FəNN: ƏRƏB ÖLKƏLƏRİNİN İQTİsadiyyati mühaziRƏ: 30 saat, məşğələ: 30 saat FƏnn müƏLLİMİ: sultanova g. A


Kənd təsərrüfatının aparıcı sahələri



Yüklə 167,21 Kb.
səhifə26/58
tarix08.05.2023
ölçüsü167,21 Kb.
#108987
1   ...   22   23   24   25   26   27   28   29   ...   58
MUHAZIRE EREB OLKELERININ IQTISADIYYATI

Kənd təsərrüfatının aparıcı sahələri. Qətərdə kənd təsərrüfatı ümummilli məhsulun cəmi 1 faizini verir. Bu neft və qaz sənayesinin yüksək inkişafı ilə deyil, əsasən kənd təsərrüfatına yararlıtorpaq sahələrinin məhdudluğu iləəlaqədardır. Kənd təsərrüfatına yararlı torpaq sahələri ölkəərazisinin təqribən 3 faizini təşkil edir. Bu sahədə çalışanların sayı da ildən-ilə azalır. Balıqçılıq təsərrüfatı da daxil olmaqla aqrar bölmədə işlək əhalinin yalnız 3 faizi çalışır. Onlar ölkəəhalisinin ərzaq məhsullarına olan tələbatının cəmi 20 faizini ödəyir. Qətərdə torpaq sahibkarlığının tarixən iki forması: mülk (xüsusi torpaq sahibkarlığı) və dira (köçəri və yarımköçərilər arasında xüsusi torpaq sahibkarlığı) mövcud olmuşdur. Qətərin hakim dairələri aqrar siyasətdə xüsusi bölməni inkişaf etdirməyi üstün tutur və bu məqsədlə torpaq sahibkarlarına hər vasitə ilə kömək edir. Burada əsas məqsəd yerli istehsal hesabına ölkəəhalisinin ərzağa, xüsusilə meyvə-tərəvəzə, paxlalı bitkilərə olan təlabatınıqismən ödəməkdir. Südlük istiqamətli heyvandarlıq, quşçuluq vəbalıqçılıq sahələri çox sürətlə inkişaf edir. Qətər kənd təsərrüfatıproblemlərinin həlli ilə bağlı ümumərəb tədbirlərində yaxından iştirak edir. Əkinçilik yarımadanın şimalında qrunt suları çox olan vahələrdə inkişaf etmişdir. Belə vahələrdə qarğıdalı, darı, yonca vətərəvəz yetişdirilir. Ölkənin şimal və mərkəz hissələrindəki vahələrdəhələ qədim zamanlardan xurma becərilir. Xurma ağaclarının kölgəsində nar, sitrus meyvələri, banan yetişdirilir. Əkin sahələrinin 30-35 faizi xurma plantasiyalarının və bağlarının payına düşür. Vahələrdə tərəvəz və bostan bitkiləri də yetişdirilir. Köçəri təsərrüfatlarının əvvəlki əhəmiyyətini itirməsinə baxmayaraq Qətərdə9 minə qədər dəvə, 7 mindən artıq qara mal, 80 minə qədər qoyun vəkeçi bəslənilir. Umm-Kafnda heyvandarlıq və quşçuluq, Əbu-Saildəqoyunçuluq fermaları tikilmişdir. Dəniz ovçuluğu ölkəəhalisinin qədim peşələrindən biridir. Ölkədə ildə 2 min tona qədər müxtəlif növ balıq ovlanır. Doha şəhərindəər-Ruvay vəəl-Vəkra qəsəbələrində hazırlanan ənənəvi yelkənli balıqçı qayıqları, ən müasir texnika ilə təchiz edilmiş balıq ovlayan gəmilərləəvəz olunur. Balıq ovu üzrə yaradılmış milli şirkətin xüsusi donanması və balıqdondurma müəssisələri vardır. Dənizdən mirvari çıxarılması əvvəlki əhəmiyyətini itirsə də bu ənənəvi peşə ilə məşğul olanlar da vardır. Mirvari Böyük Mirvari dayazlığında çıxarılır. Bu dayazlıq Bəhreynin sahil sularından BirləşmişƏrəb Əmirliklərinin sahillərinə qədər 500 km-lik məsafədə uzanmışdır. Burada 220 dayaz yer və say (dəniz dibində hündürlük) yerləşir ki, həmin ərazilərdə mirvari molyuskaları törəyib artır.

Yüklə 167,21 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə