Gökalp yazırdı ki, sosiologiyaya əsaslanaraq belə de
mək olar: «Millətini tanı, ümmətini tanı, mədəniyyətini (si
vilizasiyanı) tanı».11 Ona görə də «ictimai inamımızın birinci
düsturu bu cümlə olmalıdır: «Türk millətindənəm, islam
ümmətindənəm, Qərb mədəniyyətindənəm».12
Gökalp inanırdı ki, ümumi vətən əxlaqı olmasa milli
həmrəylik də ola bilməz. O, göstərirdi ki, vətən yalnız
üstündə yaşadığımız torpaq deyil, «...vətən əxlaqı milli
ülkülərdən (ideallardan), milli vəzifələrdən meydana gələn
bir əxlaq deməkdir».13
Gökalpın fikrincə milli həmrəyliyin «vətəni əxlaq»dan
sonra ikinci təməli «mədəni (sivil) əxlaq»dır. «Mədəni (sivil)
əxlaq ilkin yurddaşlarımızı, sonra dindaşlarımızı, ən sonra
da bütün insanları sevməkdən və hörmətə layiq bilməkdən
ibarətdir».14
Gökalpa görə türkçülüyü gerçəkləşdirmək üçün aşağı
dakıları reallaşdırmaq lazımdır: dildə türkçülük, estetikada
türkçülük, fəlsəfədə türkçülük, hüquqda türkçülük, siyasətdə
türkçülük.
Hüquqda türkçülük deyəndə Gökalp çağdaş bir hüquq
yaratmağı nəzərdə tuturdu. «Hüquqda türkçülüyün birinci
məqsədi çağdaş bir dövlət meydana gətirmək olduğu kimi,
ikinci məqsədi də məslək himayəçiliyini (məslək sahiblərinin
fəaliyyətini) ictimaiyyətin müdaxiləsindən qurtarmaq, mütə
xəssislərin səlahiyyətinə söykənən məslək muxtariyyətini tə
sis etməkdir» və «bu sahədə qanunlar qəbul etməkdir».15
Gökalp deyirdi ki, türkçülük heç vaxt sinfi-siyasi ma
hiyyət daşıya bilməz. O, yazırdı: «Türkçülük siyasi bir par
tiya deyildir, elmi, fəlsəfi, estetik bir məktəbdir, başqa bir
deyimlə, kültürlə bağlı bir çalışma və yeniləşmə yoludur. Bu
səbəbdəndir ki, türkçülük indiyə qədər bir partiya şəklində
siyasi mübarizə meydanına atılmadı, bundan sonra da
şübhəsiz atılmayacaqdır.
11 Yenə orada, s.53.
12 Yenə orada, s.63.
13 Yenə orada, s.75.
14 Yenə orada, s.77.
15 Yenə orada, s. 127.
10
Bununla birlikdə, türkçülük büsbütün siyasi ülkülərə
biganə də qalmır».16
Gökalp sübut edirdi ki, türkçülük nəinki siyasətdən,
həm
də dini
teokratiyadan
uzaq
bir
məfkurədir.
«...Türkçülük heç bir vaxt klerikalizm, teokratiya və zülm
rejimi ilə sazişə girə bilməz. Türkçülük çağdaş bir axımdır və
ancaq çağdaş mahiyyət daşıyan axımlar və ülkülər ilə sazişə
girə bilər».17
Gökalp inanırdı ki, türkçülük ilə xalqçılıq bir yerdə
fəaliyyət göstərməlidir. «Hər türkçü siyasət sahəsində xalqçı,
hər xalqçı isə kültür sahəsində türkçü olmalıdır». «Biz də
buna bənzətmə ilə bu düsturu ortaya ata bilərik: «Siyasətdə
məsləkimiz
xalqçılıq
və
kültürdə
məsləkimiz
türkçülükdür».18
Gökalpın fikirləri Türkiyədə sosial-siyasi və fəlsəfi fik
rin inkişafına böyük təsir göstərmişdir. Hətta Kamal
Atatürk onu özünün mənəvi atası hesab edirdi.
Əhməd bəy Ağaoğlu isə Gökalp haqqında yazmışdır:
«Ən çətin və ən qaranlıq zamanlarda o, daim ətrafına inam
və ümid saçmışdır. Balkan müharibəsinin zillətləri, dünya
müharibəsinin fəlakətləri əsnasında, mən onu gələcəyə dərin
ümidlərlə bağlı gördüm. Türkün ölməyəcəyinə onun qədər
inanmış adama hələ ki, təsadüf etmədim».19
3. Kamal Atatürkün siyasi görüşləri
1919-1922-ci illərdə Osmanlı imperiyasının dağılma
sından sonra türk xalqının imperializmə qarşı apardığı istiq
lal müharibəsi öz lideri Kamal paşanın adı ilə kamalist inqi
lab adlanır. Mustafa Kamal paşa (1881-1938) Türkiyə Res
publikasının yaradıcısı, birinci prezidenti olmuşdur. Sonra-
lar Böyük Millət Məclisinin (parlamentin) qərarı ilə ona
Atatürk soyadı verilmişdir.
16 Yenə orada, s. 132.
17 Yenə orada, s. 132.
18 Yenə orada, s. 133.
19 Yenə orada, s.5.
11
Atatürkün siyasi görüşləri 1908-1909-cu illərdə Gənc
Türklər inqilabının qələbəsi və imperiyada konstitusiya re
jiminin yaradılmasından sonra formalaşmağa başladı. 1911-
1912-ci illərdəki Balkan, sonra isə Birinci Dünya müharibəsi
illərində o, belə nəticəyə gəldi ki, nə osmançılıq, nə panis-
lamizm, nə pantürkizm Türkiyəni xilas edə bilməz. Türkiy
əyə imperiya deyil, müstəqil, azad milli dövlət lazımdır. İm
periyanın artıq məhvə doğru getdiyini başa düşən Kamal
paşa, cəbhədə fədakarlıqla vuruşub general rütbəsi alsa da,
1919-cu ilin 8 iyulunda istefa ərizəsi yazdı və Türkiyənin
içərilərində - Anadoluda qalaraq milli azadlıq müharibəsi
nin lideri oldu. Elə həmin dövrdə o, ölkənin bütövlüyü,
müstəqilliyi ideyasım irəli sürdü və milli türk dövlətinin ya
radılmasım zəruri hesab etdi.
1920-ci il martın 16-da ingilislər imperiyanın paytaxtı
İstanbulu tutub Osmanlı parlamentini qovdular. Bundan
sonra Mustafa Kamal çox cəsarətli addım ataraq, Ankarada
Böyük Millət Məclisi yaradır və ölkənin rəhbərliyinin məhz
Məclisə verildiyini elan edir. Atatürkün bilavasitə rəhbərliyi
ilə 1923-cü il oktyabrın 29-da Məclis Türkiyəni Respublika
elan edir, 1924-cü il martın 3-də isə xilafət ləğv edilir.
Bəzən Atatürkün əleyhdarları sübut etməyə çalışırdılar
ki, guya o, liderliyinin ilk illərində diktatorluğa daha çox
meyl göstərib. Bu, əlbəttə, belə deyil. O, ölkədə müharibə
getsə də, vəziyyət çox ağır olsa da, Millət Məclisində müxa
lifətin müəyyən qədər sərbəst fəaliyyət göstərməsinə şərait
yaratmış, özü isə kəskin tənqidlərə məruz qalmışdı.
Atatürkü tənqid edənlərin heç biri təqib edilmir, müxalifətə
qarşı repressiya tətbiq edilmirdi.
Bununla yanaşı qeyd etmək lazımdır ki, ölkədə
respublika quruluşu tam formalaşandan sonra Türkiyədə
Atatürkün rəhbərliyi altında yaradılan Xalq Cümhuriyyət
Partiyası yeganə hakim partiya idi. Bir necə dəfə hökumətin
nəzarətində olan oyuncaq siyasi partiyalar (hətta Kommu
nist Partiyası da) yaratmaq təşəbbüsü olmuş, ancaq müvəf
fəqiyyət qazanmamışdır.
Kamal paşanın milli suverenlik prinsipi türk milli
ideyasının yeni şərhini nəzərdə tuturdu. Onun millətçiliyi
osmançılıq və pantürkizmdən köklü surətdə fərqlənirdi.
12
Atatürkün türkçülüyü Türkiyə Respublikasının sərhədləri ilə
məhdudlaşır, başqa xalqlara qarşı çevrilmir və türk vətən
daşlarının tamamilə azad, müasir xalq olmasını nəzərdə tu
turdu. Sonralar bu prinsipi həyata keçirməyə çalışan
Atatürk, öz rəhbərliyi ilə yaradılan Xalq Cümhuriyyət Par
tiyasının rəhbər prinsipləri olan «altı ox»un hamısını Türk
xalqının milli suverenliyini tamamilə təmin etmək məqsədini
gerçəkləşdirmək işinə yönəltmişdir. Həmin «altı ox» aşağı
dakılar idi: millətçilik, respublikaçılıq, inqilabçılıq, xalqçı
lıq, etatizm (bütün sahələrdə dövlətin rəhbərliyi), laiklik
(dünyəvi dövlət, yəni dinin dövlətdən ayrılması). Atatürk
ömrünün axırına qədər həmin prinsiplərə sadiq qalmışdır.
Atatürk müasir türk dövləti qurarkən heç vaxt İslam
dininin əleyhinə olmamışdır. O, çalışırdı ki, din siyasi məq
sədlər üçün istifadə edilməsin. Atatürk deyirdi ki, İslam ağı
la dayanan axırıncı dindir; ən təbii din olmaq üçün İslam
elmə və məntiqə əsaslanmalıdır, bizim dinimiz tamamilə bu
tələblərə cavab verir və s.20 O, din məsələsini yalnız hüquqi
baxımdan şərh edir və dini dünyagörüşə, İslamın mahiyyəti
nə toxunmurdu.
Beynəlxalq münasibətlər sahəsində Atatürk çalışırdı
ki, Türkiyə bütün dövlətlərlə dostluq və əməkdaşlıq etsin. O,
«ölkədə sülh, dünyada sülh» prinsipinə əsaslanırdı.
XX əsrin 20-30-cu illərində Atatürkün rəhbərliyi ilə
həyata keçirilən islahatlar o dövr üçün çox əhəmiyyətli və
cəsarətli addım idi. Bu yolda uğurlar da, uğursuzluqlar da
olmuşdur, lakin bütövlükdə bu islahatlar mütərəqqi xarak
ter daşımışdır.
Sultanlığın aradan götürülməsi, respublika elan edil
məsi, xilafətin ləğvi və dinin dövlətdən ayrılması, dərviş təş
kilatlarının və təkkələrin qadağan edilməsi, dini məktəblərə
dövlət yardımının dayandırılması, vicdan azadlığının elan
edilməsi, yeni məhkəmə kodekslərinin (məcəllələrinin) tət
biq edilməsi, yeni təhsil sisteminin yaradılması, ərəb əlifba
sından imtina edilib latın əlifbasına keçilməsi, türk dilinin
saflığı üçün keçirilən tədbirlər, Avropa geyiminin qəbulu,
qadınların kişilərlə hüquq bərabərliyi, mədəniyyətin bütün
20 A tatürkten düşünceler. Ankara, 1956, s.65.
13