FəNN: ƏRƏB ÖLKƏLƏRİNİN İQTİsadiyyati mühaziRƏ: 30 saat, məşğələ: 30 saat FƏnn müƏLLİMİ: sultanova g. A


Nəqliyyatı, xarici ticarəti və maliyyə sistemi



Yüklə 167,21 Kb.
səhifə27/58
tarix08.05.2023
ölçüsü167,21 Kb.
#108987
1   ...   23   24   25   26   27   28   29   30   ...   58
MUHAZIRE EREB OLKELERININ IQTISADIYYATI

Nəqliyyatı, xarici ticarəti və maliyyə sistemi. Ölkədə neft vətəbii qaz hasilatının artırılması, yeni sənaye müəssisələrinin tikilməsi, köhnələrinin təkmilləşdirilməsi, müasir şəhərlərin salınması, kənd təsərrüfatının və xarici ticarət əlaqələrinin genişləndirilməsi nəqliyyat şəbəkəsinin inkişafına səbəb olmuşdur. Qətərdə, paytaxtı Duhan vəUmm-Səid şəhərləri ilə birləşdirən ilk şosse yolu hələİkinci Dünya müharibəsindən əvvəl çəkilmişdir. Müharibədən sonra Doha–Umm-Səllal–Hor, Doha–Zikrik, Doha–Səlva, Doha–əl-Haur–ər-Ruvays–əz-Zübar istiqamətində mühüm avtomobil yolları çəkilmişdir. 60-cıillərin axırlarından XXI əsrin əvvəllərinə qədər şosse yollarının uzunluğu 8 dəfə artaraq 1500 km-ə çatmışdır. Qətər şosse yollarıvasitəsilə SəudiyyəƏrəbistanı, BƏƏ və Omanla əlaqə saxlayır. Boru kəmərlərinin uzunluğu 2050 km-dir. Ölkədə dəmir yolu yoxdur. Neft və mayeləşdirilmiş qaz ixracatının, ümumiyyətlə, xarici ticarət dövriyyəsinin genişlənməsi, ölkənin başlıca limanlarının yenidən qurulmasını tələb etmişdir. Doha və Umm-Səid limanlarında daha böyük işlər görülmüşdür. 1966-cı ildə tikilmiş Doha limanı yalnız kiçik dəniz gəmilərini qəbul edə bilirdi. Limanda yenidənqurma işləri aparıldıqdan sonra Doha limanına iri okean gəmiləri daxil olur. Metallurgiya və neft-kimya kompleksinə xidmət edən Umm-Səid dəniz limanı yenidən qurulduğundan o, müxtəliftipli ən müasir okean gəmilərini qəbul edə bilir. Ölkənin başlıca dəniz qapısı sayılan Umm-Səid limanında idxalat və ixracat məhsullarının çox böyük hissəsi keçir. Hor-Şakik limanında da yenidənqurma işləri aparılmışdır. Ölkənin həyatında hava yolları getdikcə mühüm əhəmiyyət kəsb edir. Qətərin paytaxtında beynəlxalq əhəmiyyətli təyyarə limanıvardır. Bu limandan nəinki sərnişin, həm də ölkəyə gətirilən və tez xarab olan ərzaq məhsulları, bəzi qiymətli təcili yüklərin daşınmasında istifadə olunur. Ölkəən müasir rabitəəlaqələrinə malikdir. Yerin süni peyki va-sitəsilə dünyanın 120-dən artıq ölkəsi ilə telefon əlaqələri saxlayır. Asiyada getdikcə güclü maliyyə mərkəzlərindən birinə çevrilən Qətərin müasir infrastruktur sahələrinə malik olması onun bank işləri üzrə daha faydalıəməliyyatını təmin edir. Qətərdə xarici ölkələrləəlaqədar olan 20-dən artıq bank fəaliyyət göstərir.

Yüklə 167,21 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə