəlsəfəsinin ilk klassiklərinin ona ancaq müəyyən qədər
yaxınlaşmalarından söhbət gedə bilər. Məsələn, o, yazır: «Nəfs
bədənin puçluğu ilə puç olmur; çünki o yer tutuma (məkanca
sürəklilik – S.X.) malik deyil».
4
Bu fikri izah etmək üçün
Ş.Sührəvərdi maraqlı misal çəkir. Fil və milçəyin fikri obrazlarında
ölçü müəyyənliyi yoxdur. Halbuki, gerçəklikdə onlar ölçülərinə,
həcmlərinə görə fərqlidirlər. Onlar nəfsdə yer turmurlar və deməli,
nəfs ölçüsüzdür.
5
Başqa yerdə: «Nəfsi cisim meydana gətirmir.
Belə ki, şey özündən şərəfli olanı yarada bilməz».
6
Bu məsələdə
Ş.Sührəvərdinin mövqeyi Aristoteldən əsaslı surətdə fərqlənir.
1
Е.А.Фролова. Декарт и некоторые аспекты концепций
человека в средневековой арабской философии. – Сравнительная
философия. М., «Восточная литература», 2000, стр. 231.
2
Goodman L.E. Avicenna. L.–N.Y., 1992, стр. 14.
3
Р.Рорти. Философия и зеркало природы. Новосибирск, 1997,
стр. 32.
4
Ş.Sührəvərdi. Göstərilən əsər, səh. 226.
5
Yenə orada, səh. 217.
6
Yenə orada, səh. 223.
- 135 -
Aristotelə görə, nəfsin bütün halları bədənlə əlaqədardır.
1
Lakin
Sührəvərdi nəfsin bədəndən asılı olmadan işıqlanmasını ön plana
çəkir. Nəfs bədəni həm dərk edir, həm də idarə edir. Aristotel sual
qoyur ki, bölünən bölünməzi necə dərk edə bilər, yaxud bölünməz
böləni necə dərk edə bilər? Göründüyü kimi, Aristotel nəfs və
bədənin mahiyyət və dərəcə fərqini nəzərə almır, Sührəvərdidə isə
iyerarxiya var. Nəfs bədəndən yüksəkdir. Ona görə də, bölünən
bölünməzi dərk edə bilməsə də, bölünməz bölünəni dərk edə bilər.
Başqa sözlə, nəfs (ilk növbədə düşüncəli nəfs bədəni və istənilən
cismani varlığı dərk etmək iqtidarındadır.)
Beləliklə, Sührəvərdi qnoseologiya məsələlərində Aristotel-
dən irəli getmiş və ardıcıl rasionalizmin nümayəndəsi kimi çıxış
etmişdir. Biz bu sahədə Dekartın rolunu inkar etmirik. Dekart
doğurdan da, müasir Avropanın ideya əsasını qoyanlardan
biridir. Lakin, ona görə yox ki, o, rasionalist təlimin banisidir;
ona görə ki, o, bir növ renesans alimi kimi çıxış edərək, bir
tərəfdən qədim yunanların, digər tərəfdən də orta əsr Şərq
(İslam) filosoflarının rasionalist ideyalarını Yeni Dövrün əsas
uğuru sayılmalı olan təcrübi elmlərlə birləşdirir və bu elmi
prosesin fəlsəfi səviyyədə özünüdərkinə təşəbbüs göstərir.
R.Dekart və F.Bekonun əsas xidmətləri daha çox indiki dövrdə
«elm fəlsəfəsi» adlandırdığımız sahənin təməlini qoymaların-
dadır. Nəzərə alınmalıdır ki, Yeni Dövr Qərb sivilizasiyası hər
hansı bir fəlsəfi təlimdən öncə məhz elmlə və elmin praktik
tətbiqi ilə səciyyələnir. Dekart özü yazır ki, yaxşı ağıl hələ
azdır, əsas məsələ onu yaxşı tətbiq etməkdədir.
2
Bəli, məhz elm və onun tətbiqi Qərbin rəmzi sayıla bilər.
Lakin, nə kimi bir elm? Abstrakt riyazi-fəlsəfi sistemə çev-
rilməyə çalışan elmlər elmi, dünya elmi deduktiv, aksiomatik
bir elm, yoxsa daha çox dərəcədə təcrübədən qidalanıb
təcrübəyə, praktikaya, texnikaya xidmət edən bir elm? Məgər
müasir Avropanın təməlində Husserlin bu qədər sevmədiyi
texnisizm dayanmırmı? Husserl bir tərəfdən Avropa ruhundan
1
Аристотель. Сочинения в 4-х томах. Т. 1, М., «Мысль»,
1976, стр. 382.
2
Р.Декарт. Сочинения в двух томах. т. 1. М., «Мысль», 1989,
стр.251.
Dostları ilə paylaş: |