Bundan başqa müasir müəssisələr, yüksək dərəcədə ixtisas
laşırlar, kütləvi mal istehsal edirlər. Onlar geniş bazara ma
lik olmalı və müntəzəm olaraq xammalla təchiz edilməlidir
lər. Bir sahənin inkişafı eyni vaxtda bir çox qarışıq sahələrin
inkişafından asılıdır. Ona görə də xalq təsərrüfatının müxtə
lif sahələri əlaqələndirilməli və bu sahələrin inkişafı arasın
da müəyyən mütənasiblik yaradılmalıdır. Bu vəzifəni də
yalnız dövlət həyata keçirə bilər. Nəhayət, iqtisadi geriliyin
aradan götürülməsi prosesi xarici inhisarlar ilə kəskin
mübarizə şəraitində baş verir. Odur ki, təbii olaraq, yeni ya
radılan müəssisələr ilk vaxtlar xüsusi müdafiə olunmalıdır
lar. Belə bir şəraitdə müvəffəqiyyətlə yeni müəssisələr ya
ratmaq və onları inkişaf etdirmək vəzifəsinin öhdəsindən
şübhəsiz ki, yalnız dövlət gələ bilər.
Qərbin bir çox nəzəriyyəçiləri zəif inkişaf etmiş ölkə
lərdə dövlət kapitalizminin qüvvətlənməsi zərurəti haqqında
yazırlar. Lakin onlar qətiyyətlə tələb edirlər ki, dövlətin fəa
liyyət dairəsi məhdudlaşdırılsın və xüsusi təşəbbüs üçün ge
niş imkanlar yaradılsın. Bu sahədə onlar az inkişaf etmiş
ölkələrin daxilində iri milli burjuaziyanın bəzi təbəqələri
arasında özlərinə müttəfiq tapa bilirlər.
İnkişaf etmiş Qərb dövlətləri zəif inkişaf etmiş ölkələr
də öz mövqelərini saxlamaq və möhkəmləndirmək üçün
bütün vasitələrdən istifadə edirlər. Onlar həmin ölkələrdə
gələcəkdə də öz mövqelərini itirməmək üçün orada sənaye
ləşmənin qarşısını almağa çalışırlar. Bunun üçün əlverişli
şəraiti məhz xüsusi kapitalın hökmranlığı yaradır. Xüsusi
xarici inhisarların zəif inkişaf etmiş ölkələrə öz hazır məh
sullarım ixrac etməsi və xammal mənbələri ələ keçirməsi
üçün geniş imkanlar yaranır. Böyük inhisarlar belə ölkələrə
özləri üçün əlverişli şərtlərlə kapital ixrac edirlər.
Xüsusi təşəbbüsün inkişaf etdirilməsini istəyən xarici
kapitalistlər, əlbəttə, ilk növbədə geri qalmış ölkələrin iqti
sadiyyatına müdaxilə etməklə öz mənafeləri
barədə
düşünürlər. Odur ki, onlar geri qalmış ölkələrdə yeni istehsal
sahələrinin yaradılmasını və bu işdə yerli kapitalın geniş iş
tirak etməsi meylini millətçilik adlandırırlar. Guya belə mil
lətçilik azad rəqabətə mane olur. Onların fikrincə azad rə
18
qabət olmayan yerdə isə məhsuldar qüvvələrin rasional inki
şafı mümkün deyil.
Əlbəttə, nəhəng Amerika və Qərbi Avropa inhisarları
ilə «azad» rəqabət şəraitində geri qalmış ölkələrdə milli sə
nayenin inkişafından danışmaq əslində bu ölkələrdə xalq
təsərrüfatının inkişafı əleyhinə çıxmaqdır.
Amerika alimi U.Rostou «İqtisadi inkişafın mərhələlə
ri» kitabında yazır: «Biz göstərməliyik və nümayiş etdirmə
liyik ki, zəif inkişaf etmiş ölkələr demokratik dünya orbitin
də qalaraq, kommunizmin hədələrinə və şirnikdirilmələrinə
müqavimət göstərərək... əvvəlcədən müəyyən edilmiş şərtlər
daxilində açıq irəliləyişə doğru hərəkət edə bilərlər. Qərbin
ən vacib vəzifələri siyahısında bu, mən belə hesab edirəm ki,
bütün punktların ən əhəmiyyətlisidir».24
Türkiyənin iqtisadi inkişafında kapitalist istehsal üsu
lunun bir forması kimi dövlət kapitalizmi siyasətinin böyük
əhəmiyyəti olmuşdur. Etatizm adlanan bu siyasət xalq təsər
rüfatını inkişaf etdirmək və onu xarici rəqabətdən qorumaq
üçün ölkədə dövlətin rəhbərliyi ilə sənaye müəssisələrinin
tikilməsini tələb edirdi. İri milli kapitalın nümayəndələri xa
rici inhisarçılarla birgə hərəkət edərək xüsusi təşəbbüs üçün
geniş fəaliyyət sahəsi yaradılmasını və dövlət sənaye müəssi
sələrinin xüsusi əllərə verilməsini tələb edirdilər.
Türk alimi Ahmet Hamdi Başar «Demokratiya böh
ranları»25 kitabında dövlətin iqtisadiyyata müdaxilə etməsi
əleyhinə çıxır, bütün dövlət müəssisələrini kapitalistlərə
verməyi tələb edirdi. A.H.Başar təklif edirdi ki, «iqtisadi
dövlət» adı altında sənayeçilərin xüsusi ittifaqı yaradılsın.
Bu ittifaq onun fikrincə, ölkənin təsərrüfat həyatına təkba
şına rəhbərlik etməli və xüsusi təşəbbüsün inkişafına şərait
yaratmalıdır. O, belə hesab edir ki, dövlət yalnız siyasi pro
blemlərlə məşğul olmalıdır. A.H.Başar liberal iqtisadiyyat
tərəfdarı kimi çıxış edirdi.
Dövlət sektorunun ləğv edilməsi əleyhinə çıxış edənlər
də az deyildi. Milli kapitalı möhkəmləndirmək və xarici ka
pitalın ölkəyə daxil olmasının qarşısını almaq istəyən milli
24 Bax: Журн. «Проблемы мира и социализма», №1, 1968, с.50.
25 А .Н .Başar. Demokrasi buhranları. İstanbul, 1956.
19
burjuaziyanın bəzi nümayəndələri də bu mövqedən çıxış
edirdilər.
Türk alimi İsmail Hakkı Baltacıoğlu və başqaları məş
hur türk pantürkist sosioloqu Ziya Gökalpı Türkiyədə döv
lət kapitalizmi - etatizm ideyasının banisi hesab edirlər.26
Z.Gökalp «İqtisadi möcüzə» məqaləsində yazırdı ki, xüsusi
təşəbbüs Türkiyədə çox zəifdir, ona görə də istehsalın qa
baqcıl sahələrinə dövlət rəhbərlik etməlidir.27
Türk alimi Özcan Kaya yazırdı ki, Türkiyə zəif inkişaf
etmiş keçmiş müstəmləkə ölkələrindən o qədər də irəli deyil,
«olsa-olsa dərəcə fərqi görünməkdədir».28
Özcan Kaya yazırdı: «Bu gün iqtisadi cəhətdən irəli
getmiş ölkələrin inkişafını tədqiq edərkən görürük ki, iqtisa
di inkişafın başlanğıcında bu ölkələrdə çox qüvvətli rejimlər
qurulmuşdur. Feodalizmin yıxılması ilə qurulan modern
dövlətlər iqtisadi inkişafın siyasi şərtlərini hazırlamışlar.
Siyasi quruluşun dəyişməsini təmin edən hadisələr eyni za
manda cəmiyyətin ictimai quruluşunda da öz təsirini gö
stərmiş, xalqın düşüncə tərzində, əxlaq qaydalarında və hə
rəkət tərzində əhəmiyyətli dəyişikliklər yaratmışdır. Ancaq
belə böyük ölçüdə olan siyasi və ictimai dəyişikliklərdən so
nra sənayenin inkişafının şahidi oluruq. Böyük əksəriyyəti
müstəmləkə zülmündən yeni azad olmuş bu günün geri qal
mış məmləkətləri sağlam bir dövlət mexanizmindən məhrum
olan kimi cəmiyyətdə hakim olan ictimai sərvətlər və qəbul
olunmuş istehsal metodları da müasir texnikanın tətbiqinə
böyük ölçüdə əngəl törədirlər».29
Göründüyü kimi Özcan Kaya iqtisadi inkişafda dövlə
tin rolunu həlledici sayırdı.
Türkiyənin iqtisadiyyatında kənd təsərrüfatı əsas yer
tutur. Ölkənin milli gəlirinin yarıdan çoxunu kənd təsərrüfa
tı verir. Odur ki, əkinçiliyin inkişaf etdirilməsi həmişə siyasi
xadimlərin və alimlərin diqqət mərkəzində olmuşdur.
26 Bax: «Ziya Gökalp». A nkara, 1959, s. 18.
11 Yenə orada, s.68-70.
28 Ö.Kaya. Iktisaden geri kalmış memleketlerde planlama. Bax: Ankara
Üniversitesi Siyasal Bilgiler fakültesi dergisi, № 1, m art 1961, s.55.
9 Yenə orada, s.51.
20
Türkiyədə torpaq islahatı problemi hələ son vaxtlara
qədər həll edilməmiş qalırdı. Bu məsələ ətrafında daima türk
alimləri və ictimai xadimləri arasında qızğın mübahisə get
mişdir. Bəziləri deyirdilər ki, torpağı kiçik sahələrə bölüb
kəndlilər arasında paylamaq lazımdır. Digər ideoloqlar isə
torpaq islahatının keçirilməsini hər şeydən əvvəl iri təsərrü
fatların yaradılması kimi başa düşürdülər. Onların fikrincə,
kəndlilər iri təsərrüfatda birgə işləməklə kənd təsərrüfatı
məhsullarının istehsalını artıra bilərlər. Filosof H.Z.Ülkən
yazır ki, yeni aqrar rejim kənd təsərrüfatı istehsalının tənəz
zülə uğraması ilə yaranır. Qəflətən kiçik təsərrüfatdan iri
təsərrüfata keçmək böyük sarsıntılara səbəb olur. Tələsik
keçirilən böyük torpaq islahatları göstərir ki, iqtisadi fəla
kətlərə uğramadan böyük torpaq mülkiyyətini xırda hissələ
rə bölmək olmur. Bəzi iri torpaq mülkiyyətləri «hormonik
bütöv» təşkil edirlər. Onlar sənaye ilə sıx əlaqə saxlayır və
istehsalı yaxşı təşkil edirlər. Odur ki, bu iri torpaq
mülkiyyəti yalnız kooperativlərlə əvəz edilə bilərlər.30
Sosioloq İsmail Beşikçi göstərir ki, «ağalıq sosial bir
müəssisədir».31 Onu bir dövlət dekreti ilə aradan götürmək
olmaz. Bunun üçün mülkiyyət və əmək bölgüsü sahəsində
köklü islahatlar keçirmək lazımdır. Əks halda bir mülkədar
ları başqa mülkədarlar əvəz edirlər.32
Hasan Reşit Tankut «Kənd və qalxınma» kitabında
yazır ki, kiçik kəndlər birləşib iri təsərrüfat yaratmalıdırlar.
Kiçik kəndlərin mədəni səviyyəsi çox aşağı olur, orada na
tural təsərrüfat mövcuddur, hər kəs yalnız özü üçün istehsal
edir. Bu kəndlər ölkənin milli gəlirinin artmasında heç bir
rol oynamırlar.33 H.R.Tankut belə hesab edir ki, kənd əhali
si ölkənin bütün əhalisinin ən azı yarısını təşkil etməlidir.
Kəndlilərin öz yerlərini tərk edib getməməsi üçün onların
torpaq mülkiyyəti olmalıdır. Bu hər bir kəndlinin arzusu
dur. «İnsan ölür, ancaq mülkiyyət yaşayır». Torpaq
mülkiyyəti kəndin yaşaması üçün əsas şərtdir.
30 H.Z.Ülken. Siyasi partiler ve sosyalizm. İstanbul, 1963, s. 125.
311.Beşikçi. Doğu şorunu ağalık. Bax: «Forum», 15 şubat 1968, s. 12.
n Yenə orada, s. 13.
33 H .R.Tankut. Köy ve kalkınma. Ankara, 1960, s.l 1-13.
21