Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu


“İn və yan” məktəbi –naturfəlsəfə



Yüklə 1,08 Mb.
səhifə18/129
tarix31.08.2023
ölçüsü1,08 Mb.
#121158
1   ...   14   15   16   17   18   19   20   21   ...   129
F ls f n dir F ls f d nyag r kimi. F ls f nin predmeti. F

1. “İn və yan” məktəbi –naturfəlsəfə. Bu məktəb nümayəndələrinin heç bir əsəri dövrümüzə gəlib çatmayıb. Əsas ideyalar qismən “Şi tszin”, “İ tszin” kitablarında əksini tapıb. Məktəbin bütövlükdə ənənəvi Çin mədəniyyətinə təsir göstərmiş əsas ideyasına görə dünyada bir-biri ilə mübarizə aparan iki zidd başlanğıc – in və yan (qaranlıq və işıq, qadın və kişi, aşağı və yuxarı, yer və səma, yumşaq və bərk) mövcuddur. Digər ideya isə beş ünsür –su, od, metal, ağac, torpaq bir-biri ilə qarşılıqlı təsirdədirlər. M.ö. I minilliyin ikinci yarısına qədər bu ideyalar dağınıq şəkildə mövcud olmuş, sonradan məktəbin yeganə nəhəng nümayəndəsi Tszou Yanya (m.ö.IV-III əsrlər) tərəfindən ümumi doktrinada təfsir edilmişdir. O, “beş ünsür” konsepsiyasını tarixi prosesin təfsirinə tətbiq etmişdir. Sonrakı dövrlərdə in və yan məktəbinin inkişafı daosizm və konfusiçiliklə bağlı olmuşdur.
2. Konfusiçilik. Qədim Çin fəlsəfəsinin ən qədim məktəblərindən biri olub, ilk növbədə insanı sosial həyatın iştirakçısı kimi tədqiq edir. Konfusiçiliyin banisi Konfusi (təq. m.ö. 551-479) olub. Təlimini şifahi yaysa da, baxışları şagirdləri tərəfindən qələmə alınmış “Lun Yuy” (“Söhbətlər və mühakimələr”) traktatında əksini tapıb.
Əksər filosoflar kimi, Konfusini də şərin mənbəyi düşündürmüşdür. Lakin, əgər buddizmdə ayrıca insanın iztirabları və bu iztirabları aradan qaldırılma vasitələri haqqında söhbət açılırsa, konfusilikdə isə cəmiyyətin məruz qaldığı soial şər və bədbəxtliklərə diqqət yönəldilir. Çünki, əgər cəmiyyət içərisindədirsə, deməli onun hər bir nümayəndəsi əziyyət çəkir. Və əksinə, cəmiyyət inkişaf və çiçəklənmədədirsə, onda hər bir insan da rifah içərisində yaşayır.
Konfusiçiliyin cavab axtardığı suallar belədir: Sosial bədbəxtliklərin səbəbi nədir? Hökmdarlar nə üçün xalqı incidir, bəs xalqlar nə üçün öz hökmdarlarına qarşı çıxırlar? Nə üçün valideynlər bəzən öz uşaqlarının qayğısına qalmır, uşaqlar isə valideynlərinə hörmət etmirlər? Nəsillər arasındakı münaqişələr nədən törəyir? Nə üçün dünyada qəddarlıq, yalan və düşmənçilik geniş yayılır? Və ən əsası: bu müsibətlərdən necə qurtulmalı və insanların birgəyaşayışını hansı yollarla harmonik və xoşbəxt etməli?
Konfusi hesab edir ki, dünyada şərin müstəqil səbəbi yoxdur. Dünya özlüyündə şər deyil və ola bilməz. Çünki, o mütləq xeyir, ali, şəxssiz, panteist başlanğıc – Səma(Tyan) tərəfindən yaradılıb və daim onun nəzarətindədir. Səma fəzilətlərlə doldurulmuş nizamı (Li) bərqərar edir. Şər isə bu nizamın pozulmasından törəyir. Bu pozuntunu isə, Səmavi nizamı düzgün anlamayan insanlar pozur.
Şərin törəməməsi üçün, insan həyatının nizamlı və harmonik olması üçün Səmavi iradə və onun bərqərar etdiyi xeyir nizam dərk olunmalıdır. Biz bu nizamı görməli, sona qədər dərk etməli, sonra isə ona əməl etməliyik. Xoşbəxtliyi kənarda axtarmaq lazım deyil, o həmişə ətrafımızdadır. Ondan yalnız istifadə etmək lazımdır. Bizdən isə yalnız Səmanın təyin etdiyi xoş nizama riayət etmək, ona uyğun yaşamaq, onun prinsip və qaydalarına əməl etmək, onları heç zaman pozmamaq tələb olunur. O zaman insan xoşbəxt olur. Səmanın təyin etdiyi qaydalar isə bunlardır: alicənablıq (kuan), böyüklərə hörmət (di), övlad ehtiramı (syao), dosta vəfalılıq (İ), hökmdara sədaqət (çjun) və s. Əgər hər kəs öz bildiyi kimi yaşasa, o da xoşbəxt olar, cəmiyyət sabit həyat sürər.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə