FəNN: ƏRƏB ÖLKƏLƏRİNİN İQTİsadiyyati mühaziRƏ: 30 saat, məşğələ: 30 saat FƏnn müƏLLİMİ: sultanova g. A


Kənd təsərrüfatının apırıcı sahələri



Yüklə 167,21 Kb.
səhifə30/58
tarix08.05.2023
ölçüsü167,21 Kb.
#108987
1   ...   26   27   28   29   30   31   32   33   ...   58
MUHAZIRE EREB OLKELERININ IQTISADIYYATI

Kənd təsərrüfatının apırıcı sahələri. Bu sahə zəif inkişaf etdiyindən əhalinin ərzaq məhsullarına olan tələbatını ödəmir. O, ümummilli məhsulun cəmi 1 faizini verir. Əkinçilik yalnız süni suvarma şəraitində mövcuddur. Ölkəərazisinin cəmi 4 faizi kənd təsərrüfatı üçün yararlıdır. Bu sahənin isə 2/3 hissəsi xurma plantasiyalarına ayrılmışdır. Kənd təsərrüfatına yararlı olan digər tor-paq sahələrində sitrus meyvələri, bostan-tərəvəz, az miqdar isə dənli bitkilər (buğda, arpa, qarğıdalı) becərilir. Bağlarda ərik, armud, gavalı, manqo, üzüm yetişdirilir. Ölkənin paytaxtının yerləşdiyi sahəyaşıllığına görə, xüsusilə seçilir. Yollar və küçələr boyunca, parklarda və həyətyanı sahələrdə xurma, qoz, püstə ağaclarıəkilmişdir. Ölkədə hər il 40-45 min ton xurma yığılır. Otlaq sahələri məhdud olduğundan heyvandarlıq da zəif inkişaf etmişdir. Ölkədə qaramal, qoyun və keçi saxlanılır. İldə orta hesabla 4-5 min ton ət istehsal edilir. Bəhreyndə kənd təsərrüfatı vəəhalinin ərzaq təminatı prob-lemləri üzrə məşğul olan xüsusi komissiya işləyir. Komissiya kənd təsərrüfatı istehsalının müxtəlif, o cümlədən suvarma məsələlərini öyrənir. Komissiyanın fikrincəəgər «neft dollarları» bir tərəfdən əhalinin həyat səviyyəsini artırmışsa, digər tərəfdən isəəvvəllər kənd təsərrüfatı məqsədilə istifadə edilən torpaq sahələrindəşəhərlərin vəiri müəssisələrin salınması və genişləndirilməsi, əkin sahələrinin suvarılması üçün istifadə edilən suyun getdikcə daha çox sənaye vəməişət xidmət sahələrinə verilməsi, kənd təsərrüfatı məhsullarının azalmasına səbəb olmuşdur. Ötən əsrin 90-cı illərinin əvvəllərindəəhalinin ərzaq məhsullarına olan tələbatının 90 faizi idxal hesabına ödənilirdir. Ölkəəhalisinin ərzaq məhsulları ilə təmin edilməsi imkanları üzrə aparılan tədqiqatların nəticələrindən əldə olur ki, 2005-ci ildəərzaq məhsulları istehsalı 50 faiz artmış, faraş tərəvəzə olan tələbat 26 faiz, süd və süd məhsullarına 30 faiz, yumurta və balığa olan tələbat 100 faiz ödənilmişdir.


Nəqliyyatı, xarici ticarəti və maliyyə sistemi. Bəhreyndə nəqliyyatın başlıca sahəsi gəmiçilikdir. Manamada beynəlxalq miqyasda dəniz gəmiçiliyi ilə məşğul olan ondan artıq xarici şirkətin şöbələri vardır. Beynəlxalq standartlara cavab verən liman Salman şəhərindədir. Digərləri isə Manama və Sitra şəhərlərindədir. Sitra limanından əsasən neft və qaz məhsulları ixrac edilir. Bütün limanlarda yenidənqurma işləri aparılır. Belə ki, gəmilərin ərzaq vəsu təhcizatı üçün anbarlar tikilir, tranzit gəmilər üçün körpülər genişləndirilir, yükləmə-boşaltma mexanizmləri təkmilləşdirilir. Bütün bunların İran körfəzi ölkələrinin iqtisadiyyatının sürətli inkişafı sayəsində Bəhreyn limanlarının yük dövriyyəsi ildən-ilə artır. Bəhreyndə dəmir yolu yoxdur. Avtomobil yollarının uzunluğu 3200 km-ə bərabərdir. Bunun 2430 km-i bərk örtüklü yollardır. Ölkədə 3 təyyarə meydanı fəaliyyət göstərir. Beynəlxalq dərəcəli təyyarə meydanı Mühərrək adasında yerləşir. Bəhreyn həm xarici, həm də daxili rabitə vasitələri (İran kör-fəzindəən güclü radiostansiya, yerin süni peykindən istifadə etməkləteleks və telefon əlaqələri stansiyası) ilə yaxşı təchiz olunmuşdur.

Yüklə 167,21 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə