FəNN: ƏRƏB ÖLKƏLƏRİNİN İQTİsadiyyati mühaziRƏ: 30 saat, məşğələ: 30 saat FƏnn müƏLLİMİ: sultanova g. A


Kənd təsərrüfatının aparıcı sahələri



Yüklə 167,21 Kb.
səhifə37/58
tarix08.05.2023
ölçüsü167,21 Kb.
#108987
1   ...   33   34   35   36   37   38   39   40   ...   58
MUHAZIRE EREB OLKELERININ IQTISADIYYATI

Kənd təsərrüfatının aparıcı sahələri. Vaxtilə ölkəiqtisadiyyatında mühüm əhəmiyyət kəsb edən kənd təsərrüfatıəvvəlki mövqeyini bir qədər itirmişdir. Misirdə «torpaq qıtlığı» vəərzaq çatışmamazlığı hələ XX yüzilliyin əvvəllərində ölkəəhalisinin 80 faizinin kənd rayonlarında yaşadığı vaxtda kəskin problemlərdən idi. Həmin dövrdəəhalinin cəmi 1 faizini təşkil edən «torpaq aris-tokratları» becərilən torpaqların 40 faizini mənimsəmişdi. İngiltərəmüstəmləkəçilərinin nəzarətində becərilən əmtəəlik pambıq əsas kənd təsərrüfatı bitkisi sayılırdı. 1952-ci ildən ölkədə aqrar islahatlar keçirilir. İslahatlar nəticəsində monokultur təsərrüfat forması elmi cəhətdən əsaslandırılmış növbəli əkinlərlə (məsələn, yonca, qarğıdalı, pambıq, buğda, çəltik) əvəz olunur. Becərilən torpaqların bir hissəsi kəndlilərə paylanılır. 1952-ci il inqilabından sonra bir neçə mərhələdə aparılan aqrar islahatlar 70-ci illərə qədər Misir kəndlərində mühüm sosial dəyişikliklərə səbəb olsa da, sonrakı illərdə iri torpaq sahibkarlarının mənafeyi yenidən qorunmağa başlanılır. Becərilən torpaqların 95,3 faizini və eləcə də mühüm kənd təsərrüfatı texnikası sahibkarların əlində cəmlənmişdir. Torpaqsız kəndli-fəllahlar muzdla işləyir, bəzi kəndlilər torpağı icarə götürərək icarə haqqını məhsul ilə ödəyir. Xam torpaqların mənimsənilməsi və meliorasiyası, gübrə, toxum əldəedilməsi, kreditlər verilməsində dövlət bölməsinin rolu böyükdür. Nil vadisi və deltası rayonunda mövcud olan məhsuldar torpaqlar və bol su hələ qədim zamanlardan burada məskunlaşan əhalini əkinçilikləməşğul olmağa sövq etmişdir. Bu məqsədlə Nil çayı üzərində su qurğuları yaradılır vəsuvarma kanalları çəkilir. Misirin getdikcə artmaqda olan əhalisini kənd təsərrüfatı məhsulları ilə təmin etmək, dünya bazarına uzunlifli pambıq ixracını yüksəltmək məqsədilə suvarma əkinçiliyinin genişləndirilməsi Nildən daha səmərəli istifadə olunmasını tələb edir. Nilin axınını tənzimləmək üçün suvarma sistemi yaradılır*. Hazırda əkin üçün yararlı ümumi sahə ölkəərazisinin 1 faizdən bir qədər çoxunu təşkil edir. Kənd təsərrüfat məhsuldarlığının artım tempi əhalinin artım sürəti ilə üst-üstə düşür. Ərzaq problemi əhəmiyyətli dərəcədə idxal hesabına həll edilir (hər il 3 mlrd. dollarlıq həcmdə). Kənd təsərrüfatında başlıca sahə suvarılan əkinçilikdir. Suvarma əkinçiliyi kənd təsərrüfatı məhsulunun 70 faizdən çoxunu verir. Heyvandarlığın 22 faiz, balıqçılığın payı isə təqribən 7 faiz təşkil edir. Ölkədə yetişdirilən əsas kənd təsərrüfatı bitkiləri bunlardır: pambıq (hər il orta hesabla 400 min ton), buğda (təqribən 6 mln. ton), qarğıdalı (təqribən 6 mln. ton), çəltik (5 mln. ton), müxtəlif tərəvəzlər (təqribən 17,5 mln. ton). Bunlarla yanaşışəkər çuğunduru, paxla, sitrus bitkiləri, üzüm, alma yetişdirilir. Hər il 2-3 dəfə məhsul yığılır. Pambıq istehsalının həcminə görə Misir dünyada qabaqcıl yerlərdən birini tutur. Misir pambığı yüksəkkeyfiyyətli – uzunliflidir. Təbii otlaqlar məhdud olduğundan heyvandarlıq lazımi səviyyədə inkişaf edə bilməmişdir. Oturaq əhali iribuynuzlu qaramal, ev quşları saxlamağa üstünlük verir. Əkinçilik rayonlarında heyvandarlıq südlük istiqamətindədir. Köçərilər dəvə, qoyun, keçi bəsləməyə üstünlük verirlər. Mal-qara az məhsuldardır və daima yem çatışmazlığı ilə üzləşir. Ölkəyə böyük həcmdəət məhsulları idxal olunur. Balıqçılıq daxili tələbatı ödəmək məqsədi ilə inkişaf etdirilir. Balıq və digər dəniz məhsulları misirlilərin qidasında mühüm yer tutur. İqlim şəraiti vəəhalinin peşəkarlığı balıqçılığın inkişafı üçün əlverişlidir. Nil çayında, göllərdə, Aralıq və Qırmızı dənizin sularında müxtəlif balıq növləri ovlanır.

Yüklə 167,21 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə