FəNN: ƏRƏB ÖLKƏLƏRİNİN İQTİsadiyyati mühaziRƏ: 30 saat, məşğələ: 30 saat FƏnn müƏLLİMİ: sultanova g. A


Nəqliyyatı, xarici ticarəti və maliyyə sistemi



Yüklə 167,21 Kb.
səhifə23/58
tarix08.05.2023
ölçüsü167,21 Kb.
#108987
1   ...   19   20   21   22   23   24   25   26   ...   58
MUHAZIRE EREB OLKELERININ IQTISADIYYATI

Nəqliyyatı, xarici ticarəti və maliyyə sistemi. 1960-cı illərin axırlarına qədər BƏƏ-də yeganə rabitə vasitəsi kabotaj gəmiçiliyi (bir ölkənin limanları arasında daşınan yüklər) və qoşqu nəqliyyatıidi. Başqa sahələrdə olduğu kimi «neft hay-küyü» dövründə bu sahədə dəəsaslı dəyişikliklər edilmişdir. Xüsusilə xaricə yük daşınmasında başlıca rol oynayan dəniz nəqliyyatı sürətlə inkişaf etdirilmişdir. 2005-ci ildə əmirliklərin ticarət donanmasında irili-xırdalı 60-a qədər gəmi olsa da yüklərin əsas hissəsi xarici gəmilərlə daşınır. Ölkənin keçmiş balıqçı məntəqələrində yeni limanlar tikilmiş, köhnə limanlarda isə yenidənqurma işləri aparılmışdır. Ölkənin ən iri portları Abu-Dabi, Min ər-Rəşid və Cəbəl-Əlidir. Bu portların inkişafına və təkmilləşdirilməsinə, yükləmə-boşaltma avadanlıqlarının alınmasına 100 minlərlə vəsait sərf edilir. Min ər-Rəşid və Cəbəl-Əli portlarının həm də tranzit əhəmiyyəti vardır. Körpülərin sayına görə (102) hər ikisi dünyanın ən iri portlarısırasına daxildir. Bu portlar dünyanın 120-dən artıq ölkəsi iləmüntəzəm gəmi yolu xəttinə malikdir. 2005-ci ildə Min ər-Rəşid vəCəbəl-Əli portları birlikdə təqribən 5,5 min gəmi qəbul etmişdi. Ölkədə birinci yer tutan Min ər-Rəşid portunun yük dövriyyəsi ildə15 mln. tonu ötüb keçmişdir. Dubayda iri tankerlərin təmiri müəssisəsi fəaliyyət göstərir. Ölkədə neft və qaz yataqlarını portlarla, neftemalı vəmayeləşdirilmiş təbii qaz istehsal edən müəssisələrlə və həmin müəssisələri şəhərlərlə birləşdirən ümumi uzunluğu 2000 km-dən artıq olan onlarca boru kəmərləri çəkilmişdir. Daxili yük daşınmasında avtomabil nəqliyyatının rolu getdikcəartır. Federasiyanın tərkibinə daxil olan əmirliklərin paytaxt şəhərləri bir-birilə yüksək keyfiyyətli avtomobil magistralları iləbirləşdirilmişdir. Avtomobil yollarını ümumi uzunluğu 500 min km-dən artıqdır. Ölkədə dəmir yolu yoxdur. BƏƏ-də beynəlxalq əhəmiyyətli bir neçə hava limanı vardır. Abu-Dabi, Dubay vəŞərcanın hava limanları ildə təxminən bir neçəmln. sərnişinə xidmət edir. Yerli əhəmiyyətli təyyarə meydanları əsasən İngiltərəyə məxsus olan keçmiş hərbi hava bazalarında yaradılmışdır. Əmirliklər hava nəqliyyatı vasitəsilə qonşu Ərəb ölkələri, həmçinin London, Beyrut, Tehran, Bakı, Moskva, Qahirə vədigər şəhərlərlə müntəzəm əlaqə saxlayırlar.

Yüklə 167,21 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə