rinə axır; az inkişaf etmiş ölkələrdə parazit bir yuxarı sinif
yaranmışdır; qalan kapital isə cəmiyyətin istehsalçı olmayan
qrupları arasında paylaşdırılır (sələmçilər, dini təşkilatlar,
hərbi bürokratiya, torpaq ağaları, kompradorlar)».68
Türk müəlliflərinin çoxu öz tənqid hədəflərini zəif in
kişaf etmiş ölkələrin gerilik səbəbini ört-basdır etməyə çalı
şan Qərb alimlərinə qarşı çevirirdilər. Bu cəhətdən Ünsel
Oksayın «Kim» jurnalında çap olunan «Az inkişaf etmiş
ölkələrdə ziyalılar, gənclik və yeddi yanlış görüş» adlı məqa
ləsi çox xarakterikdir. Onun tənqid etdiyi yeddi yanlış görüş
aşağıdakılardır: 1) Zəif inkişaf etmiş ölkələrin əhalisinin ək
səriyyəti geri qalmış köhnə ənənələrə bağlıdırlar, onlar bir
qrup irəli getmiş adamlara ölkəni inkişaf etdirmək işində
mane olurlar. Ünsel Oksay
göstərir ki, bu ikinci qrup
adamlar öz ölkələrində Qərb kapitalistlərinin təmsilçiləridir
və xalqı istismar edirlər; 2) Bəziləri belə hesab edirlər ki,
mədəniyyət şəhərdən kəndə gələcəkdir. Ünsel Oksay bu fikir
ilə razılaşmır və göstərir ki, mədəniyyət cəmiyyətə xaricdən
ixrac olunmur. O, göstərir ki, ictimai quruluş, ictimai müna
sibətlər dəyişdirilmədən, köklü islahatlar keçirilmədən mə
dəni inkişaf ola bilməz;69 3) Bəziləri belə hesab edirlər ki,
geri qalmış arxaik qaydalar daxili bazarın inkişafına mane
olurlar, milli kapitalizm yaransa feodal qaydaları aradan
qalxar. Ü.Oksay bu fikir ilə də razılaşmır. Çünki zəif inkişaf
etmiş ölkələrdə müstəqil milli kapitalizm ola bilməz. Bu ka
pitalizm istər-istəməz qüvvətli xarici kapitaldan asılı olma
lıdır. Bu kapitalizm milli yox, milli ilə xarici arasında orta
yer tutan bir kapitalizmdir. Bu kapitalizm ölkənin daxili tə
ləbatına uyğun olaraq milli iqtisadiyyatın inkişafını plan
laşdırmaq fikrində deyil. Yerli kapitalistlər xammal ixrac
edir, hazır sənaye məhsullarını isə idxal edirlər. Onlar istə
mirlər ki, dövlət iqtisadiyyatda hakim mövqe tutsun.
Ü.Oksay bu kapitalistlərin yalnız öz mənafelərini fikirləş
diklərini göstərir və yazır ki, dövlət kapitalizmi də vəziyyəti
dəyişə bilməz. Geriliyin səbəbini bütövlükdə ictimai, siyasi
68 T.Üner. Az gelişmiş ülkeler üzerine yamltıcı görüşler. Bax: «Forum»,
15 ağustos 1967, s.8.
69 Bax: «Kim», 24 kasım 1967, s.9.
34
və mədəni quruluşda axtarmaq lazımdır; 4) Qərb müəlliflə
rinin bir çoxunun fikrincə geriliyin əsas səbəblərindən biri
keçmiş dövlətli siniflərin, yəni feodalların yeni dövlətli sinif
lərə, yəni sənaye və ticarət kapitalistlərinə qarşı olmalarıdır.
Ü.Oksay göstərir ki, geri qalmış ölkələr üçün yanlış olan bu
fikir yalnız XIX əsr Avropası üçün doğru ola bilər. Həm
köhnə, həm də yeni dövlətlilər başa düşürlər ki, onların döv
lətli olmalarına səbəb mövcud ictimai quruluşdur, onu dəy
işmək sərvətdən məhrum olmaq deməkdir. Bu sahədə onlar
tamamilə həmrəydirlər. Ü.Oksay yerli kapitalizmi tənqid
etməklə bu ölkələrdə yaxın gələcəkdə sosializmin qalib gə
ləcəyinə də inanmır. O, göstərir ki, yerli feodallar və kapita
listlər hamıdan yaxşı başa düşürlər ki, «mövcud şəraitdə so
sializm zəif inkişaf etmiş ölkələr üçün uzaq bir utopiya
dır».70 Buna baxmayaraq sosializm mövcud qaydalar üçün
təhlükə yaradır. Ona görə hakim siniflər həm də sosializmə
qarşı çıxırlar; 5) Son dövrdə belə bir fikir geniş yayılmışdır
ki, zəif inkişaf etmiş ölkələrdə qabaqcıl, dinamik, təhsilli
«orta sinif» yaranmasa, ölkəni qaldırmaq olmaz. Ü.Oksayın
fikrincə, bu aşağıdakı səbəblərə görə mümkün deyil: a) orta
təbəqələrdən olan məmurları, kiçik mülkiyyətçiləri, sələmçi
ləri, ziyalıları və s. qrupları «orta sinif» adlandırmaq olmaz.
Çünki «sosiologiyaya görə sinif anlayışı iqtisadi mənfəət bir
liyinə əsaslanır»; b) bəziləri belə hesab edirlər ki, guya orta
sinif iri mülkiyyətçilər ilə ölkəni idarə edənlər arasında itti
faq yaradır. Ü.Oksayın fikrincə, bu anlayış da səhvdir.
Çünki orta təbəqələrin mənafeyi onsuz da hakim siniflərin
mənafeyi ilə uyğundur. Bəzi geri qalmış ölkələrdə orta təbə
qələrin nümayəndələri şikayətlənirlər ki, guya onlar ölkəni
inkişaf etdirmək istəyirlər, ancaq geri qalmış kütlə onları
başa düşmür; c) az inkişaf etmiş ölkələrin «orta siniflərinin»
maddi gəliri inkişaf etmiş Qərb ölkələrindəki orta təbəqələ
rin gəlirindən çox azdır. Bu sinif inqilabı hərəkatda iştirak
yox, öz gəlirini hansı yollarla artırmaq qayğısını daha çox
çəkir;71 d) orta təbəqələrin qüvvətlənməsi hakim siniflərin
qüvvətlənməsindən asılıdır. İctimai quruluşu dəyişmək, əda
70 Bax: «Kim», 1 aralık 1967, s.8.
71 Yenə orada, s.8.
35
lətli və milli iqtisadiyyat yaratmaq və bütün siniflərin məna
feyini müdafiə etmək yolu ilə ölkəni inkişaf etdirmək olar.
Lakin Ü.Oksay bu ədalətli quruluşun necə olacağım aydın
göstərmir; 6) Bəzi Qərb müəllifləri belə hesab edirlər ki,
guya hakim siniflər əhalinin heç bir təbəqəsinin mənafeyinə
qarşı çıxmadan geri qalmış ölkəni qaldıra bilər və modern
ləşdirər. Əlbəttə, bu mümkün deyil. Müxtəlif etnik qrupların
yanaşı yaşadığı ölkələr üçün isə belə bir fikir kökündən yan
lışdır; Zəif inkişaf etmiş ölkələrin geri qalmasının səbəbləri
haqqında yeddinci yanlış fikir, Ü.Oksaya görə marksistlərə
aiddir. O, göstərir ki, bəzi nəzəri cəhətdən yaxşı hazırlığı
olmayan marksistlər öz ölkələrinin xüsusiyyətlərini nəzərə
almadan belə bir fikir irəli sürürlər ki, guya bütün ölkələr
üçün eyni inkişaf modeli mövcuddur. Belə marksistlər ölkə
nin inqilabi qüvvələrini parçalayır və beləliklə, inkişafa ma
ne olurlar. Ü.Oksay, nümunə olaraq Çini göstərir. O, göstə
rir ki, marksizm ehkam deyil, bu nəzəriyyədən düzgün isti
fadə etmək lazımdır.72
Göstərmək lazımdır ki, Türkiyənin ictimai-iqtisadi in
kişafı üçün əsas yolun maarifçilik olduğunu göstərən alimlə
rin və ictimai xadimlərin də sayı az deyildi. Onlar ölkədə
elmin və maarifin inkişaf etməsi üçün müxtəlif yollar göstə
rirdilər. Lakin onları birləşdirən ümumi cəhət o idi ki, bu
müəlliflər ictimai tərəqqini insan şüurundan asılı edərək
idealist mövqe tuturdular. Yeni maarifçiləri XIX əsrin axırı
XX əsrin əvvəllərində fəaliyyət göstərən maarifçilərdən fərq
ləndirən əsas cəhət yeni maarifçilərin mövcud quruluşu da
ha çox müdafiə etmələri, onu dəyişmədən elm və maarifi in
kişaf etdirərək irəliləmək tərəfdarı olmaları idi. Lakin istis
nalar da var. Məsələn, Vedat Günyol yazırdı: «Türkiyə bu
gün yeni bir qurtuluş davasına girmək məcburiyyətindədir.
Bu davanın müvəffəqiyyətlə qurtarmaq şansı iqtisadi sahə
dən çox elm və maarif sahəsindəki qalxınma istəyimizin cid
diliyinə və kəskinliyinə bağlıdır. Çünki elmi bir təmələ, ra
sional bir düşüncəyə dayanmayan bir iqtisadi qalxınma
planlaşdırmaq çətindir».73
72 Yenə orada, s.9.
73 V.Günyol. Kalkınma yolu. Bax: «Yeni ufuklar», ekim 1965, s.38.
36
Vedat Günyol iqtisadi inkişafı tamamilə maariflən-
məkdən asılı edərək belə bir nəticəyə gəlir: «Sağlam bir
m aarif sistemi qurmadan iqtisadi inkişaf haqqında fikirləş
mək olmaz».74
Türk ideoloqlarının bir çoxu da Avropa mədəniyyətini
idealizə edirdilər. Onlar göstərirdilər ki, Qərb ölkələri icti
mai ədalət və şəxsiyyət azadlığı yaratmaq sayəsində mədə
niyyətin yüksək dərəcədə inkişafına nail ola bilmişlər.
Şəmsəttin Günaltay yazır: «Millətin yüksəlməsi və inkişafı
bu milləti təşkil edən fərdlərin azadlığı ilə bağlıdır»,75 7
6
*
Türkiyədə isə bu vaxta qədər hələ şəxsiyyət azadlığı və
ədalət qurulmamışdır. Türk alimi M.E.Erişirgilin dediyinə
görə «mədəniyyət anlayışında ədalət anlayışı da var». O,
deyir ki, çoxlu sənaye müəssisələrinə, dəmir yollarına,
xəstəxanalara və s. malik olmaq olar. Lakin ölkədə ədalət və
azadlıq yoxdursa, əgər insan şəxsiyyəti müqəddəs hesab
edilmirsə, deməli oraya hələ Qərb mədəniyyəti daxil
olmamışdır. Çünki Qərb mədəniyyəti dedikdə birinci
növbədə elm, istehsalın yüksək inkişafı və ictimai ədalət
nəzərŞəCMtııülB.^ M.E.Erişirgil və onlarla həmrəy olan baş
qa türk alimləri Qərb cəmiyyətini tərifləyir, ədalət və azad
lıqdan danışarkən birinci növbədə Qərb demokratiyasını
nəzərdə tuturlar.
M.K.Atatürk Qərb ölkələri ilə mədəni əlaqələr yarat
mağı tələb edirdi. O, deyirdi ki, xristianlar və müsəlmanlar
uzun illər bir-birini kafir, düşmən hesab etmişlər. Bu və
ziyyət Şərq ölkələrinə Qərbin qabaqcıl mədəni ölkələri ilə
əlaqə yarada bilməsinə imkan vermirdi.
Türk alimləri, ictimai və siyasi xadimləri arasında belə
bir fikir geniş yayılmışdı ki, avropalaşmağa can atmaq Os
manlı imperiyasını məhv olmağa gətirib çıxardı. Sözün əsl
mənasında avropalaşmaq Avropadan azad olmaqdır. A tat
ürkə görə avropalaşmaq insanı asılılıqdan azad edən tə
74 Yenə orada, s.38.
75 Ş.Günaltay. Hürriyet mücadeleleri. İstanbul, 1958, s.71.
76 M.E.Erişirgil. Türkçülük devri, milliyetçilik devri, insanlık devri. A n
kara, 1958, s.23.
37