FəNN: ƏRƏB ÖLKƏLƏRİNİN İQTİsadiyyati mühaziRƏ: 30 saat, məşğələ: 30 saat FƏnn müƏLLİMİ: sultanova g. A



Yüklə 167,21 Kb.
səhifə24/58
tarix08.05.2023
ölçüsü167,21 Kb.
#108987
1   ...   20   21   22   23   24   25   26   27   ...   58
MUHAZIRE EREB OLKELERININ IQTISADIYYATI

Xarici ticarət. BƏƏ-nin başlıca ixracat məhsulları neft və ya mayeləşdirilmiş qaz, alüminium, sement, gübrə, xurma, mirvari vətütündür. İdxalatının əksər hissəsini maşın və avadanlıq, nəqliyyat vasitələri, yarımfabrikatlar, tikinti materialları, həm dəəhali arasında geniş istehlak xarakteri daşıyan sənaye vəərzaq məhsulları təşkil edir. Ölkənin ticarətində, xüsusilə geri ixracın əhəmiyyəti böyükdür. Geri ixracın 75 faizi SəudiyyəƏrəbistanı, Qətər, Ürdün və Bəhreynə istiqamətləndirilir. Bu ölkələrə başlıca olaraq minik və yük avtomobilləri, tütün məmulatları, qaz turbinləri, qaldırıcı və yükləmə-boşaltma mexanizmləri daşınır. Əmirliklərin xarici ticarətinin 45 faizi neft və neft məhsullarının payına düşür. Ölkənin ixrac etdiyi məmulatların dəyəri 1993-cü ildəki, 23,6 mlrd. ABŞ dollarından 2005-ci ildə təqribən 60,0 mlrd. dollara qədər artmışdır. İxracatda Yaponiya (29.1 faiz), Koreya Respublikası (14,2 faiz), Hindistan (5,4 faiz), Oman (3,7 faiz), İran (2,2 faiz) kimi ölkələr üstünlük təşkil edir. İxrac olunan məmulatların dəyəri artdığı kimi idxal olunan məmulatların da dəyəri artır. Məsələn, 1999-cu ildə idxalatın dəyəri 27,5 mlrd. olduğu halda, 2004-cü ildə bu rəqəm 33,1 mlrd. dollara çatmışdır. Ölkənin idxal-ixrac əməliyyatlarında ABŞ (6,9 faiz), Almaniya (6,7 faiz), Yaponiya (6,5 faiz), Fransa (6,3 faiz), Çin (6,1 faiz), Böyük Britaniya (5,9 faiz), Koreya Respublikası (5,5 faiz) iləəməkdaşlıq daha sıxdır. BƏƏ-nin dünya ölkələri ilə iqtisadi əlaqələrinin mühüm forması xarici ölkələrə böyük miqdarda kapital qoyuluşudur. Bütün bunlar da ölkəyə gəlir gətirir. Bununla yanaşı 1971-ci ildə Abu-Dabidə yaradılmış Ərəb İqtisadi İnkişaf fondu adlanan təşkilatda BƏƏ fəal iştirak edir. Bu fonddan Asiya və Afrikanın müxtəlif ölkələrinə göstərilən köməkliklər bir neçə mlrd. dolları ötüb keçmişdir. Ölkənin pul vahidi federal dirhəmdir. Maliyyə sistemi. Federasiyanın yaranmasına qədər onun tərkibinə daxil olan Əmirliklərin maliyyə sistemi müəyyənləşdirilməmişdi. Əmirliklərin xəzinəsinin o vaxtkı mədaxilini əhalidən yığılan vergi, töycü, gömrük haqqı, nadir hallarda isə Böyük Britaniya hökuməti tərəfindən verilən vəsait təşkil edirdi. Bu vəsaiti isə əmirliklərin hakimləri istədikləri kimi xərcləyirdilər. Keçmiş Müqaviləli Oman şeyxlərinin milli valyutaları yox idi. Burada pul vahidi kimi hind rupisindən istfadə olunurdu. Kağız pul-lar da Böyük Britaniyanın Şərqi Ərəbistan protektoratları üçün xüsusi buraxılışını sübut edən nişanə qoyulurdu. Pul dövriyyəsində Səudiyyə rialı, İraq rialı, ingilis funt sterlinqi, ABŞ dolları və s.-dən istifadə edirdilər. 1959-cu ildə Hindistanın milli Bankında Böyük Britaniyanın Şərqi Ərəbistan protektoratları üçün «Qalf rupi» xüsusi pul vahidi buraxılmışdır. 1969-cu ildə hind rupisinin və onun ardınca «Qalf rupinin» de-
valvasiyası ilə əlaqədar Müqaviləli Omanın şeyxləri bu valyutadan imtina etmişdi və «Qalf rupi» Səudiyyə Ərəbistanı rialı iləəvəz ol-undu. Təqribən 2 ildən sonra aydın oldu ki, bu valyutadan istifadəedilməsi Əmirliklərdə SəudiyyəƏrəbistanının mövqeyini gücləndirir. Elə buna görə də ingilis müdiriyyətinin təkidi ilə Səudiyyə rialıdövriyyədən yığıldı və yeni pul vahidinə keçildi. Yeni pul vahidi Qətər və Dubay rialı adlanırdı. Adından göründüyü kimi bu pul, həm Qətər rialından fərqlənirdi, həm də o vaxtlar Müqaviləli Oman şeyxləri arasında Dubayın ticarət – maliyyə mərkəzi kimi rolunun yüksək olduğunu göstərirdi. Müqaviləli Omanın tərkibinə daxil olan əmirliklərin bütün maliyyə sisteminəəvvəllər olduğu kimi «Britiş of Midl İst» şirkəti rəhbərlik edirdi. 1971-ci ildə federasiyanın yaradılmasından sonra əmirliklər ümumi pul vahidinin qəbul edilməsi barədə razılığa gəlmişlər. Dirhəm federasiyanın yeni pul vahididir. O, 1973-cü ilin 18 mayında dövriyyəyə buraxılmışdır. Neftdən əldə edilən gəlirlərin getdikcə artması, milli iqtisadiy-yatın inkişafı, yerli əhalinin gəlirinin, həm də daxili yük dövriyyəsinin və xidmət sahələrinin genişlənməsi iləəlaqədar ölkədəpul kütləsi getdikcə çoxalır. Ölkə daxilində kağız pul kütləsi nə qədər çoxalsa da, eyni zamanda BƏƏ-nin milli bankının hesabında olan xarici valyuta və qızılın artması dirhəmin alıcılıq qabiliyyətinin sabit saxlanılmasına imkan verir. Federasiyada ən iri banklar Dubay əmirliyindədir. Onun fed-erasiyada iri maliyyə mərkəzinə çevrilməsi heç də təsadüfi deyildir. Bu əmirlik 10 illərlə keçmiş Müqaviləli Omanda ticarət, ticarət-nəqliyyat və maliyyə mərkəzi olmuşdur. Əmirliyin maliyyə fəaliyyəti «neft çiçəklənməsi» dövründə daha da güclənmişdir. Abu-Dabinin digər əmirliklərə nisbətən «neft dollarlarına» daha tez nail olmasına baxmayaraq, burada maliyyə fəaliyyəti ləng getmişdir. 1980-ci ildə Abu-Dabi və Dubay əmirləri neftdən əldəetdikləri gəlirin 50 faizini federal büdcəyə keçirəcəkləri barədə öz aralarında müqavilə imzalamışlar. Bu addım, federasiya iqtisadi inteqrasiyanın güclənməsi üçün Dubayın siyasətindəəsaslı dəyişiklik idi. Bununla da federasiyanın 2 ən iri əmirliyi arasında uzun müddət davam edən başlıca ziddiyyət aradan qaldırılmış oldu. Hazırda ölkənin ümumi xərclərinin 1/4 federal büdcədən keçir. Federal büdcəgəlirinin 85 faizini ölkədə başlıca mövqe tutan və federasiya əhalisinin yarıdan çoxu cəmləşən Abu-Dabi və Dubay əmirliklərinin payına düşür. Federal büdcənin yarıya qədəri cari xərclərə və sosial-iqtisadi inkişafa sərf edilir. Büdcənin hər il 20 faizə qədəri ölkənin müdafiəəhəmiyyəti daşıyan silahlı və hərbi polis qüvvəllərinin ehtiyaclarıüçün xərclənir. Müstəqillik əldə etdikdən sonra nisbətən iri əmirliklərin bir neçə il federal ordu ilə yanaşı xüsusi orduları mövcud olmuşdur. Həmin ordularda xidmət edən hərbi qulluqçuların geyim formaları da müxtəlif idi. Federasiyanın bütün sahələrdə, o cümlədən hərbi sahədə də inteqrasiyanın güclənməsi iləəlaqədar 1976-cı ildəəmirliklərin silahlı qüvvəlləri (quru, hərbi hava və hərbi dəniz) vahid orduda birləşmişdir. Hərbi xərclərin böyük bir hissəsi silah, hərbi texnika alın-masına, müdafiə və təhlükəsizlik qüvvəllərinin təşkilinə sərf edilir. Qərb ölkələrindən alınan silahlar hesabına, ölkə özünün müasir hərbi texnika ilə təchiz olunmuş silahlı qüvvəllərini yarada bilmişdir.


Yüklə 167,21 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə