Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 1,08 Mb.
səhifə23/129
tarix31.08.2023
ölçüsü1,08 Mb.
#121158
1   ...   19   20   21   22   23   24   25   26   ...   129
F ls f n dir F ls f d nyag r kimi. F ls f nin predmeti. F

2) Manilik. Qədim dövr və erkən orta əsrlərdə Azərbaycanda geniş yayılmış dini-mistik və ictimai-fəlsəfi təlimlərdən biri də manilikdir. Bu təlimin banisi Nəqqaş Mani (216 -274/76) olmuşdur. O, rəssam, filosof, həkim və mühəndis kimi şöhrət qazanıb. Bir çox Şərq ölkələrini gəzmiş, o cümlədən Hindistanda olmuş Mani təlimini zərdüştülik, buddizm, xristianlıq , qnostisizmin təsiri altında yaratmışdır. İyirmi dörd yaşında ikən sonralar manilik adlandırılan təlimini yaymağa başlamışdır.
İran Şahənşahı Şahpurun 243-cü ildə keçirilən tacqoyma mərasimində bu təlimi din olaraq qəbul etmişdir. Mani öz təlimini din hesab edir və deyirdi ki, onun yaratdığı din mövcud dinləri birləşdirməli, onlardan yüksəkdə durmalı, “universal” dünya dininə çevrilməlidir.
Zərdüştilikdə olduğu kimi maniliyin də əsasında dualist prinsip, başlanğıcın ikiləşməsi –Nur və Zülmətin mübarizəsi durur. Dünyada Nur və Zülmət ünsürləri bir-birinə qarışmışdır. Nur ruhu, Zülmət isə bədəni(materiyanı) təmsil edir. Dünya inkişafı prosesinin məqsədi insan qəlbində yer tapmış nur ünsürlərini materiyanın (bədənin) hakimiyyətindən azad etməkdir. Bu isə qatı asketizm vasitəsilə mümkündür.
Tədricən Manilikdəki Zülmət konkret sosial mahiyyət kəsb edərək dövlətin insanlar üzərində ağalığını bildirir və insanları hansısa mücərrəd şərə yox, zülmkar hökmdarlarla mübarizəyə səsləyir. Maniliyin mövcud dövlət quruluşunun əleyhinə çıxması iqtidar sahiblərini qəzəbləndirmiş və bu təlim tərəfdarları amansız təqibə məruz qalmışlar. Mani həbs edilmiş və zindanda ölmüşdür. Manilik təlimi isə bidət elan olunmuş, sonrakı dövrdə Xristianlıq və İslam dinləri tərəfindən sıxışdırılmışdır. Bununla belə, maniliyin xeyir və şər haqqındakı dualizmi Qərbdə Xristianlıq dünyasında müxtəlif təriqətlər, Şərqdə isə məzdəkilər tərəfindən təlqin edilmişdir.
3) Məzdək və məzdəkizm. Sonradan məzdəkizm adlandırılmış dini-fəlsəfi və sosial təlimin banisi Məzdək (? - 528) Dəclə çayının sahilində yerləşən Nişapurda anadan olmuşdur. Həyat nemətlərinin bərabər bölünməsini tələb edən məzdəkizm təlimi çoxsaylı tərəfdarlar toplamış və iqtidar sahiblərinin istismarı və zülmünə qarşı yönəlmiş kütləvi hərəkata çevrilmişdir. Sasani hökmdarı I Qubad kahin və əyanların nüfuzunu zəiflətmək məqsədilə məzdəkilərlə yaxınlaşmışdır. Məqsədinə nail olduqdan sonra isə onlarla ittifaqdan imtina etmişdir. I Qubadın oğlu Xosrovun əmri ilə Məzdək və yaxın silahdaşları amansızlıqla edam edilmişdir.
Məzdəkilər işıq və zülmətin mübarizəsini qəbul edir və onu inkişafın mənbəyi sayırdılar. Manilik doktrinalarından fərqli olaraq, məzdəkilərin təliminə görə İşıq (xeyir) səltənətinin fəaliyyəti ədalətli, ağıllı və məqsədəuyğundur. Qaranlıq (şər) səltənətinin isə hərəkəti ağıldankənar və xaotikdir.
Məzdəkizmə görə keçmiş dövrlərdə insanlar asudə və firavan yaşamışlar, çünki bir qayda olaraq xeyir qüvvələri şər qüvvələrinə qalib gələrək ümumbəşər səadətini təmin edirmişlər. Lakin tarixi inkişafın müəyyən mərhələsində şər qüvvələri təsadüfi olaraq xeyir qüvvələrinə qalib gələrək yer üzərində fənalıqları: dilənçiliyi, oğurluğu, müharibələri, qatilliyi, zülmkarlığı, acgözlük və paxıllığı yayırlar. Məzdəkilər əvvəlki ədaləti bərqərar etməyə çağırır, cəmiyyətdəki nemətləri bütün vətəndaşlar arasında bərabər surətdə bölüşdürməyi məsləhət görürdülər.



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə