sahələrində həyata keçirilən dəyişikliklər, iqtisadiyyatın in
kişafı üçün görülən ciddi tədbirlər, xüsusi milli kapitalın
həddindən artıq zəif olduğu bir şəraitdə dövlətin iqtisadi sa
hədə aparıcı rolu (etatizm) və s. islahatların Türkiyənin so
sial-siyasi, iqtisadi və mədəni inkişafında müstəsna əhə
miyyəti olmuşdur.
Atatürkün dövlət anlayışı fərdiyyətçilik, azadlıq, bəra
bərlik, demokratiya anlayışlarına bağlıdır. О, XVIII əsrin
ikinci yarısındakı fransız maarifçilərinin dövlət və hüquq
haqqındakı fikirlərini əsasən qəbul etmiş və bu fikirləri
müasir türk gerçəkliyinə uyğunlaşdırmışdır.
Atatürk göstərirdi ki, türk dövlət anlayışının sosial
əsası fərdə dayanmalıdır, çünki fərd dövlətin, cəmiyyətin
həm qaynağı, həm də məqsədidir. O, bu mövzuda təbii
hüquq təlimini mənimsəmişdir. Atatürkə görə mədəni və
demokratik bir toplumda fərdin azadlığı mütləq və sonsuz
ola bilməz. Fərdin azadlığı - digər fərdlərin azadlığı, ümumi
milli mənafe, dövlətin varlığının qorunması prinsipləri ilə
məhdudlaşır.
Atatürk göstərirdi ki, azadlıq ideyası demokratiyaya
əsaslanan respublikada gerçəkləşə bilər. Bu respublika laik
(dünyəvi) bir dövlətdir, yəni burada insanları bir-birinə
bağlayan din deyil, milli mənsubiyyətdir. Din dövlətdən ay
rılır, sosial-siyasi, hüquqi, iqtisadi, mədəni, elmi sahələrin
işinə qarışmır. Bu dövlətdə siyasi güc millətdir. Dövlət milli
gücə arxalanaraq bütün xalqın mənafeyini ifadə etməlidir.
Atatürk korporativ təmsil sistemini rədd edirdi, çünki
bu sistem demokratiyaya ziddir. Bütün vətəndaşlar peşəsin
dən, sosial vəziyyətindən asılı olmayaraq azad və bərabər
olmalıdır. Atatürkə görə Türkiyənin iqtisadi sistemi qarışıq
iqtisadiyyat olmalıdır, burada xüsusi təşəbbüs ilə yanaşı
dövlət mülkiyyəti də fəaliyyət göstərir. Əgər xüsusi təşəbbüs
zəif olsa, xarici kapital ölkəyə gətirilməsə, iqtisadi həyatı
dövlət istiqamətləndirməlidir (etatizm). Bu sistem liberaliz
mdən fərqlidir, ancaq sosializm də deyil. Fərdlərin iqtisadi
fəaliyyəti qorunacaq, dəstəklənəcək, lakin bu fəaliyyət uğur
suz olsa, dövlət bu işə müdaxilə edəcək. Bu dövlətçilik milli
burjuaziyanın zəif olduğu, iqtisadi cəhətdən geri qalmış bir
ölkədə zərurətdən meydana gəlmişdir.
14
Atatürk dəfələrlə göstərmişdir ki, ölkənin tərəqqi et
məsi üçün milli mənlik şüurunun möhkəmlənməsi zəruridir.
O, demişdir: «Biz milliyyət fikirlərini tətbiqdə çox gecikmiş
və çox diqqətsizlik göstərmiş bir millətik. Bunun zərərlərini
çox tez fəaliyyətimizlə aradan qaldırmalıyıq. Çünki, tarixi
hadisələr və müşahidələr, insanlar və millətlər arasında yal
nız milliyyətin hakim olduğunu göstərmişdir. Xüsusilə bizim
millətimiz milliyyətini qabartmamağın çox acı cəzalarını
çəkmişdir. Osmanlı imperatorluğundakı çox çeşidli xalqlar
milli inanclara sarılaraq milliyyətçilik idealının qüvvəsilə
özlərini qurtardılar. Biz nə olduğumuzu, onlardan ayrı və
onlara yabançı bir millət olduğumuzu zopa ilə içlərindən
qovulunca anladıq. Qüvvəmizin zəiflədiyi anda bizi xor və
fəqir gördülər. Anladıq ki, qəbahətimiz özümüzü unutmuş
olmağımızmış».21
4. Müasir Türkiyədə sosial-siyasi vəziyyət
Türkiyədə kamalist islahatlar həyata keçirilərkən bu
prosesə mühafizəkarlar tərəfindən ciddi müqavimət göstəri
lirdi. Yeniliyə qarşı çıxanlar daha çox din pərdəsi altında
çıxış edir və dindən siyasi məqsədlər üçün istifadə edirdilər.
Mühafizəkarlar deyirdilər ki, Şərq ölkələri Qərb mədəniyyə
tini qəbul edərkən qüvvətli imperialist dövlətlərindən asılı
vəziyyətə düşürlər; Avropa düşüncə tərzi, onun texnikası,
dövlət formaları, məhkəmə sistemi və s. Şərq xalqlarının
milli və dini ənənələrinə uyğun gəlmir.
Atatürkün ölümündən sonra islahatlar bir qədər zəiflə
sə də davam edirdi. İkinci Dünya müharibəsindən sonra
Türkiyənin sosial-siyasi həyatında keyfiyyətcə ciddi dəyişik
liklər baş verdi. Ölkədə çoxpartiyalı parlamentarizmə doğru
əhəmiyyətli addım atıldı, yeni partiyalar, siyasi təşkilatlar
meydana gəldi, Avropaya doğru meyl bir qədər də qüvvət
ləndi, Türkiyə NATO-ya daxil oldu. Bir çox türk alimləri və
siyasi xadimləri sübut etməyə çalışırdılar ki, Türkiyə müsəl
man ölkəsi olsa da onun inkişafı üçün daha çox Avropa mə
dəniyyətini mənimsəmək lazımdır.
21 A tatürkün söylev ve demecleri. C.II, Ankara, 1981, s. 137.
15
Onu da qeyd etmək lazımdır ki, çoxpartiyalı siyasi sis
temdə çox vaxt partiyalardan heç biri parlamentdə çoxluq
qazana bilmir, koalisiyalı hökumət yaradılır, bu da uzun
sürmür, mübarizə kəskinləşir. Nəticədə ölkənin inkişafına
xeyli ziyan vurulur. O illərdə Türkiyədə qəribə siyasi feno
men yaranmışdı. Siyasi həyat təkcə siyasi partiyalar sistemi
ilə deyil, həm də ordunun siyasi həyata müdaxiləsi ilə
müəyyən edilməyə başlanmışdı. 1960-cı ildən başlayaraq or
du üç dəfə hakimiyyəti ələ almışdı: 27 may 1960, 12 mart
1971, 12 sentyabr 1980-cı illərdə. Ordu müəyyən qədər ha
kimiyyətdə qalır, ölkədə xeyli sabitlik yaradır, sonra siyasi
partiyaların fəaliyyətinə icazə verir, parlament seçkiləri ke
çirir və yenidən hakimiyyəti siyasətçilərə qaytarır.
7
noyabr 1982-ci ildə Türkiyədə yeni konstitusiya qə
bul edildi. Konstitusiyaya əsasən ölkədə parlament beş ildən
bir seçilir. Parlament bir palatalıdır. Deputatlar and içər
kən, ölkənin bütövlüyünü qorumağa, millətin mənafeyinə
qulluq etməyə, Atatürk islahatlarına sadiq qalacaqlarına,
konstitusiyanı qoruyacaqlarına, milli birliyi saxlayacaqları
na söz verirlər. Konstitusiya prezidentə böyük səlahiyyətlər
verir. Prezident parlamentdə seçilsə də onun yeni ümumi
seçkilər keçirmək hüququ var. Prezident seçkidə daha çox
səs qazanan partiyanın liderinə hökuməti təşkil etməyi tap
şırır.
Bəzi çətinliklərlə qarşılaşsa da Türkiyə Respublikası
müasir demokratik yol ilə gedir.
И. XX əsrin 50-70-ci illərində Türkiyənin
sosial-siyasi fikrində ölkənin iqtisadi
inkişafı problemləri22
İkinci Dünya müharibəsindən sonrakı illərdə Türkiyə
nin əsas təsərrüfat sahələrində müəyyən irəliləyiş olsa da öl
kə bütövlükdə hələ də iqtisadi cəhətdən geri qalırdı. Kənd
təsərrüfatında son vaxta qədər bəzi feodal qalıqları mövcud
22 M əqalə 1972-ci ildə yazılıb. Bəzi kiçik düzəlişlərlə ilk dəfədir çap olu
nur.
16
idi. Türk alimləri və siyasi xadimləri bu vəziyyətdən çıxmaq
üçün yollar axtarırdılar.
Məlumdur ki, sənayeləşmə hər bir ölkənin iqtisadi
müstəqilliyinin və sosial tərəqqisinin əsasını təşkil edir. Türk
müəllifləri sənayeləşmənin əsasını təkcə müstəqil iqtisadi
siyasət yeritməkdə deyil, həm də xarici kapitalı ölkənin iqti
sadi həyatına cəlb etməkdə görürdülər. Doğrudur, ölkənin
sol qüvvələri bu siyasətin əleyhinə idilər.
Beləliklə, sənayeləşmə problemi Türkiyənin gələcək
ictimai-iqtisadi inkişafının ən əsas problemi olaraq qalırdı.
Türkiyənin iqtisadi müstəqilliyi ölkə daxilində istehsal vasi
tələri yaratmaq vəzifəsindən asılı idi. Yalnız sənayeləşmə
yolu ilə ölkənin həyat səviyyəsini yüksəltmək və milli gəlirin
stabil artımını təmin etmək olardı. Yeni sənaye müəssisələri
tikmək yolu ilə yüzminlərlə işsizə iş vermək olardı.
Adil Avçıoğlu sol meylli «Yön» jurnalında yazırdı:
«Yerli kapitalistlər öz maddi mənafeləri üçün xarici kapita
listlərlə sıx tellərlə bağlıdırlar. Türkiyədə kapitalistlər sə
nayedən çox ticarətlə məşğuldurlar. Milli iqtisadiyyat və
ölkənin siyasi qurumları sənayeçilərdən çox ticarətçilərin
əlindədir. Bunlar hər şeydən əvvəl Türkiyənin sənayeləşmə
sinə qarşıdırlar. Çünki sənaye istehsalı onların xaricdən mal
ixrac etmələrini çətinləşdirərək mənafelərinə toxunur. Xarici
kapital da Türkiyəyə yerli kapital ilə iş birliyi yaradaraq
gəlməkdədir».23
Geri qalmış ölkələrin iqtisadi inkişafı üçün zəruri olan
quruculuq işi əslində ictimai və iqtisadi həyatın bütün sahə
lərini əhatə etməlidir. Bununla əlaqədar, bu ölkələrin inkişaf
yolları və bu inkişafda dövlətin rolu ciddi əhəmiyyət kəsb
edir. Müəyyən obyektiv şərtlər zəif inkişaf etmiş ölkənin iq
tisadi inkişafına dövlətin fəal müdaxilə etməsi zərurətini
doğurur.
Ölkənin inkişafı, müasir sənaye müəssisələrinin tikil
məsi olduqca böyük vəsait tələb edir. Az inkişaf etmiş ölkə
lərdə isə belə vəsait çatışmır. Dövlət isə əlində böyük mi
qdarda vəsait toplamaq üçün geniş imkanlara malikdir.
23 A.Avçıoğlu. Sosyalizm ve işçiler. Bax: «Yön» j ıırnak
s . 1 o .
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
İŞ L Ə R İ D A R Ə S İN İN
22 temmuz 1966,
17
K İ T A B X A N A S I