Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 1,08 Mb.
səhifə8/129
tarix31.08.2023
ölçüsü1,08 Mb.
#121158
1   ...   4   5   6   7   8   9   10   11   ...   129
F ls f n dir F ls f d nyag r kimi. F ls f nin predmeti. F

7. Fəlsəfənin genezisi.
Fəlsəfə ilə ilk tanışlıqda yaranan suallardan biri də onun genezisi, və yaxud mənşəyi və necə yaranması problemi ilə bağlıdır. Genezis (yun. genesis –mənşə, qərarlaşma, əmələgəlmə) probleminin araşdırılması fəlsəfənin nədən, necə, nə vaxt, harada, nə üçün yaranması suallarına cavab verilməsini nəzərdə tutur. Fəlsəfənin genezisi, konkret desək nədən yaranması ilə bağlı üç konsepsiya irəli sürülür: mifogen, qnoseogensintetik, və yaxud, qnoseogen-mifogen.
Mifogen konsepsiyaya görə fəlsəfə mifologiyadan, onun formal dəyişikliyi hesabına daxili inkişafından yaranıb: şəxsli-obrazlı forma şəxssiz-anlayışlı forma ilə əvəzlənir. Məsələn, yunan mifologiyasında titan (titanlar - nəhəng Tanrılar) Okean və nimfa (təbiət İlahələri) Fetida bütün təbiət Tanrılarının baniləridir. Filosof Fales isə Okean obrazını nəzərdə tutaraq belə bir ideyaya gəlir ki, su ilkbaşlanğıcdır və substansiya olaraq hər şeyin əsasında dayanır.
Qnoseogen konsepsiyaya görə, fəlsəfə elmi biliklərin sadəcə ümumiləşdirilməsi nəticəsində yaranır.
Sintetik və yaxud qnoseogen-mifogen konsepsiyaya görə fəlsəfənin üç yaranma mənbəyi var: mifoloji dünyagörüşü, bilik (daha doğrusu, ilk elmi biliklər-riyaziyyat, fizika, tibb) və ən adi, gündəlik, həyati-praktik şüur. Məhz bu konsepsiya daha çox əsaslandırılmış hesab olunur.
Mövzu№ 2. Qədim Şərq fəlsəfəsi.
I. Qədim Hind fəlsəfəsi.
1) Qədim Hind fəlsəfəsinin ümumi səciyyəsi. Vedalar.
2) Ortodoksal fəlsəfi sistemlər:
a) nyaya; b) vayşeşika; c) sankhya; ç) yoqa d) mimansa; e) vedanta.
3) Qeyri-ortodoksal fəlsəfi sistemlər:
a) çarvak-lokoyata; b) caynizm; c) Buddizm.
II. Qədim Çin fəlsəfəsi.
1) Qədim Çin fəlsəfəsinin ümumi səciyyəsi; 2) “in və yan” - naturfəlsəfə; 3) konfusiçilik; 4) moizm; 5) “adlar məktəbi”; 6) “qanunçular məktəbi” - legizm; 7) “Yol və kəramət məktəbi” – daosizm.
III.Qədim dövrdə Azərbaycan fəlsəfəsi.
1) Zərdüçtilik; 2) manilik; 3) Məzdək və məzdəkizm.



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə