məqalələr yazılırdı. Bir çox türk müəlliflərinin fikrinə görə,
Türkiyənin ictimai və iqtisadi inkişafı üçün İngiltərədə,
Fransada, Hollandiyada və İtaliyada olduğu kimi planlı tə
sərrüfat lazımdır. Onlar istehsal üzərində mərkəzləşmiş nə
zarət qoyulmasının həyati zərurətindən danışır və istehsala
ta dövlət müdaxiləsinin güclənməsini tələb edirdilər. Özcan
Kaya yazırdı: «Zəmanəmizdə iqtisadi cəhətdən geri qalmış
ölkələrdə... planlama zərurəti gün keçdikcə özünü daha ar
tıq hiss etdirməkdədir. Dövlətin iqtisadi və sosial həyata
müdaxiləsi bu günün modern dövlət anlayışının zəruri bir
nəticəsidir».43
İqtisadçı alim Şükrü Baban «İqtisad elminin ümumi
prinsipləri» adlı kitabında (1957) yazır ki, demokratik (yəni
kapitalist - Y.R.) ölkələrində təsərrüfatın planla idarə edil
məsi geniş miqyasda tətbiq edilir. Planlı idarə şəxsiyyət
azadlığını təmin edir və iqtisadi cəhətdən təsərrüfatı yaxşı
təşkil etmək üçün şərait yaradır.44
Kapitalist ölkələrində hazırlanan planlar əsasən kapi
tal qoyuluşu proqramıdır və daha çox dövlət sektoru üçün
əhəmiyyətlidir. Bu planlar xüsusi sektora da xeyli təsir gö
stərir. Lakin kapitalizmdə bütövlükdə iqtisadiyyatın mər
kəzləşmiş plana uyğun inkişafı mümkün deyil. Burada azad
rəqabət həlledici amildir.
Bir sıra türk alimlərinin fikrincə bəzi qabaqcıl kapita
list ölkələri hələ 1917-ci ilə qədər planlı təsərrüfat yolu ilə
inkişaf etmişlər. Lakin marksistlər bunu inkar edirlər.
Mumtaz Soysal yazır ki, Sovet İttifaqı Qərbin təsirindən
faydalanaraq öz növbəsində Qərbə əks təsir göstərir. Bu tə
sir birinci növbədə özünü xalq təsərrüfatını planlamada gö
stərir. Onun fikrincə nə Marks, nə də onun davamçıları
1917-ci ilə qədər planlaşdırma nəzəriyyəsi ilə məşğul olma
mışlar; o vaxt onlar yalnız bunu deyirdilər ki, sosializm «in-
tizamlı iqtisadiyyat» yaradır».45
43 Ö.Kaya. İktisaden geri kalmış memleketlerde planlama, s.50.
44 Ş.Baban. İktisad ilminin ümumi prensipleri. 1957, s.23.
45 M.Soysal. Demokratik iktisadi planlama için siyasi mekanizm. Anka
ra, 1958, s.27.
26
Türk yazarlarının çoxu belə bir fikirdədirlər ki, ölkə
nin iqtisadi yüksəlişi adambaşına düşən hesabla milli gəlirin
artmasıdır. Zeyyat Hatiboğlu yazır: «Əhalinin hər bir nəfə
rinə düşən gəlirin artmasım başqa sözlə iqtisadi inkişaf ad
landırmaq olar».46
Sənayeyə kapital qoyuluşunun artırılması elə bir pro
blemdir ki, ölkənin iqtisadi inkişafının sürəti həmin proble
min həllindən çox asılıdır.
Türk iqtisadçısı Necdet Serin yazır ki, milli gəlirin
artması əmək məhsuldarlığının artması və kapitalın inkişafı
ilə əlaqədardır. Onun fikrincə iqtisadi cəhətdən zəif inkişaf
etmiş ölkələrdə ən böyük çətinlik kapitalın azlığındadır. İs
tehsalın inkişafı üçün qənaət etmək zəruridir, istehsal olu
nan məhsulun müəyyən hissəsinə qənaət edilməsi istehsalın
sonrakı inkişafı üçün sərf edilməlidir. Bunun üçün istehsalın
yüksək gəlirli olması lazımdır. Geri qalmış ölkələrdə iqtisa
diyyat çox çətinliklə ölkənin daxili tələbatını ödəyə bilir,
odur ki, gəlirin müəyyən hissəsinə qənaət edilməsi üçün sa
dəcə olaraq imkan yoxdur. Sonra Necdet Serin göstərir ki,
zəif inkişaf etmiş ölkələr öz daxili qüvvələri ilə iqtisadiyyatı
inkişaf etdirə bilməzlər.47 O, belə bir fikir irəli sürür ki,
Türkiyə xarici kapitalın köməyinə möhtacdır. N.Serin yazır
ki, Türkiyənin təhlükəli coğrafi mövqe tutması, yəni Sovet
İttifaqı ilə həmsərhəd olması, xarici kapitalistləri qorxut
mamalıdır. Çünki texnikanın müasir səviyyəsi ərazi cəhətdən
ölkələr arasındakı məsafəni getdikcə azaldır. Odur ki, bütün
ölkələr üçün eyni dərəcədə kommunist təhlükəsi mövcud
dur.48
Göründüyü kimi, dünya sosialist sistemi ilə kapitalizm
arasında olan ziddiyyət öz əksini eyni zamanda türk sosial-
siyasi fikrində də tapır. Öz ölkəsinin iqtisadi müstəqilliyini
təmin etmək, «Sovet İttifaqı və başqa sosialist ölkələri tərə
findən gələn təhlükəyə qarşı» dayanmaq üçün milli burjua-
46 Z.Hatiboğlu. İktisad ilminin esasları ve iktisadi kalkmma. İstanbul,
1960, s.29.
47 Bax: Ankara Üniversitesi Siyasal Bilgiler fakültesi dergisi. C.XII, № 3,
evlül 1958, s.47-48.
4®
Yenə orada, s.70-71.
27
ziya və onun ideoloqları xarici kapitalın köməyinə müraciət
edirlər. Lakin elə alimlər də var ki, bu problemin daha dərin
mahiyyət daşıdığını göstərirlər. Məsələn, Hasim Nahid Erbil
göstərir ki, başqa ölkələrdən maşın almaqla öz ölkəmizdə
sənaye çevrilişi etmək mümkün deyil. Əsil mənada sənaye
ölkəsi olmaq üçün özümüz maşın istehsal etməliyik.49
XX əsrin 50-70-ci illərində türk alimləri ölkənin icti
mai-iqtisadi inkişafı haqqında böyük miqdarda əsərlər yaz
mışlar. Onların bir neçəsi haqqında bəhs etməyi məqsədə
uyğun sayırıq.
Professor Səbri Ülgener «Milli gəlir, istihdam və iqti
sadi böyümə» adlı kitabında yazır: «İqtisadi böyümənin
özünə görə bir dinamizmi var. Bu dinamizm yalnız eninə və
genişliyinə deyil, dərinliyinə doğru da işlər».50
Sosiologiya doktoru Amiran Kurtkanın «Türkiyədə
kiçik sənayenin iqtisadi əhəmiyyəti» adlı kitabına professor
Fəhri Fmdmoğlunun yazdığı girişdə göstərilir: «Qərbdə və
onun davamçısı olan Amerikada sənayeləşmə üsulu üzvi bir
yol təqib etmişdir. Fəqət Türkiyədə, bütün digər ictimai
müəssisələrdə olduğu kimi bu üzvilikdən, orijinallıqdan əsər
yoxdur».51 O, göstərirdi ki, Avropanı olduğu kimi təqlid
etmə yolu ilə yüksəlmək olmaz, Türkiyə özünəməxsus bir
sənayeləşmə yolu tutmalıdır. «Belə bir üzviyyətçi sənaye
ləşmə politikası ki, Türkiyəni yad olmayan, nisbətən köklü,
sosial çevrə şərtlərinə uyğun və inkişaf imkanları ilə dolu bir
sənayeləşməyə doğru apara bilər».52
İqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələrdə, o cümlə
dən Türkiyədə sənayeləşmənin hansı yolu ilə getməsi barədə
bu dövrdə əsasən bir-birinə zidd iki nöqteyi-nəzər vardı.
Birincisi. Bir qrup nəzəriyyəçilər belə hesab edirdilər
ki, zəif inkişaf etmiş ölkələr iri sənaye ölkələrinə tez çatmaq
üçün sürətli sıçrayışla sənayeləşmə yoluna keçərlərsə bu çox
49 H.N.Erbil. Bu pahalılık nasıl azaltıla bilir. İstanbul, 1953, s. 150.
50 S.Ülgener. Milli gelir, istihdam ve iktisadi büyüme. İstanbul, 1962,
s.454.
Bax: A .K urtkan. Türkiyede küçük sanayiin iktisadi ehemiyeti.Ön söz,
İstanbul, 1962, s.3.
52 Yenə orada.
28
çətin, həm də təhlükəli ola bilər. Odur ki, əvvəlcə kiçik sə
naye müəssisələri yaratmaq, sonra bu sənaye sahələrinin bir
qismini daha gəlirli etməklə genişləndirməli, məhsul istehsa
lını artırmalı, bir qismini isə daha da inkişaf etdirib iri sə
naye üçün zəmin hazırlamaq lazımdır.
İkinci nöqteyi-nəzərə görə, yuxarıda göstərilən inkişaf
yolu yalnız XIX əsrin şərtlərinə uyğun gəlir. Zəif inkişaf et
miş ölkələr Qərbi Avropa kapitalist ölkələrinin keçdiyi yol
ilə gedə bilməzlər, çünki bunun üçün şərait yoxdur. Yeganə
çıxış yolu sıçrayış yolu ilə sənayeləşməkdir.
Türk alimi Oktay Alagil bütün ictimai və iqtisadi hadi
sələri struktur analiz metodu ilə müəyyənləşdirməyə çalışır.
O, yazır: «İqtisadi hadisələr müxtəlif sosial hadisələrin bir
parçasıdır. İctimai hadisələri cəmiyyətin iqtisadi, siyasi, so
sial... təşkilatı, bu təşkilatı da strukturlar xarakterizə edir.
Strukturlar təşkilatın səbəbini və ictimai hadisələrin mövcud
olma şərtlərini təyin etməklə iqtisadi hadisələr və bunlarla
bütün ictimai hadisələr arasında qarşılıqlı təsir və asılılıq
münasibəti yaradır. İqtisadi olsun, hüquqi və ya siyasi ol
sun, hər-hansı bir ictimai hadisənin izahı demək, onunla
strukturlar arasındakı münasibətləri aydınlaşdırmaq de
məkdir. Belə olunca, iqtisadi inkişafın kriterisi strukturların
inkişaf səviyyəsi olaraq qəbul edilməlidir».53
İctimai hadisələrin inkişafını bilavasitə insan amili ilə
bağlayan Oktay Alagil yazır: «...İnsan iqtisadi hadisələrin
mərkəzində imtiyazlı bir yer tutur. Bu keyfiyyət, nəticə eti
barilə insanın iqtisadi hadisələrin gedişində səbəb ilə nəticə
arasında əlaqə yaradan bir ünsur olmasından irəli gəlir. İq
tisadi və sosial hadisələrin tarixi seyrində determinizmin
söhbət mövzusu olmaması bu səbəbdəndir. Çünki səbəb ro
lunu oynayan hadisə əvvəlcə insana təsir edir, nəticəni yara
dan aksiya insanın əsəridir. Beləliklə, hadisələrin yaranma
sında insanın psixoloji, ideoloji, əxlaqi fəaliyyəti səbəb rolu
oynayır».54
53 O.Alagil. Türkiye iktisadi sahada niçin kalkınamıyor. Ankara, 1964,
s.6.
54 Yenə orada, s. 19.
29