FəNN: ƏRƏB ÖLKƏLƏRİNİN İQTİsadiyyati mühaziRƏ: 30 saat, məşğələ: 30 saat FƏnn müƏLLİMİ: sultanova g. A



Yüklə 167,21 Kb.
səhifə31/58
tarix08.05.2023
ölçüsü167,21 Kb.
#108987
1   ...   27   28   29   30   31   32   33   34   ...   58
MUHAZIRE EREB OLKELERININ IQTISADIYYATI

Xarici ticarət. Bəhreyni adətən «İran körfəzinin ticarət evi» adlandırırlar. Ticarət mərkəzi kimi o, çox-çox əvvəllərdən şöhrət qazanmışdır. Məhdud təbii ehtiyatlara malik olan, lakin əlverişli coğrafi mövqedə yerləşən kiçik ölkə üçün ticarət iqtisadiyyatın həmişə mühüm tərkib hissəsi olmuşdur. Əsrlər boyunca bu kiçik arxipelaq ticarət məntəqəsi kimi, burada yaşayan əhali isə tacir, dənizçi və mirvari ovçusu kimi tanınmışdır. Mirvari ovu tənəzzüləuğrasa da ticarət əvvəlki kimi ölkə iqtisadiyyatında böyük rolunu saxlamaqda davam edir. İqtisadçıların fikrincə müasir dövrdəBəhreynin regional ticarət mərkəzi kimi «çiçəklənməsinin» başlıca amili İran körfəzində ağır sənayenin inkişafı ilə dəəlaqədardır. Məhz elə bu amil Bəhreynin geri ixrac (reeksport) məhsulları mərkəzi kimi rolunu gücləndirir. Geri ixrac əməliyyatından ölkə xeyli miqdarda gəlir əldə edir. Geri ixracatda parça, paltar, ev əşyaları, ərzaq məhsulları, oduncaq, dəzgah, metal avadanlıqları, sement və s. məhsullar üstünlük təşkil edir. Digər ölkələrdən alınan bu məhsullar Küveyt, Qətər, SəudiyyəƏrəbistanı vəİrana satılır. Bəhreyn idxal etdiyi məhsullarının 40 faizini ixrac edir. Bəhreyn neft, neft məhsulları, alüminium, plastik kütlə və s. ixrac edir. Başlıca olaraq sənaye və kənd təsərrüfatı avadanlıqları, nəqliyyat vasitələri, ərzaq məhsulları, sənaye malları və tikinti materialları idxal edilir. Ticarət etdiyi ölkələr Yaponiya, ABŞ, Böyük Britaniya, Almaniya, Hindistan, SəudiyyəƏrəbistanı, Avstraliya İttifaqı və başqalarıdır. Maliyyə sistemi. 1975-ci ildən sonra Bəhreyn beynəlxalq bank mərkəzinə çevrildi və 2000-ci ilədək ölkədə 80-dən artıq xarici bank filialı açıldı. Ərəb ölkələrinin ticarət banklarının əksəriyyətinin Bəhreyndəşöbələri fəaliyyət göstərir. Ölkənin milli gəlirinin təqribən 20 faizi müxtəlif maliyyəəməliyyatlarından əldə edilən gəlirin payına düşür. İran körfəzində son illərdə baş vermiş böhranlarla əlaqədar digər Ərəb əmirlikləri kimi Bəhreyn də müəyyən mənada zərər çəkmişdir. Ölkənin maliyyə bank sisteminə və sənayesinəxüsusilə böyük ziyan dəymişdir. Bu zərərin bir hissəsinin neftdən gələn gəlirin hesabına ödənilməsinə baxmayaraq maliyyə vəsaitinin çatışmaması iləəlaqədar Bəhreyn ölkənin iqtisadi inkişafı üzrənəzərdə tutulan bəzi layihələrin həyata keçirilməsini müvəqqəti dayandırmağa məcbur olmuşdur. Ölkənin pul vahidi Bəhreyn dinarıdır. Təsbit edilmiş kursa görə 0,38 dinar 1 ABŞ dollarına bərabərdir (2005). 1975-ci ildən eti-barən Bəhreyndə offşor bank əməliyyatlarının keçirilməsinə icazəverilmişdir. Hazırda ölkədə onlarca offşor bank fəaliyyət göstərir.



Yüklə 167,21 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə