FəNN: ƏRƏB ÖLKƏLƏRİNİN İQTİsadiyyati mühaziRƏ: 30 saat, məşğələ: 30 saat FƏnn müƏLLİMİ: sultanova g. A



Yüklə 167,21 Kb.
səhifə25/58
tarix08.05.2023
ölçüsü167,21 Kb.
#108987
1   ...   21   22   23   24   25   26   27   28   ...   58
MUHAZIRE EREB OLKELERININ IQTISADIYYATI

MÖVZU: 8. QƏTƏR DÖVLƏTİ
Qətər inkişaf etməkdə olan ölkələr arasında ötən əsrin 70-ci illərinin «neft erasından» ``bəhrələnən dövlətlərdən biridir. Neft vətəbii qaz bu ölkənin «taleyini» əsaslı surətdə dəyişdirmiş, onun sosial iqtisadi simasında dərin iz buraxmışdır. Qətərin olduqca zəif milli təsərrüfatı neftin hesabına qısa müddətə yüksək inkişaf səviyyəsinəçatmışdır. XXI əsrin əvvəlləri üçün ÜDM həcmi 19 mlrd. dollara yaxınlaşmış, adambaşına düşən milli gəlir isə 20 mln. dollarıötmüşdür. Son 30 ildə (1975 – 2005) bu ölkədəən yeni texnika vəavadanlıqlarla təchiz olunan neft-qaz mədənləri, yataqlardan onların çıxarılması və emalı, neft-kimya, qaz mayeləşdirici müəssisələr, metallurgiya zavodları, su təmizləyici və suvarma qurğuları, limanlar, müasir memarlıq üslubunda binalar, yollar və s. tikilmişdir. Yaxın vaxtlara qədər kasıb ölkə sayılan Qətərin sosial-iqtisadi nailiyyətləri iqtisadiyyatın daxili inkişafı hesabına deyil, əsasən neft və təbii qaz ixracatından banklara yığılan gəlir hesabına olmuşdur. «Neft dolları» adlanan bu vəsait ilk növbədə sənaye obyektlərinin tikintisinə vədövlətin digər ehtiyaclarına istiqamətləndirilir. Sosial-iqtisadi inkişafının indiki mərhələsinə çatmaq üçün Qətər uzuAZQn bir yol keçmişdir. 1929–1933-cü illərin dünya iqtisadi böhranına qədər əmirlik Paris və Bombey bazarlarında yüksək qiymətləndirilən mirvari hesabına dolanırdı. Dünya iqtisadi böhranıvə yapon sahibkarı Mikimoto tərəfindən süni yolla mirvari əldəedilməsi ölkəni dolanacaq mənbəyindən məhrum etdi. Məhz həmin vaxtlarda İngiltərə–İran neft şirkəti yarımada və onun şelf sularının sərvətləri ilə maraqlanmağa başlamışdır. 1935-ci ilin mayında, Qətərin o vaxtkı hakimi Şeyx Abdulla ben-Kasim ilə uzun və çətin sürən danışıqlardan sonra İngiltərə–İran neft şirkəti 75 il müddətinə Qətərin 10 min kv. km ərazisində neft yataqlarının kəşfi və istismarı hüququnu «Petroleum development kompani of Katar» şirkətinə vermiş və 1938-ci ilin oktyabr ayından həmin şirkət Qətərin cənub-qərbində indiki Duhan şəhəri yaxınlığında ilk neft buruğunu qazmışdır. Artıq 1940-cı ilin yanvarında Qətərdə maye yanacaq əldə edilmişdir. İkinci Dünya müharibəsinin başlanması iləəlaqədar bütün işlər dayandırılmış vəyalnız 1947-ci ildə neftçıxarma işləri bərpa olunmuşdur. 1949-cu ilin yanvarında isə 15 min ton neftlə yüklənmiş ilk tanker Qətər sahillərindən Avropaya yola salınmışdır. 1952-ci ildə «Petroleum development kompani of Katar» şirkətinin neft-qaz kəşfiyyatı və istismarı hüququnu «Katar petroleum kompani» (KPK) şirkəti ələ keçirmiş və həmin ilin dekabrında ingilis şirkəti «Şell» yarımadanın şərq sahilindən şelf bölgəsinin 75 il müddətilə ona konsessiya verilməsi barədə Qətərin şeyxi iləmüqavilə imzalamışdır. 1953-cü ildə «Şell-Katar» neft şirkəti fəal axtarış işlərinə başladı. Yeddi ildən sonra isə sənaye əhəmiyyətli zəngin yataqlar kəşf edilmiş və neft çıxarılmasına başlanılmışdır. 1935-ci ildə bağlanan ilk müqaviləyəəsasən xarici şirkətlər ölkədən çıxarılan hər ton neftə görə Qətər şeyxinə bir dollar verməli idilər. 1951-ci ildə bu rəqəm 3 dollara çatdırılmış, bir ildən sonra isəqonşu İranda neft sənayesinin milliləşdirilməsindən qorxuya düşən KPK «gəlirin bərabər bölüşdürülməsi» Prinsipi ilə razılaşmağa məcbur olmuşdur. 1973-cü ilin oktyabr hadisələri ilə bağlı maye yanacağın qiyməti nəinki bir neçə dəfə qaldırılmış, həm də neft hasil edən Ərəb ölkələrinin sərvətləri üzərində xarici kapitalın bilavasitə nəzarəti azalmış, regionun bir sıra ölkələrində isə xarici şirkətlərə məxsus olan müəssisələrin milliləşdirilməsi prosesi başlanmışdı. Qətər də bu prosesdən kənarda qalmamışdır. Xarici neft şirkətləri ilə münasibətlərin dəyişdirilməsi barədəişgüzar danışıqlara başlayan Qətər bölgü nisbətini öz xeyrinə də-yişdirməyə nail olur. 1974-cü ilin iyulunda Qətər əmiri ölkədə başNeft Korporasiyasının (Katar Ceneral Petroleum Korporeyşn) yaradılmasına icazə verir. Bu təşkilata neft sənayesinin bütün sahələrində fəaliyyət göstərmək, yerli və xarici şirkətlərin səhmlərini almaq, yeni şirkətlər yaratmaq hüquqları verilir. 1976-cı ildə KPK, 1977-ci ildə isə «Şell of Katar» şirkətlərinin bütün kapitalı dövlətin əlinə keçir. 70-ci illərin axırlarında neft siyasəti sahəsində bütün məsuliyyət Qətər Baş Neft Korporasiyasına tapşırılır. 80-cı illərin əvvəllərində neftin hasilatı, nəql olunması, saxlanılması, təmizlənməsi, təbii qazın çıxarılması, emalı, satışı, neft-qaz sənaye müəssisələrinin tikintisinə tam nəzarət bu təşkilata tapşırılmışdır. 70-ci illərin ortalarından başlayaraq Qətərin neft ixracatında əldə etdiyi gəlir bir neçə dəfə artmışdır. 1974-1975-ci maliyyə ilindən başlayaraq Qətər tarixində ilk dəfə olaraq «neft dollarlarının» böyük bir hissəsi sənaye istehsalının inkişafına və kənd təsərrüfatının yüksəldilməsinə ayrılır. Ölkənin ÜDM-da sənayenin payı 49 faiz, xidmət sahələrinin payı 50 faiz, kənd təsərrüfatınin payıisə 1 faizə bərabərdir. Sənayenin aparıcı sahələri. Qətər iqtisadiyyatının əsasınıneft-qaz hasilatı və onların emalı təşkil edir. Son illər neft ehtiyatının tükənməsi iləəlaqədar onun hasilatı getdikcə azalmaqdadır. Çıxarılan neftin təxminən yarısışelf zonasının payına düşür. Ötən əsrin 70-ci illərinin ortalarından 80-ci illərin əvvəllərinə qədər çox qısa müddətdə Qətər həm «neft sıçrayışını», həm də onun tənəzzülünü görmüşdür. Sıçrayışın əvvəlində neft ixrac edən digər ölkələr kimi, Qətər dəəldə etdiyi «neft dollarlarını» iqtisadiyyatın sürətli inkişafına sərf etmişdir. Ölkədə neft hesabına yaşamağın və varlanmağın uzun sür-məyəcəyini yaxşı başa düşürlər. Gec-tez neft ehtiyatı az olan Qətər «neft dollarlarından» məhrum ola bilər. Bu səbəbə görə hakim dairələr neftdən əldə edilən gəlir hesabına həmişə ölkənin iqtisadiyyatının müxtəlif sahələrini inkişaf etdirməyə təşəbbüs gös-tərmişlər. Bununla da onlar Qətərdə elə bir iqtisadi model yaratmaq istəyirlər ki, gələcəkdə ölkənin iqtisadiyyatı yalnız neft və qazdan asılı olmasın. Ötən əsrin 90-cı illərinin əvvəllərində qətərlilər iqtisadiyyatlarının möhkəmliyinə yenidən arxayın olmağa başlamışlar. Onlar dövlətin gələcək inkişafını dünya bazarında təbii qaza olan tələbatın artması və Qətərin zəngin təbii qaz ehtiyatlarına malik olması iləəlaqələndirirlər. Mütəxəssislərin hesablamalarına görə artıq XXI əsrin birinci rübündə Qətərdə təbii qaz nefti tam əvəz edəcəkdir. Mülahizələrə görə ölkədə aşkar edilmiş neftin ehtiyatıyalnız 20-30 ilə çata bilər. Qətər isəəvvəllər olduğu kimi, yanacaq ixracatçısı kimi öz mövqeyini saxlayacaq, sənaye sahələrini, o cümlədən neft-kimya, gübrə, alüminium və s. sahələri inkişaf etdirəcəkdir. Bununla yanaşı, Qətər, həm də Yaponiya və Avropa ölkələrini təbii qaz ilə təmin edəcəkdir. Qətər ölkədə «əsrin layihəsi» adlandırılan Nord-Fild yatağından ildə 8 mlrd. kub m. təbii qaz çıxarır. Çıxarılan təbii qazın bir hissəsi ölkə tələbatı (elektrik stansiyalarında, su təmizləyici qurğularda, sənayedə) üçün sərf edilir, Bir hissəsi isə emal olunaraq butan, propan və yanacaq kimi ixrac edilir. İxrac edilən təbii qaz məhsullarından əldə edilən gəlirin qaz sənayesinin gələcək inkişafına sərf edilməsi nəzərdə tutulmuşdur. Artıq Qətər hökuməti bu sahənin inkişaf etdirilməsi üçün Fransanın «TOTAL», İtaliyanın «ENİ», ABŞ-ın «XANT» şirkətləri ilə müvafiq müqavilələr bağlamışdır. Xarici şirkətlərin köməkliyi ilə ölkədə təbii qazın mayeləşdirilməsi üzrə zavod, mayeləşdirilmiş qaz daşınması üçün tankerlər, okean gəmilərinin qəbulu üçün liman tikilir. Bu layihələrin həyata keçirilməsi Qətərə 5-6 mlrd. dollara başa gələcəkdir. Təbii qaz üzrə layihələrin həyata keçirilməsi Qətəri dünyanın iri təbii qaz ixracatçısına çevirmişdir. Yaponiya ilə bağlanmış müqaviləyə görə1997-ci ildən etibarən Qətərdən Yaponiyaya hər il 8 mlrd. kub m-dən 12 mlrd. kub m-ə qədər mayeləşdirilmiş qaz göndərilməlidir. Qonşu Ərəb ölkələrini təbii qazla təmin etmək məqsədi ilə yeni qaz kəmərlərinin çəkilişi nəzərdə tutulur. Aydın məsələdir ki, bütün bu layihələrin həyata keçirilməsi üçün ilk növbədə regionda sabit vəziyyət, ədalətli sülh yaratmaq vacibdir. Ölkədə neft-qaz sənayesi ilə yanaşı, digər sənaye sahələrinin təməli ötən əsrin 70-ci illərin əvvəllərində qoyulmuşdur. Qətərdə yanacaq resursları bol olduğundan energetika sənayesi sürətlə inkişaf etmişdir. Buradakı istilik elektrik stansiyalarında ildə təqribən 7 mlrd. kvt/saat elektrik enerjisi istehsal edilir. Ölkədə neft emalı və neft-kimya sənayesi inkişaf etdirilir. Umm-Səid şəhərində iri neft emalı müəssisəsi fəaliyyət göstərir. Neft emalı müəssisələrinin ümumi gücü 4 mln. tona yaxındır. Umm-Səiddə etilen istehsal edən neft-kimya kombinatı, təbii qazın mayeləşdirilməsi üzrə zavod, azot gübrəsi istehsal edən iki müəssisə, qara metallurgiya müəssisəsi tikilmişdir.Umm-Baba və Doha şəhərlərinin yaxınlığında yerləşən ölkənin ilk müəssisələrindən biri olan, lakin daima yeniləşdirilən sement sənayesinin, elektrik stansiyalarının, su təmizləyici qurğuların gücü artırılır. Ölkədəəhalinin və sənaye müəssisələrinin sayının sürətləartması iləəlaqədar dəniz suyunu təmizləyən köhnə qurğuların gücü artırılır. Vüseylə şəhərində nəhəng su təmizləyici müəssisətikilmişdir. Layihəyə görə zavodun tikintisi 1,3 mlrd. dollara başa gəlməlmişidir. Bu müəssisənin tikintisində Böyük Britaniya şirkəti də iştirak edir. Onu da qeyd etmək lazımdır ki, Qətər kapitalının iştirakı iləbaşqa ölkələrdə, məsələn Fransanın Dyünkerk şəhərində etilen istehsal edən neft-kimya müəssisəsi tikilmişdir. İdxal məhsullarının bəzilərinin yerli məhsullarla əvəz edilməsi üçün dövlət tərəfindən hər cür yardım göstərilir. Dövlət yüngül sənaye və xidmət sahələrinin inkişafı üçün sahibkarları həvəsləndirir. Ölkənin kustar sənaye müəssisələrində yun parça, gön-dəri məmulatı, metal və zərgərlik əşyaları istehsal olunur. Kustar sənaye müəssisələrinə ölkənin hər yerində rast gəlinir. Yeyinti sənayesinin inkişaf etdirilməsinə yerli sahibkarlar, xüsusi firma vəşirkətlər cəlb olunmuşdur. Bu sahələrin müəssisələrində un, şəkər, spirtsiz içkilər və s. istehsal olunur.

Yüklə 167,21 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə