FəNN: ƏRƏB ÖLKƏLƏRİNİN İQTİsadiyyati mühaziRƏ: 30 saat, məşğələ: 30 saat FƏnn müƏLLİMİ: sultanova g. A


BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNİN İQTİSADİYYATI



Yüklə 167,21 Kb.
səhifə20/58
tarix08.05.2023
ölçüsü167,21 Kb.
#108987
1   ...   16   17   18   19   20   21   22   23   ...   58
MUHAZIRE EREB OLKELERININ IQTISADIYYATI

BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNİN İQTİSADİYYATI

Neft yataqlarının kəşfinə qədər Dubay və ondan bir qədər geridə qalan Şərca, Müqaviləli Omanın iqtisadiyyatında başlıca yer tuturdular. Bu ilk növbədə onların mirvari və digər dəniz məhsullarının satışında Qərb ölkələri məhsullarının tranzit daşınmasında özünü göstərirdi. İkinci Dünya müharibəsindən sonrakıillərdə qaçaq mal ticarəti Dubay üçün əsas gəlir mənbəyi olmuşdur. Avropadan gətirilən zərgərlik məmulatları, saat, elektrik məişət məhsulları bu əmirliyin ərazisindən gizli olaraq Cənub və Cənub-Şərqi Asiya ölkələrinə, həmin ölkələrdən isə Avropaya qiymətli daş-qaş və müxtəlif metallar daşınırdı. Həmin vaxtlar neft Dubay üçün ikinci dərəcəli gəlir mənbəyi hesab edilirdi. Dubaydan fərqli olaraq Abu-Dabi əmirliyi isə neft yataqları kəşfinə qədər kasıbçılıq içərisində yaşayırdı. Abu-Dabidə, Dubayda vəŞərcada neft yataqlarının kəşfi bu əmirliklərdə iqtisadi vəziyyətin əsaslı surətdə dəyişməsinə, sosial vədemoqrafik irəliləmələrə səbəb olmuşdur. Açıq bazar iqtisadiyyatıyolu ilə irəliləyən BƏƏ ötən əsrin 70-ci illərindən başlayaraq regionda zəif inkişaf etmiş dövlətdən yüksək həyat səviyyəsinə vətexnologiyalara malik bir dövlətə çevrilmişdir. Abu-Dabi əmirliyi neft-qaz çıxarılması və emalı, Dubay ticarət kommersiya və nəqliyyat qovşağı, Şərca yüngül sənaye vəkommunikasiya mərkəzi kimi, ölkə bütölükdə xarici turizm mərkəzi kimi ixtisaslaşır. 2004-cü ildə ölkənin Ümumdaxili məhsulunun (ÜDM) dəyəri 54,0 mlrd. ABŞ dollarını keçmişdir. ÜDM-da adambaşına orta göstəricisi 1995-ci ildəki 9985 dollardan 2005-ci ildə 23 min dollara qədər artmışdır. Bu göstəricəyə qədər BƏƏregionda birinci yeri tutur. İkinci Dünya müharibəsindən sonra Küveyt və SəudiyyəƏrəbistanı neft sənayesi iləəlaqədar yüksək iqtisadi inkişaf səviyyəsinə çatmaq üçün 10 illərlə vaxt sərf etmişlər. Onlardan fərqli olaraq həmin inkişaf yolunu Abu-Dabi, Dubay vəŞərca əmirlikləri cəmi 8-10 ilə keçmişdir. Ölkənin belə «sıçrayışında» yerli hakimlərin ağıllı və məqsədyönlü siyasətini də yüksək qiymətləndirmək lazımdır. Dövlət rəhbərlərinin dünya iqtisadiyyatında baş verə biləcək dəyişiklikləri düzgün qiymətləndirməsi və uzaqgörənliyi sayəsində əmirliklər qısa tarixi müddətdə «neft hay-küyünün» bəhrəsindən məharətli istifadə edə bilmiş və ölkənin sosial-iqtisadi simasınıəsaslısürətdə dəyişdirə bilmişlər. Ölkə, tikintisi böyük vəsait tələb edən iri infrastruktur sahələrini və sənaye müəssisələrinin çoxunu «neft hay-küyü» dövründə yarada bilmişdir. 1970-ci illərin «neft dollarlarıyağışı» dövründə neft çıxaran digər ölkələrdən fərqli olaraq əmirliklərdə lazımsız, lakin «nüfuzlu» obyektlərin, yəni «neft erasının piramidası» kimi obyektlərin tikintisinə vəsait ayrılmamışdır. Burada başlıca olaraq «XXI əsrə sıçrayış» üçün start meydançasına çevrilə bilən əsası və uzunmüddətli müəssisələrin tikintisinə kapital qoyulmuşdur. Neft-qaz və onunla əlaqədar olan neft-kimya sənaye sahələrinin inkişafına əsaslanan BƏƏ qısa müddətdə ölkəiqtisadiyyatının təməlini qomuşdur. Ən müasir texnika və avadanlıqla təchiz olunmuş neftemalı və neft-kimya müəssisələri, aliminium, sement zavodları, təbii şəkildə və neftlə yanaşı çıxarılan qazların mayeləşdirilməsi üzrə müəssisələr, su təmizləyici qurğular, elektrik stansiyaları, polad əridən zavodlar, mineral gübrə, yuyucu maddələr və s. istehsal edən müəssisələr tikilmiş və istifadəyə verilmişdir. Yüngül və yeyinti sənaye sahələri də sürətlə inkişaf edir. Sənaye sahələrinin inkişafı ilə yanaşı, səhrada kənd təsərrüfatı plantasiyaları, heyvandarlıq fermaları yaradılmış, geniş avtomobil magistrallarısalınmış, dəniz və hava limanları tikilmişdir. BƏƏ-nin milli iqtisadiyyatının özünəməxsus səciyyəvi xüsusiyyəti vardır. Bu xüsusiyyət inkişaf etməkdə olan, xüsusilə neft və digər xammal ixrac edən ölkələr üçün xarakterikdir. Ümumdaxili məhsulun strukturunda 51 faiz sənayenin, 45 faiz xidmət sahələrinin, 4 faiz isə kənd təsərrüfatının payına düşür.

Yüklə 167,21 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə