FəNN: ƏRƏB ÖLKƏLƏRİNİN İQTİsadiyyati mühaziRƏ: 30 saat, məşğələ: 30 saat FƏnn müƏLLİMİ: sultanova g. A



Yüklə 167,21 Kb.
səhifə29/58
tarix08.05.2023
ölçüsü167,21 Kb.
#108987
1   ...   25   26   27   28   29   30   31   32   ...   58
MUHAZIRE EREB OLKELERININ IQTISADIYYATI

BƏHREYN DÖVLƏTİ
İqtisadiyyatı
Qədim dövrlərdən Bəhreyn ticarət mərkəzi kimi tanınır. Əhali vahələrdə xurma, həmçinin digər meyvə tərəvəz yetişdirir, heyvandarlıq və mirvari ovu ilə məşğul olurdu. Sənətkarlar isəbirdorlu gəmilərin inşası ilə məşğul olurdu. 1932-ci ildə ölkədə neft aşkar olunduqdan və onun çıxarılmasına başlanıldıqdan sonra ənənəvi təsərrüfat sahələri arxa plana keçdi. Müstəqillik əldəetdikdən sonra ölkənin siyasi və sosial-iqtisadi həyatında əsaslı və keyfiyyətli dəyişikliklər baş vermişdir. Müstəmləkəçilər özlərindən sonra ölkədə qəbilə-tayfa vəfeodal münasibətlərinin qalıqları ilə yüklənmiş köhnə ictimai struktur qoyub getmişlər. Bütün bunlara baxmayaraq Bəhreyndə kapitalist ictimai münasibətləri İran körfəzinin digər Ərəb ölkələrindən əvvəl yaranmışdır. Qətər, BƏƏ, Küveyt ilə yanaşı, Bəhreyn də yerli ixtisaslı kadrların az olması iləəlaqədar mühacir işçi qüvvəsindən istifadə etməyə məcburdur. Ölkədə işləyən əhalinin yarıdan çoxu (56 faiz) mühacirlərdir. Bəhreynin ümumdaxili məhsulunun (ÜDM) dəyəri 2019-cü ildə 19,5 mlrd. ABŞ dolları həcmində olmuşdur. Adambaşına düşən illik gəlir isə 18 min dollara yaxındır. ÜDM-nin illik artımı təqribən 3 faizə bərabərdir. ÜDM-un 64 faizi xidmət, 34 faizi sənaye, 1 faizi isə kənd təsərrüfatının payına düşür. Ölkənin əmək ehtiyatları təqribən 300 min nəfərdir. Bunların təqribən 80 faizi xidmət, sənaye və ticarət sahələrində, 20 faizi idarəçilik sistemində, 1 faizi isə kənd təsərrüfatında çalışır.


Sənayenin aparıcı sahələri. İran körfəzinin başqa ölkələri kimi Bəhreyn də sosial-iqtisadi inkişafı və hətta əmirliyin siyasi həyatı neft və təbii qaz hasilatı ilə bağlıdır. Dövlət büdcəsinə gələn gəlirin təqribən yarısı neft və qaz sənayesi hesabınadır. Ölkədəsənaye əhəmiyyətli neft çıxarılmasına 1932-ci ildən başlanılmışdır. Artıq 1934-cü ilin dekabrında Bəhreyn nefti ilə yüklənmiş ilk tanker İran körfəzindən çıxmışdır. İlk mərhələlərdə neftdən ölkəyə gələn gəlir çox cüzi idi (hasil edilən 1 ton neftə cəmi 1,05 dollar verilirdi). 1979-cu ilə qədər neft yataqlarını Amerika şirkəti «Bəhreyn petroleum kompani» (BARKO) istismar edirdi. Səudiyyə Ərəbis-tanının «Arabiyen Amerikan oyl Kompanii» (ARAMKO) şirkəti də Bəhreyn adasındakı məhəlli sulardan neft çıxarırdı. 1979-cu ildən başlayaraq neft və qaz sənayesinə Bəhreyn Milli neft şirkəti (BANOKO) tam nəzarət edir. Bəhreyndə neftin ehtiyatı az olduğundan onun hasilatı ildən-ilə aşağı düşür. 2005-ci ildə cəmi 2 mln. ton neft çıxarılmışdır. Lakin neft emal edən müəssisələrin is-tehsal gücü ildə 14-15 mln. tondur. Bu zavodlarda SəudiyyəƏrəbistanından sualtı kəmərlə gətirilən neft emal edilir. Bəhreynin neft emalı müəssisəsi Yaxın Şərqin bu qəbildən olan ən iri müəssisələrindən biridir. Hasilat sənayesində təbii qaz istehsalının əhəmiyyəti getdikcəartır. Ölkədə ildə 4,0 mlrd. kub m3 qaz çıxarılır. Təbii qazdan butan və propan kimi qiymətli məhsullar istehsal edən müəssisə (illik istehsal gücü 280 min ton) tikilmişdir. Alüminium istehsalı Bəhreynin sənaye sahələri arasında əhəmiyyətinə görə ikinci yeri tutur. Bu sahənin inkişafı üçün yerli yanacaqla (təbii qaz) işləyən istilik elektrik stansiyalarında alınan ucuz elektrik enerjisi geniş imkanlar açır. Manama da yerləşən alüminium zavodu Avstraliyadan idxal olunan boksit əsasında işləyir. Ötən əsrin 90-cı illərinin birinci yarısından ilkin alüminium istehsalıüzrə ALVA şirkətinə məxsus yeganə zavodun genişləndirilməsi həyata keçirilir. Zavodun istehsal gücü 210 min tondan (1992) 460 min tona qədər (2003) artırılmışdır. Layihənin həyata keçirilməsi 1,4 mlrd. dollara başa gəlmişdir. ALVA dövlət şirkəti zavodun istehsal gücünün artırılması üçün lazım olan vəsaitin bir hissəsini Almaniyadan (12 il müddətinə 290 mln. dollar borc) və Bəhreynin bütün iqtisadi inkişaf planlarının plana keçirilməsində ona əhəmiyyətli maliyyə köməkliyi göstərən SəudiyyəƏrəbistanından almışdır. İran körfəzi regionunda baş vermiş müharibələr iləəlaqədar bəzi layihələrin vaxtında yerinə yetirilməsi mümkün olmamışdır. Bəhreyndə sənayenin nisbətən inkişaf etmiş digər sahəsi gəmiqayırma və gəmi təmiridir. OPEK üzvü olan Ərəb dövlətlərinin iştirakı ilə Bəhreyndə gəmiqayırma tərsanəsi və gəmi təmiri müəssisəsi tikilmişdir. Ölkədə fəaliyyət göstərən neft-kimya kompleksi SəudiyyəƏrəbistanı və Küveyt kapitalının köməyi iləyaradılmışdır. Bəhreyndə qazma avadanlığı, boru, maye oksigen istehsal edən müəssisələr, dəniz suyunu təmizləyən qurğular və bir neçə istilik elektrik stansiyaları vardır. Bəhreyndə kustar sənətkarlığın tarixi qədimdir. Ölkədəyaşayan əhali çoxdan bəridir ki, dənizdən mirvari çıxarmaq vərdişinəyiyələnmişdir. Bəhreynin qara mirvarisi, yaxud yerlilərin «balıq gözü» adlandırdıqları mirvari barədəəfsanələr vardır. Bu qiymətli mirvarinin qədrini bilən ingilis müstəmləkəçiləri uzun illər ölkənin bu sərvəti üzərində ağalıq etmişlər. Neft və təbii qaz ehtiyatlarının kəşfinə qədər mirvari ovu və onun ixracatı ölkəəhalisinin əsas gəlir mənbəyi olmuşdur. Təsərrüfatın bu sahəsi ötən əsrin 30-cu illərindəən yüksək inkişaf səviyyəsinə çatmışdır. Sonradan yaponların dünya bazarına süni mirvari çıxarması Bəhreyndə mirvari vətəgələrinin azalmasına və bu sahənin tənəzzülünə səbəb olmuşdur. Lakin buna baxmayaraq bəhreynlilər bu qədim peşələrini unutmamışlar. Dənizdən yenə də mirvari, süngər çıxarılır, balıq ovlanır. Neft sənayesinin inkişafı, həm də son illərdə regionda baş vermişmüharibələrin ağır ekoloji nəticələri ilə əlaqədar İran körfəzinin çirklənməsi balıqçılıq təsərrüfatına böyük ziyan vurmuşdur. Bəhreyn hökuməti ölkənin əlverişli coğrafi mövqeyindən vəformalaşan siyasi-iqtisadi imkanlarından (inkişaf etmiş nəqliyyat 44infrastrukturu, rabitə və b.) istifadə etməklə Yaxın və Orta Şərq regionunda başlıca işgüzar və maliyyə mərkəzinə çevrilmək barədəmüəyyən tədbirlər həyata keçirir. Ölkədə beynəlxalq yarmarka üçün iri sərgi kompleksi müvəffəqiyyətlə işləyir. 2005-ci ildə Bəhreynə 2,5 mln. nəfər xarici turist və işgüzar adamlar gəlmişdir. Onların tələbatlarını ödəmək üçün mehmanxana, restoran və başqa xidmət sahələri genişləndirilir.

Yüklə 167,21 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə