Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 1,08 Mb.
səhifə16/129
tarix31.08.2023
ölçüsü1,08 Mb.
#121158
1   ...   12   13   14   15   16   17   18   19   ...   129
F ls f n dir F ls f d nyag r kimi. F ls f nin predmeti. F

c) Buddizm. Dünyanın bir çox regionlarında bu gün də çoxsaylı tərəfdar və ardıcılları olan Buddizm m.ö. V əsrdə Qədim Hindistanda yaranmış dini-fəlsəfi təlimlərdən biridir. Sonrakı dövrlərdə, təqribən m.s.III əsrdə Çin, Cənub-Şərqi Asiya ölkələrində də tərəfdarlar tapmışdır.
Bu təlimin banisi Qautama Sidhartha Şakyamuni –Budda (m.ö. 563-483) olmuşdur. Şimali Hindistanda knyaz ailəsində doğulmuş Qautama mürəkkəb həyat yolu keçmişdir –taxt-tac varisi, asket-zahid, müdrik. Həyatının ilk illərini atasına məxsus, hər tərəfdən yaşıllıq və uca divarlarla əhatələnmiş dəbdəbəli sarayında keçirmiş Qautama, ətraf aləmdə daha nələr var deyə saray hüdudlarından kənara çıxır. Rastlaşdığı dörd hadisə onun dünyagörüşündə ciddi dönüş yaradır. Birinci, üzü qırışlı, saç-saqqalı ağarmış qocanı görməsi ona anladır ki, cavanlıq əbədi deyil. İkinci, ağır xəstəlikdən əzab çəkən, üz-gözü xora ilə örtülmüş xəstəni görəndə isə başa düşür ki, sağlamlıq əbədi deyil. Üçüncü, dilənçini görməsi ona var-dövlətin keçici olmasını, insanın malik olduğu hər şeyi nə vaxtsa itirib yoxsullaşa biləcəyini anladır. Dördüncü, dəfn mərasimini görür və başa düşür ki, insan fanidir, əbədi deyil. Beləliklə, Qautama bu nəticəyə gəlir ki, insanın həyatı iztirab və bədbəxtliklərlə doludur. Bütün bu məsələlər haqqında düşünən Qautama onu işıqlandıran, nurlandıran (Budda – nurlanmış deməkdir) və dörd hissədən ibarət həqiqəti kəşf edir. Bu həqiqəti təliminin nüvəsinə qoyan Budda tezliklə çoxsaylı tərəfdar toplayır. Buddizmin nüvəsi olan bu həqiqət – “dörd nəcib qanun” adlanıb aşağıdakılardan ibarətdir:
Birincisi: Həyat iztirabdır, ona görə də şərdir. Tam xoşbəxt olan insan yoxdur.
İkincisi: İnsan iztirablarının və bədbəxt həyatının səbəbi nədir sualına cavab vermək lazımdır. Səbəb insanın əbədi olaraq nəyəsə can atmasındadır. Buddizmdə buna ehtiras deyilir. İnsan daima nəyəsə can atır, nəyisə istəyir, nəyi isə arzulayır, müəyyən arzulara malik olur, sonra isə onları gerçəkləşdirmək ehtirası onu ağuşuna alır. Arzular gerçəkləşməyəndə iztirab çəkir.
Üçüncüsü: İztirabın aradan qaldırılması üçün ehtirasın boğulması, kənarlaşdırılması vacibdir. Yəni, hədsiz-hüdudsuz arzuların gerçəkləşdirilməsi arxasınca qaçıb əzablara düçar olmaqdansa, bu arzuları məhdudlaşdırmaq daha yaxşıdır. Arzu və istəklərin məhdudlaşdırılması Buddizmdə asketizm adlanıb, bu təlimə görə düzgün həyatın yoludur.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə