FəNN: ƏRƏB ÖLKƏLƏRİNİN İQTİsadiyyati mühaziRƏ: 30 saat, məşğələ: 30 saat FƏnn müƏLLİMİ: sultanova g. A


Nəqliyyatı, xarici ticarəti və maliyyə sistemi



Yüklə 167,21 Kb.
səhifə18/58
tarix08.05.2023
ölçüsü167,21 Kb.
#108987
1   ...   14   15   16   17   18   19   20   21   ...   58
MUHAZIRE EREB OLKELERININ IQTISADIYYATI

Nəqliyyatı, xarici ticarəti və maliyyə sistemi. Cəmi bir neçəon il əvvəl Küveytdəənənəvi nəqliyyat növləri kimi quruda dəvə, dənizdə isə kiçik yelkənli «dou» gəmiləri üstünlük təşkil edirdi. Ölkənin nəqliyyat şəbəkəsinin əsasını karvan yolları təşkil edirdi. İkinci dünya müharibəsindən sonra neft hasilatının artımı, onun ixracat limanlarına daşınmasının zəruriliyi, xarici neft şirkətlərinin
fəaliyyətinin genişlənməsi, iqtisadiyyatın inkişafı təcili olaraq müasir nəqliyyat və rabitə sisteminin yaradılmasını tələb etmişdir. Əgər əvvəllər xarici şirkətlər yalnız neft hasilatına xidmət edən nəqliyyat şəbəkəsinin yaradılması ilə məşğul olurdularsa, artıq 50-60-cı illərdə Küveyt hökuməti milli təsərrüfat mexanizminin tərkib hissəsini təşkil edən nəqliyyat şəbəkəsinin yaradılmasına başlamışdır. Nəqliyyatın ayrı-ayrı növlərinə, xüsusilə avtomobil və dəniz nəqliyyatının inkişafına daha çox fikir verilmişdir. Bu dövr ərzindəbir çox atomobil magistralları çəkilmiş, dəniz və hava limanlarıtəkmilləşdirilmiş və yenidən tikilmişdir. Demək olar ki, dəniz ticarət və mülki hava donanması yenidən yaranmışdır. Küveytdə dəmir yolu olmadığından avtomobil nəqliyyatımühüm əhəmiyyətə malikdir. Bərk örtüklü avtomobil yollarının ümumi uzunluğu 3600 km-dir. Beynəlxalq əhəmiyyətli ən mühüm şosse yolları: əl-Küveyt – Cəhra – Səfvan – Bəsrə (uz. 118 km), Mina əl-Əhmədi- Əş-Şüeyib – Əş-Şüveyx – Mina-Abdulla – Mina-Səud (uz. 107 km), Əl-Küveyt – Əs-Səlmi (uz. 95 km) istiqamətindədir. Bu yollar ölkənin yaşayış məntəqələrini birləşdirməklə yanaşı qonşu ölkələrlə də (İraq, SəudiyyəƏrəbistanı) əlaqə yaradır. Əl-Küveyt – Bəsrə yolu vasitəsilə Bağdad, Dəməşq və Beyrut arasında olan magistrala çıxmaq mümkündür. Neft mədənləri rayonlarına xidmət edən Əl-Küveyt – Əl-Əhmədi – Burkan – Mina-Abdulla – Vəfra yollarının əhəmiyyəti böyükdür. Dəniz nəqliyyatıəsasən xarici ticarətə xidmət edir. İdxalın 90, neft ixracatının 100%-i dəniz nəqliyyatının payına düşür. Küveyt qüvvətli milli dəniz donanması yaratmışdır. Ən mühüm dəniz ticarət limanlarıƏş-Şüveyx (paytaxt rayonunda), Əş-Şüeyb Umm-Qəsrdir. İran – İraq vəİraq – Küveyt münaqişələri ölkənin dəniz limanlarının yük dövriyyəsinin azalmasına səbəb olmuşdur. Buna baxmayaraq Küveyt hökuməti dəniz limanlarının (xüsusilə, Əş-Şüveyx, Əş-Şüeyb) inkişafına xüsusi fikir verir. Ölkənin iqtisadi həyatında Mina-Abdulla, Mina əl-Əhmədi, Mina Səud limanlarının da əhəmiyyəti böyükdür. Küveyt region ölkələri arasında ən iri dəniz ticarət donanmasına malikdir (ümumi su tutumu 3,4 mln. ton olan 100 gəmi). Boru nəqliyyatışəbəkəsi neft istehsalının inkişafı iləəlaqədar sürətlə genişləndirilmişdir. Boru kəmərləri ölkənin neft və qaz yataqlarını limanlarla əlaqələndirir. Boru yollarının ümumi uzunluğu 880 km-dir. Raudateyn-əl-Əhmədi, Umm-Qudeyr – Əş-Şüeyb, Vəfra – Mina-Abdulla mühüm neft və qaz kəmərləridir. Münaqiş – Əl-Əhmədi, Burkan – Əl- Əhmədi, Məqva – əl-Əhmədi istiqamətində dəboru kəmərləri vardır. Boru nəqliyyatı «Küveyt oyl kompani» şirkətinə məxsusdur. Hava nəqliyyatı 1953-cü ildən müntəzəm fəaliyyət göstərir. 1962-ci ildə Küveyt hökuməti hava nəqliyyatı üzərində nəzarəti öz əlinə alır. 1980-cı ildə paytaxtda yeni təyyarə limanı istifadəyəverilmişdir. Yaxın Şərqdəən mühüm hava nəqliyyatı mərkəzlərindən biri sayılır. Ölkədə 8 təyyarə meydanı var.

Yüklə 167,21 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə