FəNN: ƏRƏB ÖLKƏLƏRİNİN İQTİsadiyyati mühaziRƏ: 30 saat, məşğələ: 30 saat FƏnn müƏLLİMİ: sultanova g. A



Yüklə 167,21 Kb.
səhifə19/58
tarix08.05.2023
ölçüsü167,21 Kb.
#108987
1   ...   15   16   17   18   19   20   21   22   ...   58
MUHAZIRE EREB OLKELERININ IQTISADIYYATI

Xarici ticarət. Regionun başqa ölkələri kimi Küveyt də xarici ticarət əlaqələrindən çox asılıdır. 2003-cü ildə Küveyt ixracatının dəyəri 21,5 mlrd. idxalatın dəyəri isə 7 mlrd. ABŞ dolları olmuşdur. Xarici əlaqələr bir tərəfdən valyuta, digər tərəfdən isə müasir təsərrüfatın əsasını yaratmaq üçün zəruri olan maşın və avadanlıq əldə etməyin mənbəyini təşkil edir. Uzun illərdir ki, Küveyt azad ticarət siyasəti aparır və olduqca aşağı gömrük vergisi təyin edir (orta hesabla idxal edilən məhsulun dəyərinin 4-5 faizi). Bir sıra məhsullar, məsələn təzə meyvə vətərəvəzin bəzi növləri, ət məhsulları, diri qaramal, hökumət müəssisələri tərəfindən sifariş verilən mallar (tikinti materiallarının bəzi növləri, istehsal məqsədi ilə maşın və avadanlıqlar, müxtəlif növ elektron hesablayıcı qurğular, yanğın söndürən maşınlar və s.) ölkəyəgömrük haqqı alınmadan daxil olur. Lakin yerli istehsal məhsullarıilə rəqabət apara biləcək bəzi idxal məhsullarına isə (şirniyyat, undan hazırlanmış məmulatlar, yuyucu tozlar, bəzi meyvə və tərəvəz, sərinləşdirici içkilər və s.) dəyərin 10-15 faizinə qədər vergi qoyulur. Silah və sursat, partladıcı və narkotik maddələr (yerli əzcaçılıq sənayesi üçün zəruri olan maddələr istisna olmaqla), zəhər və zəhərli maddələr (ölkənin kənd təsərrüfatında istifadə olunanlardan başqa), spirtli içkilər, islam ənənəsinə, ölkənin dövlət quruluşuna və əhalinin mənəviyyatına ziyan vura bilən kino və vidiofilmlər, bu yönümlü çap məmulatları, donuz əti və ondan hazırlanmış müxtəlif məhsulların idxalı qadağan edilir. Ölkənin ticarət əməliyyatı müvafiq xarici şirkətlər ilə bilavasitəəlaqə saxlayan milli şirkət və təşkilatlar tərəfindən həyata keçirilir. Küveytin xarici ticarətinin əlamətdar xüsusiyyətlərindən biri dəondan ibarətdir ki, idxalat dəyərinin artmasına baxmayaraq xarici ticarət dövriyyəsində 1961-ci ildən 2005-cü ilə qədər dəyərinə görəixracat idxalatdan üstün olmuşdur. Küveytin başlıca ixracat məhsulu yanacaqdır. Ayrı-ayrı illərdəixracat gəlirinin 80 faizə qədəri neftin payına düşmüşdür. Yanacaq ixracatında neft məhsulları hesabına xam neftin payı xeyli aşağıdüşmüşdür. Küveyt inkişaf etmiş ölkələr arasında – ən iri ticarət ortaqları Avropa İqtisadi Birliyinin üzvü olan ölkələr və Yaponiyadır. Qonşu ərəb ölkələri, xüsusilə SəudiyyəƏrəbistanı, Pakistan, Sinqapur, Filippin, Braziliya, Türkiyə, Hindistan və digər dövlətlərlədə ticarət əlaqələri saxlayır. Ölkənin pul vahidi Küveyt dinarlarıdır. Maliyyə sistemi. Ölkədə milli maliyyə sisteminin əsası müs-təqillik əldə olunduqdan sonra qoyulmuşdur. 1961-ci iln 13 mayında dinar ölkənin qanuni pul vahidi kimi təsdiq edilmişdir. Dövlət büdcəsi gəlirinin 90 faizə qədərini ənənəvi olaraq neft və neft məhsulları ixracatından əldə edilən vəsait təşkil edir. Küveyt neftdən gələn gəlirin bir hissəsini ənənəvi olaraq Qərb ölkələrindən qiymətli kağız almağa sərf etmiş və onların banklarında saxlamışdır. 1974-cü ildən başlayaraq Küveyt kapitalının bir hissəsi Qərb dövlətlərinin sənaye, kənd təsərrüfatı və s. infrastruktur sahələrində istifadəedilməsinə istiqamətləndirilir.


Yüklə 167,21 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə