FəNN: ƏRƏB ÖLKƏLƏRİNİN İQTİsadiyyati mühaziRƏ: 30 saat, məşğələ: 30 saat FƏnn müƏLLİMİ: sultanova g. A


Kənd təsərrüfatının aparıcı sahələri



Yüklə 167,21 Kb.
səhifə35/58
tarix08.05.2023
ölçüsü167,21 Kb.
#108987
1   ...   31   32   33   34   35   36   37   38   ...   58
MUHAZIRE EREB OLKELERININ IQTISADIYYATI

Kənd təsərrüfatının aparıcı sahələri. Oman tarixən maldarlıq vəəkinçilik ölkəsi kimi tanınırdı. İndinin özündə də vahəəkinçiliyi və köçəri maldarlıq öz əhəmiyyətini saxlaya bilmişdir. Omanın lap qədimdən şöhrət tapdığı arıçılıq heyvandarlıqda xüsusi yer tutur. Ərazinin cəmi 7 faizi əkinçiliyə yararlıdır. Əl-Bəttin vadisi və sahil düzənliyi ölkənin mühüm əkinçilik rayonlarıdır. Omanda suvarma məqsədilə yaradılmış yeraltı kanallardan – fələclərdən istifadə genişyayılmışdır. Əkin sahələrinin 95 faizi suvarılır. Əkinçilikdə xurma becərilməsi üstünlük təşkil edir. Ən böyük xurma plantasiyalarıƏl-Bətindədir. Hər il orta hesabla 150-160 min ton xurma toplanır. Xurma plantasiyalarında xurma ilə yanaşısubtropik və tropik meyvələr – limon, manqo, banan, nar, üzüm və s. yetişdirilir. Limon yetişdirilməsi xüsusiləəhəmiyyətlidir. Yığılan limonun xeyli hissəsi ixrac olunur. Dənli bitkilərdən suya və münbit torpağa çox tələbkar olmayan durra əkinləri üstunlük təşkil edir. Buğda və arpa suvarılan torpaqlarda, tütün vəşəkər qamışı isəölkənin cənubunda yetişdirilir. Omanda tərəvəz və bostan bitkiləri dəbecərilir. Heyvandarlıq ənənəvi sahə olsa da ekstensiv xarakter daşı-dığından lazımi səviyyədə inkişaf edə bilməmişdir. Ölkənin fiziki-coğrafi şəraiti davar və dəvə saxlamaq üçün əlverişlidir. Balıq və mirvari ovu omanlıların ənənəvi vərdişlərindən sayılır. Sahil su-larında ilboyu balıq ovlanır (bir ildə 100 min ton). Ovlanan balığın 80 faizi ixrac edilir. Ən böyük balıq vətəgələri Barka yaxınlığındadır. Sahildə balığın emalı üzrə müəssisələr tikilmişdir. Omanlılar Ərəbis-tan dənizi sahillərində dəniz bağaları da ovlayırlar. Bağanın əti yeyilir, qunu isə satılır. İllik balıq ovu 120 min ton həddindədir.
Nəqliyyatı və xarici siyasəti. Omanda nəqliyyat sistemi zəif inkişaf etmişdir. Ölkədə dəmir yol xətti yoxdur. Daxili bölgələr iləəlaqələrdə avtomobil yolları ilə bərabər karvan yolları da öz əhə-miyyətini saxlamışdır. Son illərdə xarici mütəxəssislərin köməyiləOman körfəzi sahilboyu Məsqət-Əs Suhar istiqamətində 790 km uzunluğunda müasir tələbatlara cavab verən şosse yolu çəkilmiş, Məsqət yaxınlığında beynəlxalq dərəcəli təyyarə meydanı, Mina Kabusda isə iri dəniz portu salınmışdır. Soxar şəhərindəən müasir gəmilərə xidmət edən dərinsulu port salınır.
Xarici ticarət. Oman iqtisadiyyatı üçün xarici tacarətin əhə-miyyəti ölçüyəgəlməzdir. Ölkədən neft, neft məhsulları, balıq, mey-və, tərəvəz və s. ixrac edilir. Çox işlənən mallar, maşın və avadanlıq, nəqliyyat vasitələri, çatışmayan ərzaq və s. idxal olunur. Əsas etibarilə Böyük Britaniya, Yaponiya, Hollandiya, ABŞ, Cənubi Koreya, BirləşmişƏrəb Əmirlikləri, Küveyt, SəudiyyəƏrəbistanı iləticarət edir. Milli pul vahidi Oman rialıdır. Bir rial təqribən 3 ABŞdollarına bərabər tutulur. Oman xarici iqtisadi əlaqələrindəİran körfəzi ölkələrinin əməkdaşlıq Şurasına daxil olan ölkələrlə qarşılıqlı sərfəli əlaqələrin möhkəmləndirilməsinə üstünlük verir. Omanın telekommunikasiya sistemi İran körfəzi zonasında qabaqcıl sayılır. Omana hər il 400-500 min nəfər əcnəbi turist gəlir.



Yüklə 167,21 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə