Beləliklə, H.R.Tankutun fikrincə, əgər bütün kəndlilə
rin torpaq mülkiyyəti olsa onlar öz kəndlərini tərk etməzlər.
Bu iki tərəfdən xeyirlidir. Əvvəla, milli gəlir artar, ikincisi,
insanlar gələcəyə ümid bəsləyə bilərlər.34
XX əsrin 50-70-ci illərində Türkiyədə sosializm haq
qında çox yazırdılar, hətta sosialistlər öz cəmiyyətlərini ya
ratmışdılar. Ancaq bu cəmiyyətin üzvləri sağ sosialist və is
lahatçılıq mövqeyində dururdular. Onların sosializminin
«elmi sosializm» adlanan marksist təlim ilə çox az uyğun
luğu vardı. Lakin onların imperializmə, xarici kapitala q ar
şı, ölkənin müstəqil ictimai-iqtisadi inkişafı uğrunda açıq
mübarizəsi öz-özlüyündə mütərəqqi hadisə idi.
Göstərilən dövrdə Türkiyədə dövri mətbuatda (məsə
lən, «Yön», «Aydınlıq», «Türk solu» və s. qəzet və jurnal
larda) sosializmə aid çoxlu yazılar dərc edilirdi. 60-cı illərdə
sosializm haqqında kitablar yazılır, bəzi Qərb sosialistləri
nin və marksizm-leninizm klassiklərinin bir çox əsərləri türk
dilinə tərcümə edilərək böyük tirajlarla nəşr olunurdu.
Ümumiyyətlə Türkiyədə sosializmə qarşı böyük maraq ya
ranmışdı.
Bəzi türk filosoflarının fikrinə görə, bütün qabaqcıl
kapitalist ölkələri sosializm tərəfdarı idilər. Onlar deyirdilər
ki, sosializm və kommunizm iki müxtəlif sistemdir. Sosia
lizmdə dövlət mülkiyyəti ilə yanaşı xüsusi sahibkarlıq da
mövcuddur. Belə müəlliflər iddia edirlər ki, dövlət iqtisa
diyyatda rəhbər mövqe tutmaqla xüsusi təşəbbüsün inkişafı
üçün yaxşı şərait yaradır. Ağır sənaye, kredit təşkilatları,
xarici ticarət bütünlüklə dövlətin əlində olmalıdır. Beləliklə,
bəzi nəzəriyyəçilər Türkiyədə dövlət kapitalizminin qüvvət
lənməsini tədricən sosializmə keçid kimi qiymətləndirir və
etatizmi sosializmin xüsusi forması hesab edirdilər.
H.Z.Ülkən yazırdı ki, etatizmin ən parlaq forması «dövlət
sosializmidir». Bu sosializm başqa sosializmlərdən özünün
iki xüsusiyyətinə görə fərqlənir: 1) ictimai gəliri cəmiyyət
üzvləri arasında bərabər bölmək istəyən başqa sosializmlər
dən fərqli olaraq «dövlət sosializmi» gəliri insanlar arasında
«onların ləyaqətinə görə» bölmək tərəfdarıdır. Lakin bu
34 Yenə orada, s.23-29.
22
prinsip Ülkənin fikrincə təcrübədə özünü doğrultmur; 2)
«dövlət sosializmi» mövcud siyasi quruluşu məhv etmir. İri
müəssisələr, banklar milliləşdirilir. Bütün torpaq və kiçik
müəssisələr xüsusi əllərdə qalır.35
Dövlət kapitalizmi sosializm üçün maddi hazırlıq ro
lunu oynaya bilir. Dövlət kapitalizmi olan yerdə milliləşdi-
rilmə yolu ilə istehsalın müəyyən ölçüdə ictimailəşdirilməsi
başlanır. Lakin bu yol ilə yeni sosialist istehsal münasibətlə
ri yaradılmır. Həm xüsusi kapitalist bölməsində, həm də iq
tisadiyyatın dövlət bölməsində istehsalın əsas məqsədi, hə
rəkətverici qüvvəsi yüksək gəlir götürməkdir.
Bəzi türk müəllifləri nümunə olaraq İngiltərəni
götürürdülər. Məlumdur ki, burada sənayenin təxminən 20
faizi dövlət mülkiyyətindədir. Lakin türk nəzəriyyəçiləri nə
zərə almalıdırlar ki, milliləşdirilmiş müəssisələrin sahibləri
aldıqları kompensasiyanın bir hissəsini kapitala, yeni kapi
talist müəssisələrinə çevirirlər.
Onu da qeyd etmək lazımdır ki, türk müəlliflərinin heç
də hamısı dövlət kapitalizmi ilə sosializmi eyniləşdirmirdi
lər. Məsələn, Cəmil Sait Barlas «Sosialistlik yolları və
Türkiyə gerçəkləri» adlı kitabında yazırdı: «...Dövlətçiliklə
(və ya yeni dövlətçiliklə) sosialistlik eyni şey deyil. Dövlətçi
lik sosialistlikdə bir parçadır».36 *
Türkiyədəki sol qüvvələrin bəzi nümayəndələri belə he
sab edirdilər ki, sosializmə birdən-birə keçmək olmaz, bu
nun üçün müəyyən hazırlıq dövrü olmalıdır. Onlar sosializ
mə keçmək üçün çox uzun yol təklif edirdilər. 1971-ci il
mart çevrilişindən sonra qadağan edilmiş Türkiyə İşçi Par
tiyasının liderlərindən olan Behicə Boran «Millət» qəzetində
yazırdı: «Türkiyə və ümumiyyətlə az inkişaf etmiş ölkələr
kapitalizm yolu ilə irəliləyə bilməzlər, amma doğrudan-
doğruya sosialist bir düzənə də keçə bilməzlər. Çünki sosia
lizm cəmiyyəti qurmaq üçün tələb olunan şərtlər yoxdur. Bu
ölkələr elə bir inkişaf yoluna keçmək məcburiyyətindədir ki,
əvvəla, Qərbdə kapitalizmin həyata keçirdiyi tarixi vəzifənin
35 H.Z.Ülken. Siyasi partiler ve sosyalizm, s.38-39.
36 C.S.Barlas. Sosyalistlik yolları ve Türkiye gerçekleri. İstanbul, 1962,
s.6.
23
öhdəsindən gələ bilsin, yerli kapital yığımını təmin edə bil
sin, sürətlə sənayeləşməni həyata keçirə bilsin, müasir texni
kanı cəmiyyətin malı edə bilsin; ikincisi, bu həmin ölkələrin
xüsusiyyətlərinə, şərtlərinə, imkanlarına uyğun olmalıdır».37
Bəzi ideoloqlar sosializmin müxtəlif modellərini yara
dır, sosializmi mücərrəd bir məvhuma çevirir, sosializm adı
altında əslində kapitalizmi müdafiə edir, sinfi mübarizəni
inkar edirdilər. Belə ideoloqlardan biri də Şevket Süreyya
Aydemir idi. O, «Kim» jurnalında çap etdirdiyi bir məqalə
də «türk sosializminin» dörd zəif tərəfini göstərərək, birinci
növbədə Türkiyədə mütəfəkkir sosialistlərin olmadığım gö
stərir. Ş.S.Aydemir yazır: «Çağdaş anlamda sosializm bir
fikir və bir hərəkət axımıdır. Bu axımda fikir, yəni ideya hə
rəkatın təməlini təşkil edir» «Bu hərəkatın qayəsi ictimai
quruluşun yenidən və sosialist bir şəkildə dəyişdirilməsidir.
Bu dəyişiklik ya inqilab yolu ilə olur və inqilabçı sosializmin
(kommunizmin) mövzusunu təşkil edir, ya da Qərb yolu ilə
olur». Ş.S.Aydemir bu ikinci yolun tərəfdarıdır. O, Türkiyə
üçün tövsiyyə etdiyi «sosializmə» cürbəcür adlar qoyur: «tə-
kamülçü sosializm», «demokratik sosializm», «məmləkətçi
sosializm», «xalqçı sosializm».38 Məsələnin sinfi tərəfi inkar
edilir. Ş.S.Aydemir göstərir ki, sosializm ideologiyası ilə
əsasən mütəfəkkirlər məşğul olmalıdırlar, çünki sosializm
prinsipləri təfəkkür kateqoriyalarıdır. Odur ki, sosializmi
ideoloqsuz təsəvvür etmək olmaz. Türkiyədə isə sosialist
mütəfəkkirlər yoxdur.39 Sosializmin Türkiyədə ikinci zəif
tərəfi odur ki, burada rəhbərlik edəcək təşkilat yoxdur.
Alimin yaratdığı ideyanı həyata keçirə biləcək təşkilat la
zımdır. Aydemir antikommunizm mövqeyindən çıxış edərək
sübut etməyə çalışır ki, Türkiyədə kommunizm ola bilməz.
O, göstərir ki, əgər ölkədə güclü «milli və demokratik sosia
lizm» varsa, orada «inqilabçı sosializm», yəni kommunizm
37 B.Boran. Sosyalizm bir tercih meselesi değildir. Bax: «Milliyet», 28
nisan 1967, s.2.
38 Ş.S.Aydemir. Türk sosyalizmin dört zaafı. Bax: «Kim», 22 eylül 1967,
s.6.
39 Yenə orada, s.7.
24
ola bilməz.40 Sosializmin Türkiyədə üçüncü zəif tərəfi Ay-
demirə görə odur ki, burada sosializmin məlum şüarı, aydın
məqsədi yoxdur. Dördüncü zəif tərəf kimi, Türkiyədə sosia
lizmin xalq kütlələri ilə birləşib onun malı ola bilməməsi gö
stərilir. Ş.S.Aydemir yazır ki, «klassik sosialist hərəkatı»
hər şeydən əvvəl sinfi hərəkat idi. Lakin «islahatçı sosializ
min» qüvvətlənməsilə bu hərəkat tədricən xalq hərəkatına
çevrilir. Məsələn, bəzi kapitalist ölkələrində kommunist par
tiyaları dinin köməyi ilə sosializm qurmaq istəyirlər. Bun
dan başqa, milli-azadlıq hərəkatı vaxtı ümumi milli vəzifələr
kölgədə qalır. Antiimperialist milli-azadlıq hərəkatı nəticə
sində bəzən kommunist rejimi yarana bilər (Çin), bəzən
Qərb tipli liberal-demokratik quruluş yarana bilər. Məsələn,
Türkiyədə olduğu kimi.41
Göründüyü kimi Ş.S.Aydemir hər vəchlə sübut etməyə
çalışır ki, Türkiyədə «inqilabçı sosializm» ola bilməz.
Doğrudur, o, sosializm haqqında çox yazır, ona tərəfdar
çıxır. Lakin onun təbliğ etdiyi sosializm əslində Qərb tipli
sosial-demokratiyadan başqa bir şey deyil.
Bəzi Avropa alimləri yazırlar ki, zəif inkişaf etmiş öl
kələrdə əhali əsasən bir-birindən fərqlənən iki qrupa
bölünür: keçmiş feodal ənənələrinə bağlı olan xalq kütlələri
və Qərbin təfəkkür tərzini mənimsəmiş qabaqcıl adamlar.
Bu qabaqcıllar ölkəni inkişaf etdirmək istəyir, xalq kütləsi
isə buna mane olur. Türk alimi Ünsel Oksay bu fikir ilə qə
tiyyən razılaşmır. O, göstərir ki, belə fikir kökündən yanlış
dır. Çünki, bu iki qrup insanlar bir-birindən asılıdırlar, biri
olmasa o birisi yaşaya bilməz. Biri xarici kapital ilə birlikdə
o birisini istismar edir. Müasirləşmək üçün mövcud qurulu
şun dəyişməsi zəruridir. Bu dəyişiklik «Avropa mədəniyyə
t i n i mənimsəmiş varlılar üçün əlverişli deyil. Belə dəyişiklik
yalnız istismar olunan kütlə üçün lazımdır.42
XX əsrin 50-60-cı illərində Türkiyədə təsərrüfatın plan
üzrə inkişaf etdirilməsi zərurəti haqqında çoxlu kitab və
40 Yenə orada, 29 eylül 1967.
41 Yenə orada, 13 ekim 1967.
42 Ü.Oksay. Azgelişmiş ülkelerde aydınlar, gendik ve yedi yanlış görüş.
Bax: «Kim», 17 kasım 1967, s.9.
25