FəNN: ƏRƏB ÖLKƏLƏRİNİN İQTİsadiyyati mühaziRƏ: 30 saat, məşğələ: 30 saat FƏnn müƏLLİMİ: sultanova g. A


Kənd təsərrüfatının aparıcı sahələri



Yüklə 167,21 Kb.
səhifə17/58
tarix08.05.2023
ölçüsü167,21 Kb.
#108987
1   ...   13   14   15   16   17   18   19   20   ...   58
MUHAZIRE EREB OLKELERININ IQTISADIYYATI

Kənd təsərrüfatının aparıcı sahələri. Ümummilli məhsulun cəmi 1 faizi bu sahənin payına düşür. Orta illik temperaturun yüksək olması, yağıntıların az düşməsi, suyun çatışmaması, qeyri-məhsuldar torpaqlar və tez-tez baş verən qum tufanları kənd təsərrüfatının inkişafında, xüsusilə, əkinçilikdə böyük maneələrdir. Şumluq torpaq sahələri ölkəərazisinin cəmi 3 faizini təşkil edir. Küveyt hökuməti ötən əsrin 60-cı illərində hidropon* üsulla kənd təsərrüfatı məhsulları yetişdirməyə başlayır. Artıq ilk təcrübədən məlum oldu ki, bu yolla yetişdirilən tərəvəzin məhsuldarlığı adi yolla yetişdirilən tərəvəzə nisbətən yeddi dəfəyüksək olur, sudan istifadə isə yarıya qədər azalır. Küveytin iqlim şəraiti üçün isə bunun olduqca böyük əhəmiyyəti var. Yaponiya şirkətlərinin köməyi ilə ölkədə kənd təsərrüfatısahəsində bir neçə dövlət ferması yaradılır. Bu təsərrüfatlarda pomidor, xiyar, kahı, çiyələk, gül becərilir. Yığılan pomidor, çiyələk ilk növbədə qonşu ərəb ölkələrinə ixrac edilir. Küveyt və eləcə də, İran körfəzinin digər əmirlikləri qarşısında əlverişsiz iqlim şəraitində kənd təsərrüfatını iqtisadiyyatın faydalısahəsinə çevirmək kimi mühüm məsələ durur. Bu məqsədlə ölkədəsüni iqlim qurğuları ilə təchiz olunmuş, yüksək dərəcədəmexanikləşdirilmiş və avtomatlaşdırılmış dövlət eksperimental heyvandarlıq və quşçuluq fermaları yaradılmışdır. Bu nümunəvi fermalar özünü doğrultmuşdur. Kənd təsərrüfatının daima inkişaf etdirilməsi sayəsində ölkə, əhalinin ərzaq məhsullarına olan tələbatının 35 faizini ödəyir. Müasir, yüksək səviyyədə təchiz olunmuş dövlət fermaları vəplantasiyaları ilə yanaşı kənd təsərrüfatında ənənəvi vahəəkinçiliyi də mövcuddur. Vahə əkinçiliyi əl-Cəhra vəəl-Əhmədi rayonlarındadır. Heyvandarlıq son vaxtlara qədər kənd təsərrüfatının çox geri qalmışənənəvi sahəsi hesab olunurdu. Ekstensiv istiqamətdəolan bu sahədə bədəvilər dəvə, davar saxlamaqla məşğul olurdu. Neft istehsalına başlanılması, müasir nəqliyyat şəbəkəsinin yaradılması bədəvi təsərrüfatlarının əhəmiyyətini getdikcə itirir. Küveyt hökumətinin və xarici mütəxəssislərin köməyilə heyvandarlıqda müasir bölmə yaradılır. Niderlanddan və Belçikadan məhsuldar cins inəklər gətirilir, dövlət fermalarında xırdabuynuzlu mal-qara inkişaf etdirilir. Ölkədəət, süd, yun istehsalı artırılır. Quşçuluq fermalarının yaradılmasıəhalinin quşəti və yumurtaya olan tələbatının 60-65 faizinin ödənilməsinə səbəb olmuşdur. Balıqçılıqla İran körfəzi sahillərində yaşayan əhali hələqədimdən məşğuldur. Bu sahədəəhəmiyyətini tədricən itirməkdəolan ənənəvi bölmə ilə yanaşı müasir dövlət bölməsi də fəaliyyət göstərir. Dövlət bölməsi qüvvətli balıq ovu donanmasına, balıq emalı, süni buz istehsalı, hazır məhsulu qablaşdıran və saxlayan müasir müəssisələrə malikdir.

Yüklə 167,21 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə